Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-996/2021 13.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızının və Cavabdeh nümayəndəsi Nümayəndə qızının iştirakları ilə, İddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(019)-284/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməklə himayəsində olan 02 yanvar 2014-cü ildə anadan olmuş qızı X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızı məhkəmə iclaısnda iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 22.11.2012-ci ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahlarından 02 yanvar 2014-cü ildə X4 adlı uşağı anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığına görə və birgə yaşamaları mümkün olmadığından Cavabdeh ilə ayrılmış və Balakən Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli 2(019)- 1462/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan uşağın onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. 2020-ci il tarixdə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-284/2020 nömrəli, 15.05.2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 140 manat olmuşdur. Cavabdeh boşandıqları vaxtdan çıxıb Rusiya Federasiyasına getmiş, orada işləyir, kifayət qədər qazancı vardır. Buna baxmayaraq 140 manat aliment ödəməklə kifayətlənir, bundan başqa heç bir tələbatla maraqlanmır. Cavabdehin ödədiyi 140 manat alimentlə hazırki dövrdə uşağı saxlamaq və onun tələbatlarını ödəmək çox çətindir. Cavabdeh isə könüllü olaraq bu məbləği artırmır. Qızı Aminatın artıq təhsili və digər tələbatları üçün çəkdiyi xərclər daha da artmışdır. Cavabdeh qızının saxlanması üçün hər ay 200 manat aliment ödəmək iqtidarındadır. Buna görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, oğlu Şamil 22.11.2012-ci ildə rəsmi nikahla iddiaçı X3 ilə evlənmişdir. Birgə nikahlarından 02 yanvar 2014-ü ildə Xırxırova Aminat Şamilevna adında bir uşaqları olmuşdur. X7 Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 140 manat alimenti hər ay ödəyir. O, heç yerdə işləmir, 140 manat alimenti çətinliklə ödəyir. Eyni zamanda oğlu Şamil artıq başqa şəxslə ailə qurmuşdur. Onun iddiaçının tələb etdiyi 200 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Rusiya Federasiyası Dağıstan Respublikası Maxaçqala şəhər dairəsi X1 VVAQ İdarəsi ZAQS şöbəsi tərəfindən 30 yanvar 2014-cü il tarixdə verilmiş İİİ-BD seriyalı 713302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02.01.2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X3 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 281869 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu və X6 qızı arasında olan nikah ləğv edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(019)- 284/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli 2(019)-1462/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş (artırılmış) 02 yanvar 2014cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızına verilməsi , iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 24 avqust 2021-ci il tarixli 00/99/0 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki,tərəflər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızı Cavabdeh ilə nikahlarını 22.11.2012-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsimiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 02 yanvar 2014-cü il tarixdə X4 adında bir uşaqları olmuşdur. Tərəflərin arasında olan nikah pozulmuş və Balakən Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(019)- 284/2020 nömrəli qətnaməsi ilə 02 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızına verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(019)-284/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 02 yanvar 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızına verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh Abakər oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(019)-284/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 02 yanvar 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Laçinova (Xırxırova) Hürüy Abakər qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-996/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-996/2021
13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver