Məhkəmə qərarları › İş №2(019)-904/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-904/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-904/2020 12.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT “Viator”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “Viator”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1657.90 manat əsas, 705 manat faiz, cəmi 2362.90 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pulun tutularaq BOKT “Viator”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT “Viator”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə göstərdi ki, kreditor BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona məqsədli istifadə üçün 18 ay müddətinə illik 36.6% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.7-ci maddəsinə görə cavabdeh bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə, kredit müddətində tamamən qaytarmağı öhdələrinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə Təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə 1657.90 manat əsas, 705 manat faiz, cəmi 2362.90 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Buna görə də kreditor BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, o, «xxxxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 18 ay müddətinə illik 36.6 % ödəmək şərti ilə, 2000 manat məbləğində kredit almışdır. O, əvvəllər kredit borcunu ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Gələcəkdə çalışıb kredit borcunu ödəyəcəkdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 6211 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 36.6 % ödəmək şərti ilə, 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 6211 nömrəli zaminlik müqaviləsindən görünür ki, BOKT “Viator”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş BA/388 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə borcu-1657.90 manat əsas, 705 manat faiz, cəmi 2362.90 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 36.6 % ödəmək şərti ilə, 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə əsasən Cavabdeh1 bu müqavilə əsasında verilmiş krediti və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə tamamən qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-ə 1657.90 manat əsas kredit borcu,705 manat faiz borcu olmaqla, cəmi 2362.90 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh21657.90 manat əsas, 705 manat faiz, cəmi 2362.90 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1657.90 manat əsas, 705 manat faiz, cəmi 2362.90 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar