Məhkəmə qərarları › İş №2(019)-94/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-94/2022

28.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-94/2022 28.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Qazma kənd sakini Cavabdeh ona məxsus RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən istifadə etməklə ona vurduğu 2500 (iki min beş yüz) manat, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,004 ha torpaq sahəsindən istifadə etməklə ona vurduğu 1400 (min dörd yüz) manat maddi ziyanın və əldən çıxmış fayda olaraq 2000 ( iki min ) manat pulun cəmi 5900 (beş min doqquz yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona məxsus 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən və 0,2984 ha torpaq sahəsinin 0,004 ha hissəsindən istifadə etməklə əldən çıxmış fayda olaraq 4000 (dörd min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə iddia tələbi həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona məxsus 13 dekabr 2013-cü ildən başlayaraq RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatından Çıxarışla rəsmiləşdirdiyi 0,2980 ha torpaq sahəsinin 0,891 ha hissəsindən istifadə etməklə, həmin torpaq sahəsində qarğıdalı məhsulunu əkib, ondan hər il 1.000 kq qarğıdalı məhsulunu əldə edəcəyi halda və həmin qarğıdalı məhsulunun 1 kq 0,35 qəpikdən hesablanmaqla 9 il ərzində 1.000 kq x 9 = 9.000 kq x 0,35 =3.150 manat əldən çıxmış fayda olaraq, həmçinin ona məxsus Balakən rayonu Qazma kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 4 ədəd armud ağacından 1 il ərzində 200 kq armud məhsulunu 1 kiloqramı 1 manat 50 qəpikdən hesablanmaqla 8 İl ərzində 8 x 200 kq = 1.600 kq, 1.600 kq x 1.50m = 2.400 ( iki min dörd yüz ) manat əldən çıxmış fayda olaraq, həmçinin həmin torpaq sahəsində əkilmiş 1 ədəd fındıq ağacından 1 il ərzində 15 kiloqram fındıq məhsulunu əldə edəcəyini nəzərə alsalar, 8 il ərzində 8 x 15 = 120 kq, 1 kiloqramını 4 manatdan hesablamaqla 120 kq x4m= 480 ( dörd yüz səksən) manat əldən çıxmış faydanı, həmçinin 0,320 ha torpaq sahəsində əkilmiş, 3 ədəd albalı ağacından 1 ağacdan 50 kiloqramdan 150 kiloqram albalı məhsulunu əldə edəcəyini nəzərə alaraq, 9 il ərzində 3 ədəd albalı ağacından 9 x 150 kq = 1.350 kq, albalı məhsulunun 1 kiloqramı 1 manat altmış qəpik olmaqla 1.350 kq x 1. 60 = 2.160 ( iki min yüz altmış) manat əldən çıxmış fayda olaraq, ümumi olaraq 3.150 m + 2.400 m + 480+ 2.160 m = cəmi 8.190 ( səkkiz min yüz doxsan) manat əldən çıxmış faydanın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı məxsus Balakən rayonu Qazma kəndində yerləşən RX seriyalı 05611321 nömrəli çıxarışa əsasən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,320 ha hissəsindən 13 dekabr 2013-cü ildən xx.xx.2021 -ci il tarixinədək olan müdddət ərzində - 9 il müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782 9/5053 nömrəli ekspert rəylərinə uyğun olaraq həmin ərazidə əkilmiş 4 ədəd armud ağacından hər il 40 kq x 9 il= 360 kq armud, 1 kq armud məhsulunun dəyəri 2013-cü ildə 1,80 manat olmaqla 40 x 1,80 man = 72 manat, 2014-cü ildə 1 kq armud məhsulunun dəyəri 1,96 manat olmaqla 40 x 1,96 man = 78,40 manat, 2015-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,05 manat olmaqla 40 x 2,05 man = 82 manat, 2016-cı ildə 1 kq armud məhsulunun dəyəri 2,19 manat olmaqla 40 x 2,19 man =87,60 manat, 2017-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,63 manat olmaqla 40 x 2,63 man = 105,20 manat, 2018-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,55 manat olmaqla 40 x 2,55 man = 102 manat, 2019-cu ildə 1 kq armud məhsulunun dəyəri 2,61 manat olmaqla 40 x 2,61 man = 104.40 manat, 2020-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,70 manat olmaqla 40 x 2,70 man = 108 manat, 2021-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,79 manat olmaqla 40 x 2,79 man = 111,60 manat olmaqla cəmi 851 manat 20 qəpik əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olaraq həmin ərazidə əkilmiş albalı ağacından hər il 20 kq albalı meyvəsinin alınmasını nəzərə alaraq 2013-cü ildə 1 kq albalı meyvəsinin dəyəri 1,77 manat olmaqla 20 x 1,77 man = 35.40 manat, 2014-cü ildə 1 kq albalı məhsulunun dəyəri 1,29 manat olmaqla 20 x 1,29 man = 25,80 manat, 2015-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,87 manat olmaqla 20 x 1,87 man = 37,40 manat, 2016-cı ildə 1 kq albalı məhsulunun dəyəri 1,90 manat olmaqla 20 x 1,90 man = 38 manat, 2017-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,61 manat olmaqla 20 x 1,61 man = 32,20 manat, 2018-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,81 manat olmaqla 20 x 1,81 man = 36,20 manat, 2019-cu ildə 1 kq albalı məhsulunun dəyəri 2,25 manat olmaqla 20 x 2,25 manat = 45 manat, 2020-ci ildə 1 kq albalı məhsulunun dəyəri 2,01 manat olmaqla 20 x 2,01 man = 40,20 manat, 2021-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,57 manat olmaqla 20 x 1,57 man = 31,40 manat cəmi 321 manat 60 qəpik əldən çıxmış faydanın (dəymiş ziyanın) ona ödənilməsi barədə, həmçinin, Balakən rayonu Qazma kəndində yerləşən iddiaçıya məxsus RX seriyalı ******* nömrəli çıxarış üzrə 0,891 ha torpaq sahəsində əkilmiş 2 ədəd qoz ağacı və 1 ədəd fındıq tomasından 9 il müddətində istifadə, sahiblik və sərəncam verə bilməməyi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) bir il ərzində 2 ədəd qoz ağacının üzərindən - 45 kq qoz məhsulunu əldə edə biləcəyini nəzərə alaraq, 2013-cü ildə 1 kq qozun dəyəri 3,64 manat olmaqla 45 x 3,64 man = 163,80 manat, 2014-cü ildə 1 kq qozun dəyəri 3,32 manat olmaqla 45 x 3,32 man = 149,40 manat, 2015-ci ildə 1 kq qozun dəyəri 4,32 manat olmaqla 45 x 4,32 man = 194,40 manat, 2016-cı ildə 1 kq qozun dəyəri 4,70 manat olmaqla 45 x 4,70 man= 211,50 manat, 2017-ci ildə 1 kq qozun dəyəri 5,94 manat olmaqla 45 x 5,94 man = 267,30 manat, 2018ci ildə 1 kq qozun dəyəri 5,28 manat olmaqla 45 x 5,28 man = 237,60 manat, 2019-cu ildə 1 kq qozun dəyəri 5,13 manat olmaqla 45 x 5,13 man = 230,85 manat, 2020-ci ildə 1 kq qozun dəyəri 5,47 manat olmaqla 45 x 5,47 man = 246,15 manat, 2021-ci ildə 1 kq qozun dəyəri 5,72 manat olmaqla 45 x 5,72 man = 257,40 manat olmaqla cəmi 1958 manat 40 qəpik Cavabdeh alınaraq ona ödənilməsi barədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782 9/5053 nömrəli ekspert rəylərinə uyğun olaraq həmin ərazidə əkilmiş 1 ədəd fındıq tomasından 1 ildə 6 kq fındıq məhsulunun əldə ediləcəyi təqdirdə 2013-cü ildə 1 kq fındıq məhsulunun dəyəri 3,07 manat olmaqla 6 x 3,07 man = 18,42 manat, 2014-cü ildə 1 kq fındıq məhsulunun dəyəri 3,12 manat olmaqla 6 x 3,12 man = 18,72 manat, 2015-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 4,35 manat olmaqla 6 x 4,35 man = 26,10 manat, 2016-cı ildə 1 kq fındıq məhsulunun dəyəri 4,86 manat olmaqla 6 x 4,86 man = 29,16 manat, 2017-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 5,59 manat olmaqla 6 x 5,59 man = 33,54 manat, 2018-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 4,88 manat olmaqla 6 x 4,88 man = 29,28 manat, 2019-cu ildə 1 kq fındıq məhsulunun dəyəri 4,93 manat olmaqla 6 x 4,93 manat = 29,58 manat, 2020-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 5,45 manat olmaqla 6 x 5,45 man = 32,70 manat, 2021-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 5,86 manat olmaqla 6 x 5,86 man = 35,16 manat olmaqla cəmi 252 manat 66 qəpik pulun ümumilikdə 3383 (üç min üç yüz səksən üç) manat 86 qəpik maddi ziyanın (əldən çıxmış faydanın) Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manat məbləğində pulun inflyasiya nəzərə almaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddianı onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı Vəliyev X4 rayonu Qazma kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri almışdır. 13 dekabr 2013-cü ildə o, X8 və onun ailə üzvlərindən ümumi sahəsi 0,7453 ha olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. 0,2984 ha torpaq sahəsi 2014cü ildə əmisi X12 və onun arvadı X9 tərəfindən bağışlanma müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. İddiaçı 0,2984 ha torpaq sahəsinə dair isə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatndan çıxarış almışdır. Cavabdeh torpaq sahələri İddiaçı torpaq sahələri ilə qonşuluqda yerləşir. 2013-cü ildən başlayaraq Cavabdeh tərəfindən 0,2980 ha torpaq sahəsinin 0,004 ha hissəsi və 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsi zəbt edilərək istifadə edilir. Bununla əlaqədar ilk iddia üzrə iddiaçı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyyətində olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin olunmuş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0,0891 ha hissəsindən çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, iddanın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0891 ha hissəsini qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-375/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin 0,0891 ha torpaq sahəsində İddiaçı 10 ədəd ağacı vardır. Alma, şaftalı, alça və başqa ağaclar hər il bar verirdi. Həmin sahədən məhsulu Cavabdeh hər il yığmaqla, iddiaçı həmin gəlirdən məhrum olmuşdur. Həmin torpaq sahəsində ağaclar iddiaçı tərəfindən əkilməsə də, ağacların yerləşdiyi torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilərkən ağaclar da iddiaçının istifadəsində qalmışdır. Lakin 2013cü ildən ilk iddia üzrə cavabdeh Xəlilov X1 Ceyhun Zimirxan oğluna məxsus RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən qanunsuz istifadə etdiyinə görə, eyni zamanda 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,004 ha torpaq sahəsindən istifadə etdiyinə görə hazırki maddi ziyanın əldən çıxmış fayda olaraq qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi isə tamamilə əsassızdır. Belə ki, İddiaçı Cavabdeh mülkiyyət və ya istifadəsinə torpaq sahəsi verməmiş və ondan hər hansı məbləğdə, o cümlədən 02 fevral 2006-cı il tarixdə manatın könə məzənnəsi ilə ******* manat pul almamışdır. İddiaçı Cavabdeh qarşısında heç bir pul və ya digər öhdəliyi yoxdur. Ona görə də Cavabdeh İddiaçı pul tələb etməsi tamamilə qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh bacısı oğludur. Balakən rayonu Qazma kənd sakinləri X10, X12 və X9 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satmışlar. Bununla bağlı tərəflər arasında xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT imzalanmışdır. Həmin tarixdən sonra torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi Cavabdeh məlumatı və razılığı olmadan İddiaçı oglunun əmisi X12 və onun arvadı X9 tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. İddiaçı 0.2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, şikayətləri təmin edilməmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satılmış 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 2021-ci ildə təhvil verilmişdir. Hazırda isə İddiaçı əsassız olaraq Cavabdeh qarşı həmin torpaq sahəsi ilə bağlı əldən çıxmış faydanın qaytarılması iddiası ilə bağlı məhkəmədə iddia qaldırmışdır. 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satıldığına görə Cavabdeh həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. Buna görə də vicdanlı sahib olaraq əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı mübahisələndirdiyi torpaq sahəsindəki əkilmiş ağaclar yaşlı ağaclardır, həmin ağaclar 2014-cü ildən çox əvvəl əkilmişdir, həmin ağaclara da İddiaçı heç bir əşya və əmlak hüquqları yoxdur. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də, həmin ağacların yaşlı və intensiv barvermə mərhələsində olduğu qeyd edilmişdir. Eyni zamanda İddiaçı də iddia tələbində həmin ağacları özü tərəfindən əkdiyini bildirməmişdir. İş materiallarına əlavə edilmiş qətnamələrdən də görünür ki, mübahisələndirilən torpaq sahələri Cavabdeh istifadəsində olmuş, iddiaçının həmin torpaq sahələrinə mülkiyyət hüquqları 2014-cü ildə yaranmış, 2020-ci ilədək iddiaçı torpaq sahəsindən çıxarılma ilə bağlı cavabdehə müraciət etməmişdir. 2021-ci ildə Cavabdeh torpaq sahələrini içərisində ağaclarla birlikdə İddiaçı verdiyindən, həmin torpaq sahəsi əvvəlki mülkiyyətçiləri tərəfindən 2006-cı ildə o vaxtki məzənnə ilə ******* manata Cavabdeh satıldığından, 2014-cü ildə isə bağışlama müqaviləsi əsasında ilk iddia üzrə iddiaçıya bağışladıqlarından hazırda həmin hüquqlar iddiaçıya ötürüldüyündən İddiaçı Cavabdeh çəkdiyi xərclərə görə əsassız varlanmışdır. İddaçı İddiaçı Cavabdeh qarşı ziyan tələbi ilə bağlı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68 olan, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 25 №li reyestr kitabının 73 №li vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan, ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 25 №li reyestr kitabının 93 №li vərəqində xx.xx.2015-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********68 olan, 001383 qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********68 olan, 003912 qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3807/2021 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 375/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 02 fevral 2006-cı il tarixdə tərtib edilmiş aktdan görünür ki, Balakən rayonu Qazma kənd sakinləri X5, X11 və X6 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satmışlar. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 13 iyun 2022-ci il tarixli 9/2913 nömrəli ekspertiza rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 2006-cı ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar məhkəmə tərəfindən nəzərə alındıqda 4.000.000,00 manat məbləğində pul vəsaitinin xx.xx.2022-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivilenti) aşağıdakı kimi müəyyən edilir; İnflyasiya nəzərə alınmaqla-2438 manat 40 qəpik; İnflyasiya nəzərə alınmadan----800,00 manat; İşə əlavə edilmiş Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X16 Mərkəzinin 11 mart 2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Qazma kəndində yerləşən İddiaçı məxsus RX0337876 nömrəli çıxarış üzrə 0,0891 ha və RX-0561321 nömrəli çıxarış üzrə 0,0320 ha, cəmi 0,1211 ha olan torpaq sahələrində qarğıdalı bitkisinin və armud, albalı ağaclarından nə qədər məhsulun götürülməsinin mümkünlüyü barədə xx.xx.2022-ci tarixində araşdırmalar aparılarkən Qazma kəndində RX-0337876 nömrəli çıxarışa əsasən 0,0891 ha sahədə 2 ədəd qoz ağacı və 1 ədəd fındıq tomasının olması, ərazinin qalan hissəsində isə qarğıdalı səpildiyi müşahidə edilmişdir. Həmin ərazidə qoz ağaclarının və fındıq tomasının yaşlı olduğunu nəzərə alınaraq hər ildə təxminən 45 kq qoz və 6 kq fındıq meyvəsinin alınmasını mümkün hesab etmək olar (9 il x 45 kq = 405 kq qoz, 9 il x 6 kq = 54 kq fındıq). Balakən rayonunun statistik göstəricilərinə istinad edərək qarğıdalı bitkisi üçün məhsuldarlıq orta hesabla illər üzrə aşağdakı kimi göstərilə bilər. 2013-cü ildə - 59,8 sent x 0,08 ha = 478,4 kq, 2014-cü ildə - 54,2 sent x 0,08 ha = 433,6 kq, 2015-ci ildə - 56,3 sent x 0,08 ha = 450,4 kq, 2016-cı ildə - 61,8 sent x 0,08 ha = 494,4 kq, 2017-ci ildə - 61,9 sent x 0,08 ha =495,2 kq, 2018-ci ildə - 61,1 sent x 0,08 ha - 488,8 kq, 2019-cu ildə - 61,2 sent x 0,08 ha = 489,6 kq, 2020-ci ildə - 61,6 sent x 0,08 ha = 492,8 kq, 2021-ci ildə - 66,4 sent x 0,08 ha = 531,2 kq, 2013-2021-ci illər üzrə cəmi - 4351,4 kq. RX-0561321 nömrəli çıxarış üzrə olan 0,0320 ha əraziyə baxış keçirilən zaman həmin ərazidə 4 ədəd armud və 2 ədəd albalı ağacının olduğu, qalan sahənin isə boş olduğu müşahidə edilmişdir. 4 ədəd armud ağacından təqribən 40 kq və 2 ədəd albalı ağacından 20 kq məhsul götürmək olar. Beləliklə, 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almaq olar. Beləliklə, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyünü göstərmək olar. İşdə olan kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782;9/5053 nömrəli ekspertiza rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı mülki iş materialındakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X16 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən verilən xx.xx.2022 tarixli rəyinə əsasən Qazma kəndində yerləşən İddiaçı məxsus RX0337876 nömrəli çıxarış üzrə 0,0891 ha və RX- 0561321 nömrəli çıxarış üzrə 0,0320 ha, cəmi 0,1211 ha olan torpaq sahələrdə qarğıdalı bitkisinin və armud, albalı ağaclarından nə qədər məhsulun götürülməsinin mümkünlüyü barədə xx.xx.2022-ci tarixində araşdırmalar aparılarkən Qazma kəndində RX-0337876 nömrəli çıxarışa əsasən 0,0891 ha sahədə 2 ədəd qoz ağacı və 1 ədəd fındıq tomasının, ərazinin qalan hissəsində isə qarğıdalı səpildiyi müşahidə edilmişdir. Həmin ərazidə qoz ağaclarının və fındıq tomasının yaşlı olduğunu nəzərə alınaraq hər ildə təxminən 45 kq qoz və 6 kq fındıq meyvəsinin alınmasını mümkün hesab etmək olar (9 il x 45 kq = 405 kq qoz, 9 il x 6 kq = 54 kq fındıq). Balakən rayonunun statistik göstəricilərinə istinad edərək qarğıdalı bitkisi üçün məhsuldarlıq orta hesabla illər üzrə aşağdakı kimi göstərilə bilər. 2013-cü ildə - 59,8 sent x 0,08 ha = 478,4 kq 2014-cü ildə - 54,2 sent x 0,08 ha = 433,6 kq, 2015-ci ildə - 56,3 sent x 0,08 ha = 450,4 kq, 2016-cı ildə - 61,8 sent x 0,08 ha = 494,4 kq, 2017-ci ildə - 61,9 sent x 0,08 ha = 495,2 kq, 2018-ci ildə - 61,1 sent x 0,08 ha - 488,8 kq, 2019-cu ildə - 61,2 sent x 0,08 ha = 489,6 kq, 2020-ci ildə - 61,6 sent x 0,08 ha = 492,8 kq, 2021-ci ildə - 66,4 sent x 0,08 ha = 531,2 kq, 2013-2021-ci illər üzrə cəmi - 4351,4 kq. RX-0561321 nömrəli çıxarış üzrə olan 0,0320 ha əraziyə baxış keçirilən zaman həmin ərazidə 4 ədəd armud və 2 ədəd albalı ağacının olduğu, qalan sahənin isə boş olduğu müşahidə edilmişdir. 4 ədəd armud ağacından təqribən 40 kq və 2 ədəd albalı ağacından 20 kq məhsul götürmək olar. Beləliklə, 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almaq olar. Beləliklə, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyünü göstərmək olar. Tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı mülki iş materialındakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X16 Mərkəzinin Bitkiçilik sektorunun xx.xx.2022 tarixli rəyində İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi göstərilən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsində və 0,2984 ha torpaq sahəsinin 0,004 ha hissəsində olan meyvə ağaclarının yaşlı olması qeyd edilsə də, həmin ağacların hansı yaşda olması haqqında heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi göstərilən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsində və 0,2984 ha torpaq sahəsinin 0,004 ha hissəsində olan meyvə ağaclarının yaşı müəyyən edilsin sualı üzrə tədqiqat işləri aparılmadı. Məhkəmə tərəflərin nümayəndəsi-vəkillərinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı Vəliyev X4 rayonu Qazma kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri almışdır. 13 dekabr 2013-cü ildə o, X8 və onun ailə üzvlərindən ümumi sahəsi 0,7453 ha olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış, həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqları RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. 0,2984 ha torpaq sahəsi 2014-cü ildə İddiaçı əmisi X12 və onun arvadı X9 tərəfindən bağışlanma müqaviləsi əsasında İddiaçı bağışlanmış, o, 0,2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh torpaq sahələri İddiaçı torpaq sahələri ilə qonşuluqda yerləşir. 2013-cü ildən başlayaraq Cavabdeh 0,2980 ha torpaq sahəsinin 0,004 ha hissəsini və 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsini istifadə etmişdir. Bununla əlaqədar ilk iddia üzrə iddiaçı Vəliyev X4 rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyyətində olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il li 2(019)-57/2020 nömrəli qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunmuş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0,0891 ha hissəsindən çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, iddanın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0891 ha hissəsini qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-375/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı verilən 0,0891 ha torpaq sahəsində əvvəl əkilmiş 10 ədəd yaşlı ağac mövcud olmuşdur. Həmin torpaq sahəsində bu ağaclar ilk iddia üzrə İddiaçı tərəfindən əkilməsə də, ağacların yerləşdiyi torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Həmin torpaq sahəsi İddiaçı təhvil verilərkən ağaclar da onun istifadəsində qalmışdır. İlk iddia üzrə İddiaçı bildirdiyinə görə 2013-cü ildən Cavabdeh ona məxsus RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən qanunsuz istifadə etdiyinə görə, eyni zamanda 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,004 ha torpaq sahəsindən istifadə etdiyinə görə hazırki əldən çıxmış fayda formasında maddi ziyan tələbilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddiasında göstərmişdir ki, Balakən rayonu Qazma kənd sakinləri X10, X12 və X6 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satılmış, bununla bağlı tərəflər arasında xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT imzalanmışdır. Həmin tarixdən sonra torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi Cavabdeh məlumatı və razılığı olmadan 2014-cü ildə İddiaçı oglunun əmisi X12 və onun arvadı X9 tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. İddiaçı 0.2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət versə də, şikayəti təmin edilməmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satılmış 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 2021-ci ildə təhvil vermişdir. Hazırda isə İddiaçı ona qarşı həmin torpaq sahəsi ilə bağlı əldən çıxmış faydanın qaytarılması iddiası ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh və onun nümayəndəsi-vəkili ilk iddiaya etiraz və qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hal kimi bildirirlər 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satıldığına görə Cavabdeh həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. Buna görə də onun vicdanlı sahib olaraq əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3383.86 manat (üç min üç yüz səksən altı manat səksən altı qəpik) manat əldən çıxmış faydaya görə maddi ziyan dəydiyini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun hesabına əsassız varlandığını və əmlakı yaxşılaşdırma xərci olan o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manat məbləğində pulun inflyasiya nəzərə almaqla ziyan dəydiyini iddia edərək bu barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtləki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada konkret ilk iddia üzrə hazırki mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət oxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh ona məhz 3383.86 manat məbləğində maddi ziyan vurması, bu məbləğdə ziyanın onun qanunazidd hərəkətləri nəticəsində vurulması, sözügedən ziyanla həmin qanunazidd hərəkətlər arasında səbəbli əlaqənin olması və ilk iddia üzrə Cavabdeh göstərilən məbləğdə maddi ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə ilk iddia üzrə iddiaçının öz tələbini əsaslandırdığı halların mövcud olubolmamasını yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən ilk iddia tələbi əsassızdır. Belə ki, məhkəmə ilk iddia ilə bağlı qeyd edir ki, işdəki sübutlara əsasən Balakən rayonu Qazma kənd sakinləri X10, X12 və X6 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satılmış, bununla bağlı tərəflər arasında xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT imzalanmışdır. Həmin tarixdən sonra torpaq sahəsi Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi Cavabdeh məlumatı və razılığı olmadan 2014-cü ildə İddiaçı oglunun əmisi X12 və onun arvadı X9 tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında İddiaçıa bağışlanmış, İddiaçı 0.2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, şikayətlər təmin edilməmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satılmış 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 2021-ci ildə təhvil verilmişdir. 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər tərəfindən xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satıldığına və faktiki onun titul sahibliyinə və istifadəsinə verildiyinə görə Cavabdeh həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. Buna görə də vicdanlı sahib olaraq onun əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3383.86 manat (üç min üç yüz səksən altı manat səksən altı qəpik) manat əldən çıxmış faydaya görə ziyan dəydiyi iddia edilsə də, iş materiallarına əsasən Cavabdeh ilk iddia üzrə iddiaçıya məxsus torpaq sahələrinə özbaşına olaraq sahiblənməmiş, torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə məyyən məbləğ pul ödəyərək həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən, bu hal Cavabdeh vicdanlı sahib olduğunu göstərir. Həmin maddənin tələbinə görə, mülkiyyətçi vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdanlı sahib əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Eyni zamanda ilk iddia üzrə iddiaçının ilk iddia tələbində göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əsasən ilk iddia üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsindəki əkilmiş ağaclar yaşlı ağaclardır, həmin ağaclar 2014-cü ildən çox əvvəl əkilmişdir, həmin ağaclara da ilk iddia üzrə İddiaçı heç bir əşya və əmlak hüquqları yoxdur. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də, həmin ağacların yaşlı və intensiv barvermə mərhələsində olduğu qeyd edilmişdir. Eyni zamanda ilk iddia üzrə İddiaçı də iddia tələbində həmin ağacları özü tərəfindən əkdiyini bildirməmişdir. İşdəki sübutlarla da İddiaçı həmin ağacları özü tərəfindən əkilməsi müəyyən edilməmişdir. İş materialları üzrə istinad edilmiş qətnamələrdən və ümumən iş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi ilk iddia üzrə Cavabdeh istifadəsində olmuş, ilk iddia üzrə iddiaçının həmin torpaq sahələrinə mülkiyyət hüquqları 2014-cü ildə daşınmaz əmalkın dövlət reyestrində qeydə alınmış, ilk iddia üzrə iddiaçı 2020-ci ilədək torpaq sahələrindən çıxarılma və ziyan tələbi ilə bağlı ilk iddia üzrə cavabdehə müraciət etməmişdir. 2021-ci ildə ilk iddia üzrə Cavabdeh torpaq sahələrini içərisində ağaclarla birlikdə İddiaçı təhvil vermişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən ağaclar İddiaçı tərəfindən əkilməmiş, o, ağacları almamış, yalnız boş torpaq sahələrini almış və onun həmin ağaclara mülkiyyət hüququ qeydə alınmamışdır. Məhkəmə, bu barədə həmçinin onu da qeyd edir ki, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh ilk iddia ərizəsində göstərilən müddətdə sözügedən torpaq sahəsində olan ağaclardan qeyd edilən miqdarda və qiymətdə məhsul yığması, həmin müddət ərzində göstərdikləri miqdarda və qiymətə məhsulu satması nəticəsində 3383.86 manat əsassız gəlir əldə etməsi və ona 3383.86 maddi ziyan vurması, bu ziyanın Cavabdeh hanısa qanunazidd hərəkətləri nəticəsində yaranması və həmin ziyanla Cavabdeh hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və Cavabdeh həmin 3383.86 manat ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da ilk iddia tələbininə əsaslandırıldığı halları və ilk iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X16 Mərkəzinin 11 mart 2022-ci il tarixli mütəxəssis rəyi və kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyi ilk iddia tələbinin əsaslandırıldığı halları təsdiq etmək üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, 11 mart 2022-ci il tarixli mütəxəssis rəyində ağaclardan 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almağın, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyü göstərilməklə bu nəticə heç bir elmi araşdırmanın nəticələrinə və tədqiqat metodlarına əsaslanmadan yalnız ehtimala əsaslanmışdır. Həmin mütəxəssis rəyinə qiymət verməklə həmçinin ehtimal etmək olar ki, qeyd edilən həmin çəkilərdə meyvə, qoz və qarğıdalı məhsulunu illər üzrə əlverişsiz hava şəraiti olduğu təqdirdə və müxtəlif fors-major hallarında əldə etməmək, bundan çox və ya az da miqdarda da əldə etmək olar. 11 mart 2022-ci il tarixli mütəxəssis rəyində göstərilən illər ərzində məhz göstərilən çəkilə armud, albalı, qoz və dən qarğıdalının alınacağı heç bir mötəbər sübutla, elmi araşdırma və tədqiqat metodları əsasında təsdiq olunmur. Bundan başqa, 11 mart 2022-ci il tarixli mütəxəssis rəyində vurulmuş ziyanın dəqiq olaraq məhz ilk iddia ərizəsində göstərilən məbləğdə, yəni 3383.86 manat məbləğində olması, bu ziyanın ilk iddia üzrə Cavabdeh qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və Cavabdeh həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsiq olunmur. Həmçinin kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyi də ehtimal əsasında verilən Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X16 Mərkəzinin 11 mart 2022-ci il tarixli mütəxəssis rəyi əsasında verilmişdir və həmin ekspert rəyi heç bir elmi tədqiqat metodlarına əsaslanmır və müstəqil tədqiqatın nəticəsi deyildir. Bundan başqa 13 iyun 2022-ci il tarixli 9/2913 nömrəli ekspert rəyində eynilə ağaclardan 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almağın, beləliklə, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyü göstərilməklə bu nəticə heç bir elmi araşdırmaya və tədqiqata əsaslanmadan yalnız 11 mart 2022-ci il tarixli mütəxəssis rəyi üzrə yalnız ehtimala istinad edilməklə verilmişdir. Həmin ekspertiza rəyinə qiymət verməklə həmçinin ehtimal etmək olar ki, qeyd edilən həmin çəkilərdə meyvə, qoz və qarğıdalı məhsulunu illər üzrə əlverişsiz hava şəraiti olduğu təqdirdə, həmçinin müxtəlif fors-major halları baş verdikdə əldə etməmək, az və ya çox miqdarda əldə etmək də olar. Kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyində göstərilən illər ərzində məhz göstərilən çəkidə armud, albalı, qoz və dən qarğıdalının alınacağı heç bir mötəbər sübutla və tədqiqat metodları əsasında təsdiq olunmur. Bundan başqa, kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyində vurulmuş ziyanın dəqiq olaraq məhz ilk iddia ərizəsində göstərilən məbləğdə, yəni 3383.86 manat məbləğində olması, bu ziyanın ilk iddia üzrə Cavabdeh qanunazidd hərəkətləri nəticəsində yaranması, ehtimal olunan bu ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və Cavabdeh həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsiq olunmur. Bundan əlavə Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)- 57/2020 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 375/2021 nömrəli 24 fevral 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3807/2021 saylı qərarı da ilk iddia üzrə iddiaçıya tələb olunan 3383.86 manat məbləğində ziyan vurulması, bu məbləğdə ziyanın ilk iddia üzrə cavabdehin hansısa qanunazidd hərəkətləri nəticəsində vurulması, iddia edilən bu ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və həmin ziyanın vurulmasında ilk iddia üzrə Cavabdeh təqsirli olmasını təsdiq etmədiyindən və bu halları müəyyən etmədiyindən ilk iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən sübut kimi qəbul olunmur. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-375/2021 nömrəli 24 fevral 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3807/2021 saylı qərarında iddia predmetini təşkil edən İddiaçı məxsus torpaq sahələrində meyvə ağaclarının və digər ağacların olması, orada qarğıdalının olması, bu ağacların və qarğıdalının İddiaçı məxsus olması, onun mülkiyyətində olması, Cavabdeh həmin ağaclardan və qarğıdalıdan bəhər götürməsi və İddiaçı ziyan vurması müəyyən edilməmişdir. Həmin qətnamələr və qərarda Cavabdeh istifadəsində olan torpaq sahələrinin müəyyən hissəsinin ondan alınaraq İddiaçı verilməsindən söhbət gedir. Bu məhkəmə aktlarında həmin torpaq sahələrində meyvə ağacları, digər ağaclar və qarğıdalının olması və onların da torpaq sahələri ilə birlikə cavabdehdən alınıb iddiaçıya verilməsi göstərilməmişdir. Ona görə də həmin məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş faktlar Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar kimi qəbul edilə bilməz. İşdə ilk iddia tələbinin əsaslılığını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir və ilk iddia üzrə iddiaçı tərəfindən də belə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddianın təmin edilməsi üçün heç bir faktoloji və hüquqi əsaslar mövcud deyildir. Ona görə də ilk iddia təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə çatdırır ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 4 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; mülkiyyət hüquqlarının müdafiəsindən əmələ gələn öhdəliklər, qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Qarşılıqlı iddia üzrə iddiaçı ilə qarşılıqlı iddia üzrə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbini işin faktoloji halları və tətbiq edilməli olan qanun normaları əsasında hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 02 fevral 2006-cı il tarixli torpağın alqı-satqısına dair akta imza etməmiş, sözügedən torpaq sahələrini Cavabdeh mülkiyyətinə, sahiblik və istifadəsinə verməmiş, Cavabdeh hər hansı pul vəsaiti, o cümlədən 2006-cı il 02 fevral tarixində, nə də başqa vaxt Azərbaycan manatının köhnə məzənnəsi ilə ******* (dörd milyon) manat məbləğində pul vəsaiti almamış, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşısında müqavilədən, mülkiyyət hüquqlarının müdafiəsindən, qanundan və mülki hüquq pozuntusundan (deliktdən) yaranmış hər hansı öhdəliyi mövcud olmamış, onun Cavabdeh qarşısında hər hansı pul vəsaitini, o cümlədən sözügedən ******* manat pul vəsaitini və ya həmin 400000 manat pul vəsaitinin 01 iyun 2022-ci il tarixinə hesablanmış cari dəyərini (ekvivalentini) təşkil edən 2438,4 manat məbləğini qaytarmaq barədə hər hansı öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsində göstərilən torpaq sahələrini Cavabdeh mülkiyyətinə, sahiblik və istifadəsinə verməsini, Cavabdeh hər hansı pul vəsaiti, o cümlədən 2006-cı il 02 fevral tarixində, nə də başqa vaxt Azərbaycan manatının köhnə məzənnəsi ilə ******* (dörd milyon) manat məbləğində pul vəsaiti almasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşısında müqavilədən, mülkiyyət hüquqlarının müdafiəsindən, qanundan və mülki hüquq pozuntusundan (deliktdən) yaranmış hər hansı öhdəlik götürməsini, onun Cavabdeh qarşısında hər hansı pul vəsaitini, o cümlədən sözügedən ******* manat pul vəsaitini və ya həmin 400000 manat pul vəsaitinin 01 iyun 2022-ci il tarixinə hesablanmış cari dəyərini (ekvivalentini) təşkil edən 2438,4 manat məbləğini qaytarmaq barədə hər hansı öhdəliyinin yaranmasını, Cavabdeh manatın köhnə məzənnəsi ilə ******* manat məbləğdə və ya həmin 400000 manat pul vəsaitinin 01 iyun 2022-ci il tarixinə hesablanmış cari dəyərini (ekvivalentini) təşkil edən 2438,4 manat məbləğdə ziyan vurmasını, bu ziyanın ilk iddia üzrə cavabdeh İddiaçı hansısa qanunazidd hərəkətləri nəticəsində vurulmasını, tələb olunan bu məbləğdə ziyanla İddiaçı hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və bu ziyanın vurulmasında İddiaçı təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Bu xüsusda məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyun 2022-ci il tarixli 9/2913 nömrəli ekspertiza rəyini də qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ekspertiza rəyində iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsində göstərilən torpaq sahələrini Cavabdeh mülkiyyətinə, sahiblik və istifadəsinə verməsi, Cavabdeh hər hansı pul vəsaiti, o cümlədən 2006-cı il 02 fevral tarixində, nə də başqa vaxt Azərbaycan manatının köhnə məzənnəsi ilə ******* (dörd milyon) manat məbləğində pul vəsaiti alması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşısında müqavilədən, mülkiyyət hüquqlarının müdafiəsindən, qanundan və mülki hüquq pozuntusundan (deliktdən) yaranmış hər hansı öhdəlik götürməsi, onun Cavabdeh qarşısında hər hansı pul vəsaitini, o cümlədən sözügedən ******* manat pul vəsaitini və ya həmin 400000 manat pul vəsaitinin 01 iyun 2022-ci il tarixinə hesablanmış cari dəyərini (ekvivalentini) təşkil edən 2438,4 manat məbləğini qaytarmaq barədə hər hansı öhdəliyinin yaranması, Cavabdeh manatın köhnə məzənnəsi ilə ******* manat məbləğdə və ya həmin 400000 manat pul vəsaitinin 01 iyun 2022-ci il tarixinə hesablanmış cari dəyərini (ekvivalentini) təşkil edən 2438,4 manat məbləğdə ziyan vurması, bu ziyanın ilk iddia üzrə cavabdeh İddiaçı hansısa qanunazidd hərəkətləri nəticəsində vurulması, tələb olunan bu məbləğdə ziyanla İddiaçı hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və bu ziyanın vurulmasında İddiaçı təqsirli olması təsdiq və sübut olunmur. Yəni məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyun 2022-ci il tarixli 9/2913 nömrəli ekspertiza rəyi qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları təsdiq etmir. Qeyd olunanlar da qarşılıqlı iddianın heç bir faktoloji bazaya və hüquqi əsaslara malik olmamaqla əsassız olmasını göstərir. Ona görə də məhkəmə qarşılıqlı iddianın da təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsininvəkilinin və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk və qarşılıqlı iddiaların təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. İş üzrə kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat və məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat olmaqla cəmi 200 manat ekspertiza xərcinin 100 (bir yüz) manatı ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və 100 (bir yüz) manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 3383 (üç min üç yüz səksən üç) manat 86 qəpik maddi ziyanın (əldən çıxmış faydanın) Cavabdeh alınaraq ona ödənilməsi tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Cavabdeh İddiaçı qarşı İddiaçı o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manat məbləğində pulun inflyasiya nəzərə almaqla alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə cəmi 200 manat ekspertiza xərcinin 100 (bir yüz) manatı ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və 100 (bir yüz) manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar