Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-938/2021 08.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X22 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Şamil oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(019)-126/2021 saylı qətnaməsinə əsasən iddiaçıya qaytarılmış 0,2323 ha və 0,1646 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1998-ci ildə əkilmiş 60 (altmış) toma fındıq ağacından son 3 ildə iddiaçıya və ailəsinin 7 üzvünə dəymiş ziyanın- 6500 (altı min beş yüz) manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, onun və 7 nəfər ailə üzvünün ümumi birgə mülkiyyətinə Balakən rayon Hənifə kəndinin ərazisindən 2,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,2323 ha və 0,1646 ha hissəsi yaşadıqları evin arxa hissəsində yerləşmişdir. Həmin torpaq sahəsi fındıq bağıdır. 2006-cı ildə anası yaşadıqları evi və həmin 0,2323 ha və 0,1646 ha torpaq sahəsini 15000 ABŞ dollarına Cavabdeh satmışdır. Ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış, lakin 0,2323 ha və 0,1646 ha torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlanmamışdır.O, Rusiyada cəzaçəkmə müəssisəsində olmuş və 2020-ci ilin mart ayında Balakənə qayıtmışdır. O,Balakənə gəldikdən sonra Cavabdeh zəng edərək bildirmişdir ki, gəlib halallıq üçün 3-5 manat pul versin,o da alqı-satqı ilə bağ sahəsini Anarın adına keçirtsin. Anar isə onu təhqir etmiş, torpaq sahəsini aldığını, ona heç nə edə bilməyəcəyini bildirmişdir. Buna görə də o, iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş Hənifə kəndində yerləşən ailəsinin 7 üzvünün ümumi birgə mülkiyyətinə verilmiş 2,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2323 ha və 0,1646 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 2(019)-126/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.Bundan sonra 2021-ci ildə fındıq məhsulunu özü yığmışdır. 2006-cı ildən 2021ci ilə kimi isə fındıq ağaclarının məhsulunu Cavabdeh yığmışdır. Balakən rayonu Hənifə kənd sakini Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona və ailəsinin 7 üzvünə ümumilikdə son 3 ildə 6500 ( altı min beş yüz) manat ziyan dəymişdir. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2006-cı ildə İddiaçı anası Firuzə Ustayevadan onlara məxsus 0.07 ha həyətyanı sahəsində yerləşən fərdi yaşayış evini və iddiaçının mübahisələndirdiyi pay torpaq sahəsini almışdır. 0.07 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla almış, lakin pay torpaq sahəsini İddiaçı həbsdə olduğuna görə notarial qaydada rəsmiləşdirə bilməmişdir. Həmin pay torpaq sahəsinin rüsumları 2017-ci il tarixə kimi onun tərəfindən ödənilmiş və həmin torpaq sahəsindən özü istifadə etmişdir. Balakən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən onun X13, X15, X8, X12, İddiaçı, X9 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 804F cizgisində olan 0.2323 ha və 804 cizgisində olan 0,1646 ha hissələrindən, cəmi 0.3969 ha hissəsindən çıxarılması qət edilmişdir. Bundan sonra da bu il fındıq məhsulunu iddiaçı özü yığmışdır.İddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdeh izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(019)-126/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin olunması, Cavabdeh JN-0804 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüqüquna dair Dövlət Aktı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı əsasında X13, X15, X8, X12, İddiaçı, X9 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 804F cizgisində olan 0.2323 ha və 804 cizgisində olan 0,1646 ha hissələrindən, cəmi 0.3969 ha hissəsindən çıxarılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-077A KOD 40102018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X24 Mərkəzinin 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kənd sakinləri X10,X14, X3, X6, İddiaçı, X4 və X5 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1142 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına 1142 nömrəli reyestr kitabına yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 mart 2006-cı il tarixli 255409 nömrəli müqavilədən görünür ki, X1 rayonu DNK-nun 24.03.2006-cı il tarixli 2V-49 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və TİB-nun 24.03.2006-cı il tarixli 147 nömrəli arayışına əsasən ona məxsus olan Balakən rayonu Hənifə kəndində , 700 kv.metr torpaq sahəsində yerləşən 1984-cü ildə tikilən. divarı çaydaşı, kərpic, üstü şiferli , yaşayış sahəsi 78,56 kv.m, ümumi sahəsi 94,5 kv.m-dən ibarət yaşayış evini Cavabdeh 15000 (on beş min) ABŞ dollarına satmışdır. İşdə olan JN-0804 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüqüquna dair Dövlət Aktından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X24 Mərkəzinin 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı əsasında X13, X15, X8, X12, İddiaçı, X9 və X2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd sakini İddiaçı Cavabdeh Şamil oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X24 Mərkəzi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli 82 nömrəli rəyindən görünür ki, Balakən rayonu Hənifə kənd sakini İddiaçı Soltanməcid oğlunun Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı 24.08.2021-ci il tarixində Hənifə kəndində JN-0804 (Kod-********) nömrəli Dövlət aktına əsasən vətəndaşın şəxsi mülkiyyətində olan 2,24 ha pay torpaq sahəsinin 0,23 ha və 0,16 ha hissələrində fındıq bağı sahələrinə vizual baxış keçirilmişdir. Fındıq bağı salınmış sahələrə baxış keçirdikdə 0,23 ha hissəsində 28 ədəd və 0,16 ha hissəsində 28 ədəd, cəmi 56 ədəd fındıq tomaları müşahidə edilmişdir. Mövsüm ərzində orta hesabla hər fındıq tomasından 5-6 kq olmaqla, cəmi 330 kq məhsul götürmə ehtimalı ola bilər. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı əsasında JN-0804 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüqüquna dair Dövlət Aktı ilə X13, X15, X8, X12, İddiaçı, X9 və X2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 804F cizgisində olan 0.2323 ha və 804 cizgisində olan 0,1646 ha hissələri , cəmi 0.3969 ha hissəsi fındıq bağı olmaqla İddiaçı və ailə üzvülərinin yaşadığı evin arxa hissəsində yerləşmişdir. İddiaçının anası X15 2006-cı ilin mart ayında özlərinə məxsus olan,0,07 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh 15000 ABŞ dollarına satmış, eyni zamanda sözügedən bağ sahəsini onun istifadəsinə vermiş, razılaşmışlar ki, gələcəkdə həmin bağ sahəsi də Cavabdeh mülkiyyətinə veriləcəkdir. Evin və torpaq sahəsinin satılması ilə bağlı tərəflər arasında notariat qaydasında 25 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış, lakin bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır. Lakin həmin vaxtdan bağ sahəsi Cavabdeh istifadəsinə və sahibliyinə verilmiş, bağın məhsulunu da o yığmışdır. 2020-ci ilə kimi bağ sahəsi ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. 2020-ci ilin mart ayında İddiaçı Rusiya Federasiyasından qayıtmış və Cavabdeh zəng edərək sonuncuya məxsus evin arxa hissəsində yerləşən 0,2323 ha və 0,1646 ha bağ sahəsini müəyyən məbləğ qarşılığında onun mülkiyyətinə verməyə razı olduğunu bildirmiş, Cavabdeh isə həmin bağı aldığını,daha ona pul verməyəcəyini bildirdiyindən onlar arasında narazılıq yaranmışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailəsinin 7 üzvünə verilmiş 0.2323 ha və 0.1646 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(019)-126/2021 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Cavabdeh JN-0804 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüqüquna dair Dövlət Aktı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X24 Mərkəzinin 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı əsasında X13, X15, X8, X12, İddiaçı, X9 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 804F cizgisində olan 0.2323 ha və 804 cizgisində olan 0,1646 ha hissələrindən, cəmi 0.3969 ha hissəsindən çıxarılması qət edilmişdir. Bundan sonra 2021-ci ildə fındıq məhsulunu iddiaçı yığmış, eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı oğlu Cavabdeh Şamil oğlunun ona və ailə üzvülərinə məxsus 0,2323 ha və 0,1646 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1998-ci ildə əkilmiş 60 (altmış) toma fındıq ağacından son 3 ildə fındıq məhsulunu yığmaqla iddiaçıya və ailəsinin 7 üzvünə 6500 ( altı min beş yüz) manat ziyan vurduğunu iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Əsassız varlanma ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin hallarını, iddiaçının və ailə üzvülərinin mülkiyyətində olan 0,2323 ha və 0,1646 ha bağ sahəsinin iddiaçının anası tərəfindən 2006-cı ildə cavabdehin istifadəsinə və sahibliyinə verilməsini, faktiki olaraq satılmasını, torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisənin 2020-ci ildə baş verməsini, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair Balakən Rayon Məhkəməsinin qətnaməsinin 13 aprel 2021-ci il tarixdə qəbul edilməsini, 2021-ci ildə sözügedən bağın fındıq məhsulunun iddiaçının özü tərəfindən yığılmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddiaçı Soltanməcid oğlunun Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. 30 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-938/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-938/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver