Məhkəmə qərarları › İş №2(019)-949/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-949/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-949/2021 17.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh “Ə.Ansuxski adına X2” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh “Ə.Ansuxski adına X2” ASC-nə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Ə.Ansuxski adına X2” ASC-nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Ə.Ansuxski adına X2” ASC-dən 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər mübahisənin barışıq yolu ilə həll olunması barədə razılığa gəldiklərini, bu barədə aralarında şərtləri dəqiqləşdirilməklə barışıq sazişi bağladıqlarını bildirib, barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Tərəflərin təqdim etdiyi və imzaladıqları barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır. Bir tərəfdən, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)- 949/2021 nömrəli mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 - (bundan sonra "İddiaçı" adlanacaq) və digər tərəfdən həmin iş üzrə cavabdeh "Ə.Ansuxski adına X2" ASC nümayəndəsi və vəkili Nümayəndə2 şəxsində - (bundan sonra "Cavabdeh" adlanacaq) aralarında olan məhkəmə mübahisəsini barışıq yolu ilə həll etmək məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 52.3, 122.3 və 191-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı sazişi bağladıq:

1. "İddiaçı" və "Cavabdeh" aralarında olan razılaşmaya əsasən Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)-949/2021 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;

2. Razılaşmaya əsasən "İddiaçı", "Cavabdeh" tərəfindən RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən sonuncunun mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti-54 ünvanında yerləşən ümumi sahəsi 20861,80 m2 olan əmlak kompleksi kimi müəssisəni və həmin müəssisənin yerləşdiyi 10,0 ha torpaq sahəsini 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları borcun əvəzində "İddiaçı"nın mülkiyyətinə verməsi müqabilində, 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq (tutularaq) "İddiaçı"ya verilməsi ilə bağlı hazırki iş üzrə iddiasından əl çəkir.

3. "Cavabdeh", "İddiaçı" tərəfindən 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq (tutularaq) "İddiaçı"ya verilməsi ilə bağlı hazırki iş üzrə iddiasından əl çəkməsi müqabilində 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları borcun əvəzinə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti- 54 ünvanında yerləşən ümumi sahəsi 20861,80 m2 olan əmlak kompleksi kimi müəssisəni və həmin müəssisənin yerləşdiyi 10,0 ha torpaq sahəsini "İddiaçı"nın mülkiyyətinə verir.

4. "İddiaçı"-ya və "Cavabdeh"-ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaçının barışıq sazişini heç bir kənar təsir olmadan bağladığını, həmin şərtlərin onların mənafelərinə və istəyinə uyğun olduğunu bildirərək barışıq sazişini təsdiq etməklə işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh «Ə.Ansuxskiy adına X2» ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 oğlu da məhkəmə iclasında iddiaçı ilə bağlanmış barışıq sazişinin onların mənafelərinə və iradəsinə uyğun olduğunu bildirib barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmədə işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə barışıq sazişinin şərtlərini təhlil edərək, barışıq sazişinin şərtlərinin tərəflərin qanunla qorunan hüquq və mənafelərinə uyğun olduğu qənaətinə gələrək barışıq sazişinin təsdiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.2 maddəsinin tələbinə görə məhkəmə, tərəflərin barışıq sazişini təsdiq etdikdə, bu barədə qərardad çıxararaq bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Eyni zamanda həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 263, 164, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, qərara aldı İddiaçı cavabdeh «Ə.Ansuxski adına X2» ASC-nə qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinə əsasən "İddiaçı", "Cavabdeh" tərəfindən RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən sonuncunun mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti-54 ünvanında yerləşən ümumi sahəsi 20861,80 m2 olan əmlak kompleksi kimi müəssisəni və həmin müəssisənin yerləşdiyi 10,0 ha torpaq sahəsini 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları borcun əvəzində "İddiaçı"nın mülkiyyətinə verməsi müqabilində, 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq (tutularaq) "İddiaçı"ya verilməsi ilə bağlı hazırki iş üzrə iddiasından əl çəkir. "Cavabdeh", "İddiaçı" tərəfindən 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq (tutularaq) "İddiaçı"ya verilməsi ilə bağlı hazırki iş üzrə iddiasından əl çəkməsi müqabilində 2.825.000 (iki milyon səkkiz yüz iyirmi beş min) ABŞ dolları borcun əvəzinə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti- 54 ünvanında yerləşən ümumi sahəsi 20861,80 m2 olan əmlak kompleksi kimi müəssisəni və həmin müəssisənin yerləşdiyi 10,0 ha torpaq sahəsini "İddiaçı"nın mülkiyyətinə verir. Tərəflərin arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə əsasən mülki işin icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar