Məhkəmə qərarları › İş №2(019)-93/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-93/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-93/2021 08.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT “xxxx” MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1206.12 ABŞ dolları əsas, 341 ABŞ dolları faiz, cəmi 1547.12 ABŞ dolları kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq BOKT “xxxx”MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT “xxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, kreditor BOKT “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona məqsədli istifadə üçün 12 ay müddətinə illik 33.6% ödəmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.7-ci maddəsinə görə cavabdehlər bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə, kredit müddətində tamamən qaytarmağı öhdələrinə götürmüşlər. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə Təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Nəticədə borclunun kredit müqaviləsi üzrə “xxxx” MMC-nə 1206.12 ABŞ dolları əsas, 341 ABŞ dolları faiz, cəmi 1547.12 ABŞ dolları borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT «xxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Buna görə də kreditor BOKT «xxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 3148/4 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT «İddiaçı Azərbaycan» MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 12 ay müddətinə illik 33.6 % ödəmək şərti ilə, 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 3148/4 nömrəli zaminlik müqaviləsindən görünür ki, BOKT “Viator”xxxx” MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş BA/374 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə borcu-1206.12 ABŞ dolları əsas, 341 ABŞ dolları faiz, cəmi 1547.12 ABŞ dolları təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən 11 mart 2021-ci il tarixdə verilmiş 9/910 nömrəli rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən , iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 3148/4 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxx 2016-cı il tarixinə (sual üzrə tarixə) BOKT “Viatiorxxxx” MMC-nə olan borcu 2649.45 ABŞ dolları məbləğində müəyyən edilir, o, cümlədən -əsas borc üzrə -------------2078,98 ABŞ dolları -faiz borcu üzrə --------------570.47 ABŞ dolları. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdən sonra 932.88 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablama tarixi xx.xx.2016-cı il tarixə göstərildiyindən 932.88 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı BOKT “İddiaçı Azərbaycan” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 12 ay müddətinə illik 33.6 % ödəmək şərti ilə, 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə əsasən cavabdeh verilmiş krediti və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq kreditor ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Nəticədə kredit müddəti üçün borclunun kredit müqaviləsi üzrə “İddiaçı Azərbaycan” MMC-nə əsas borc üzrə 2078,98 ABŞ dolları, faiz borcu üzrə 570.47 ABŞ dolları olmaqla 2649.45 ABŞ dolları məbləğində borcu yaranmışdır(ekspert rəyinə əsasən). Sonradan Cavabdeh1 932.88 ABŞ dolları ödəniş etmiş, onun 1716.57 ABŞ dolları borcu qalmışdır. Buna baxmayaraq iddiaçı BOKT “xxxx” MMC 1206.12 ABŞ dolları əsas kredit borcu, 341 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1547.12 ABŞ dolları məbləğində kredit borcunun ödənməsini tələb edir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı BOKT“xxxx” MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1206.12 ABŞ dolları əsas borc, 341 ABŞ dolları faiz borcu , cəmi 1547.12 ABŞ dolları kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. 145 manat ekspertiza xərci savabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1206.12 ABŞ dolları əsas borc, 341 ABŞ dolları faiz borcu , cəmi 1547.12 ABŞ dolları kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə ödənilsin. 145 manat ekspertiza xərci Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar