Məhkəmə qərarları › İş №2(019)-99/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-99/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-99/2022 15.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 14.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi 750 (yeddi yüz əlli manat qırx qəpik) AZN və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 (otuz manat qırx qəpik) AZN məbləğində pul vəsaitinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsində 750 manat zərər və 30,40 manat dövlət rüsumunun tutulması xahiş olunur ki, bu məbləğlərin cəmi də 780,40 manat edir. Ona görə də məhkəmə iddia ərizəsində tələb olunan 780 manat zərər və 30,40 manat dövlət rüsumunun cəmi olaraq 780 manat məbləğin göstərilməsini texniki səhv kimi qəbul edərək, həmin cəmi məbləği 780,84 manat kimi qəbul edir. Belə ki, iş materiallarından görünür ki, tələb olunan zərər məbləği 750 manatdır. Həmçinin iddiaçı da hazırki iddianın qaldırılması üçün bank xidmət haqqı nəzərə alınmaqla 30,40 manat dövlət rüsumu ödəmişdir. Bu məbləğlərin cəmi isə 780,40 manat edir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o,14.09.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, A.Salamzadə küçəsində yerləşən Yasamal RPİ-nin qarşısında özünə məxsus Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı zaman Cavabdeh özünə məxsus Mersedes-320 minik markalı 10 XJ788 dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yuxarıda qeyd olunan avromobilinə çırpılaraq avtomobilini əzmiş və bununla da ona 750 manat həcmində zərər vurmuşdur. Bu fakt avtomobillərin təmir sexi (fərdi sahibkar Y.Ə.Mirzəyev VÖEN-**********) tərəfindən tərtib edilmiş 24.09.2021-ci il tarixli 06 №-li Nöqsan AKT-ı ilə də öz təsdiqini tapmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər DYPİ YNH inspektoru, polis leytenantı E.E.Quliyev tərəfindən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli olmasına dair inzibati xəta haqqında 14.09.2021-ci il tarixli protokol tərtib edilmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi Cavabdeh tələb olunsa da, o, bundan imtina etmişdir. 14.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ford Fusion minik markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi 750 AZN və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub ona ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilən İddiaçı məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə teleqramlarla müraciət edərək, iddianı müdafiə etdiyini bildirib, hazırki mülki işə iddiaçı olaraq onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsasən hazırki mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbər edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Hazırki iş üzrə 16 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən-150 manat hissədə qəbul və etiraf edərək, qalan hissədə qəbul etməyərək, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan həmin məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan 22.10.2019-cu il tarixli AD 624760 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** TB *** Ford Fusion minik markalı avtomaşın İddiaçı adına daşınar əşyaların rəsmi reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhər DYPİ YNH inspektoru, polis leytenantı X6 tərəfindən tərtib olunmuş 14.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Balakən rayonu Qazma kənd sakini Cavabdeh 14.09.2021-ci il tarixdə saat 17.20-də Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsində (Yasamal RPİ qarşısı) Mersedes 320 minik markalı 10XJ788 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozaraq özünə məxsus avtomaşınla İddiaçı məxsus Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq həmin avtomaşını əzməsi və qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibi kimi sığortaçı ilə icbari sığorta müqaviləsini bağlamamasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutlmuş inzibati xətaların törədilməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Bakı şəhər DYPİ YNH inspektoru, polis leytenantı X3 14.09.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Balakən rayonu Qazma kənd sakini Cavabdeh 14.09.2021-ci il tarixdə saat 17.20-də Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi (Yasamal RPİ qarşısı) Mersedes 320 minik markalı 10XJ788 dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması- özünə məxsus avtomaşınla İddiaçı məxsus Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq həmin avtomaşını əzməsi və qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibi kimi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 məxsus (VGEN **********) Bakı şəhəri, X8 98 A ünvanda yerləşən avtomobillərin təmir sexinin 24 sentyabr 2021-ci il tarixli 06 nömrəli nöqsan aktında göstərilir ki, sifarişçi İddiaçı Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilində təmir əməliyyatlarıarxa panelin alt hissəsinin təmiri 250.00 manat, buferin təmiri 150.00 manat, buferin üç hissəsinin rəngləməsi 350.00 manat olmaqla, cəmi xərc 750 manatdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 fevral 2022-ci il tarixli 9/9264-8/3285 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 24.09.2021-ci il tarixli 06 nömrəli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla Ford Fusion markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 fevral 2022-ci il tarixli 9/9264-8/3285 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan qanun normalarına əsasən məhkəmə işin faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən 22.10.2019-cu il tarixli AD 624760 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, Bakı şəhər DYPİ YNH inspektoru, polis leytenantı X6 tərəfindən Cavabdeh barəsində tərtib olunmuş 14.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu, Bakı şəhər DYPİ YNH inspektoru, polis leytenantı X3 Cavabdeh barəsində 14.09.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 məxsus (VGEN **********) Bakı şəhəri, X8 98 A ünvanda yerləşən avtomobillərin təmir sexinin 24 sentyabr 2021-ci il tarixli 06 nömrəli nöqsan aktını və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 fevral 2022-ci il tarixli 9/9264-8/3285 saylı rəyini mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iclasında işdə olan mötəbər sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ** TB *** Ford Fusion minik markalı avtomaşın İddiaçı adına daşınar əşyaların rəsmi reyestrində dövlət qeydiyyatına alınmaqla ona 22.10.2019-cu il tarixli AD 624760 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş, Balakən rayonu Qazma kənd sakini Cavabdeh 14.09.2021-ci il tarixdə saat 17.20-də Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsində (Yasamal RPİ qarşısı) Mersedes 320 minik markalı 10XJ788 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozaraq özünə məxsus avtomaşınla İddiaçı məxsus Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq həmin avtomaşını əzməsi və qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibi kimi sığortaçı ilə icbari sığorta müqaviləsini bağlamamasına görə Bakı şəhər DYPİ YNH inspektoru, polis leytenantı X6 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutlmuş inzibati xətaların törədilməsi ilə bağlı 14.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhər DYPİ YNH inspektoru, polis leytenantı X3 14.09.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Balakən rayonu Qazma kənd sakini Cavabdeh 14.09.2021-ci il tarixdə saat 17.20-də Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi (Yasamal RPİ qarşısı) Mersedes 320 minik markalı 10XJ788 dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması- özünə məxsus avtomaşınla İddiaçı məxsus Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq həmin avtomaşını əzməsi və qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibi kimi sığortaçı ilə icbari sığorta müqaviləsini bağlamamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 məxsus (VGEN **********) Bakı şəhəri, X8 98 A ünvanda yerləşən avtomobillərin təmir sexinin 24 sentyabr 2021-ci il tarixli 06 nömrəli nöqsan aktı ilə İddiaçı Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilində təmir əməliyyatları-arxa panelin alt hissəsinin təmiri 250.00 manat, buferin təmiri 150.00 manat, buferin üç hissəsinin rəngləməsi 350.00 manat olmaqla, cəmi xərcinin 750 manat olması müəyyən edilmiş, həmçinin iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 16 fevral 2022-ci il tarixli 9/9264-8/3285 saylı rəyi ilə həmin inzibati xəta hadisəsi nəticəsində İddiaçı Müşfiq oğluna məxsus Ford Fusion markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,0 manat olmaqla həmin avtomobilə 750 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmişdir. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödəmiş və 16 fevral 2022-ci il tarixli 9/9264-8/3285 saylı məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan Hüquqları Bəyannaməsi» nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etiməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırki işin faktoloji hallarına hüquqi qiymət verən məhkəmə ilk əvvəl nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPMnin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarından müəyyən olunur ki, (Mülki Məcəllənin 1096.1, 1096.1, 1097.1 və sair) mülki-hüquq pozuntuları nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün bu zərərin vurulmasında fiziki və ya hüquqi şəxsin təqsiri müəyyən olunmalıdır. Şəxsə tələb edilən məbləğdə zərərin vurulması, bu zərərin şəxsin qanunazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulması, şəxsin qanunazidd əməli ilə bu zərərin vurulmasında səbəbli əlaqənin olması və zərəri vurmuş subyektin mövcudluğu ilə yanaşı, delikt məsuliyyətinin yaranması üçün şəxsin həmin zərərin vurulmasında təqsirli olması və bu təqsirin qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya ya məhkəmənin və ya səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarı ilə müəyyən olunması da vacibdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla işdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunmuş Cavabdeh tələb olunan 750 manat məbləğində zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində İddiaçı məxsus Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomaşına 750 manat məbləğində zərər vurulmuş, həmin zərər Cavabdeh qanunazidd hərəkətləri nəticəsində vurulmuş, bu zərərlə Cavabdeh qanunazidd hərəkətləri arasında səbəbli əlaqə mövcud olmuş və Cavabdeh səlahiyyətli vəzifəli şəxsin qanuni qüvvəyə minmiş 14.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə həmin 750 manat zərərin vurulmasında təqsirli olması müəyyən edilmişdir. Yəni Cavabdeh əməlində delikt tərkibinin bütün cəhətləri mövcuddur. İş üzrə Cavabdeh həmin zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və bu halların mövcdulğunu və beləliklə də ona qarşı iddianın heç bir faktoloji hallara və hüquqi əsaslara malik olmamaqla əsassız olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, hazırki iş üzrə 16 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, 14.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi 750 manat və hazırki iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; 14.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi 750 manat və hazırki iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin; iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar