Məhkəmə qərarları › İş №2(019)-999/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-999/2021

18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-999/2021 18.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan hər bir uşaq üçün 70 (yetmiş) manat cəmi 140 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması, uşaqların sağlamlığı və təlim tərbiyəsi üçün zəruri olan əlavə xərclər nəzərə alınaraq, hər uşaq üçün ayda 250 manat olmaqla, iki uşağa görə ümumilikdə 500 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 aprel 2009-cu ildə nikah münasibətlərinə girərək, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 15 iyul 2007- ci il tarixdə X11 və 28 oktyabr 2008-ci il tarixdə X13 adında iki uşaqları doğulmuşdur.Aralarında olan nikaha 05 dekabr 2014-cü il tarixdə məhkəmə qaydasında xitam verilmiş və birgə nikahdan olan uşaqları X11 və X7 onun himayəsində qalmaları qət edilmişdir.Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı olan aliment tələbinə dair iddiası təmin edilməklə, Cavabdeh 22 dekabr 2014-cü il tarixdən başlayaraq, 15 iyul 2007-ci il təvəllüdlü X4 və 2008-ci ii təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Aşağıda göstərilən hallara görə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, Cavabdeh himayəsində olan uşaqlarının saxlanması üçün tutulan alimentin məbləğinin artırılmasını tələb etmək zərurətində qalmışdır. Belə ki, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən ödənilməli olan alimentin miqdarı çox aşağıdır. Məlum olduğu kimi, AR Nazirlər Kabineti tərəfindən bu il üçün uşaqların yaşayış minimumu həddinin məbləği 175 manat müəyyən olunmuşdur. Təəssüf ki, cavabdeh uşaqların saxlanması üçün əlavə xərclərə qatılmır, uşaqların sağlam böyüməsi, təlim-tərbiyəsi ilə bağlı ona heç bir maddi və mənəvi yardım göstərmir. O uşaqlara baxmır və onların heç bir maddi ehtiyacının qarşılanmasında iştirak etmək istəmir. Cavabdeh məhkəmə tərəfindən təyin edilmiş bu gün üçün həddən artıq az olan aliment məbləğini belə vaxtı-vaxtında ödəmir. Uşaqlarla görüşdən yayınır. Hətta uşaqlar tərəfindən görüşmək istəyini belə təmin etmir. Onların təlim- tərbiyəsində, maddi ehtiyaclarının ödənilməsində, əlavə zəruri xərclərində, xəstələnərkən meydana çıxan, nəzərdə tutulmayan əlavə xərclərin qarşılıqlı qaydada ödənilməsində iştirak etmək istəmir. O, hal-hazırda imkan daxilində, bir neçə yerdə işləməyə çalışaraq, himayəsində olan uşaqların gündən-günə artan maddi təminatını lazımı səviyyədə ödəməyə çalışsa da, maddi çətinliklər yaşayır. Bu səbəbdən də, cavabdehdən bu günə qədər məhkəmə qaydasında tutulan alimentin məbləğinin hər uşaq üçün ən azı 250 manata qaldırılmasını tələb etmək zərurətində qalmışdır. Rəsmi qaydada işləyib əmək haqqısı olmasa da, rayonda hamı bilir ki, cavabdeh biznes fəaliyyəti ilə məşquldur. İstifadəsində böyük evi və bir neçə nəqliyyat vasitəsi var. Lakin yüngül həyat tərzi keçirməyə üstünlük verərək, öz uşaqlarının təlim-tərbiyəsi və sağlam böyümələri üçün aliment ödəmək və əlavə xərclərə qatılmaq istəmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 2006-cı ildə iddiaçı İddiaçı Oruc qızı ilə evlənmiş, 15 iyul 2007- ci il tarixdə X11 və 28 oktyabr 2008-ci il tarixdə X13 adında iki uşaqları doğulmuşdur. Aralarında olan nikaha 05 dekabr 2014-cü il tarixdə məhkəmə qaydasında xitam verilmiş və birgə nikahdan olan uşaqları X11 və X13 iddiaçının himayəsində saxlanmışdır. Həmin vaxt iddiaçı 700 manat əmək haqqı aldığını bildirərək uşaqlara baxa biləcəyini bildirmişdir.İddiaçı alimentin miqlarının artırılması tələbini iddia edərkən onun maddi vəziyyətində və gəlirində müsbətə doğru dəyişikliyə dair mötəbər sübutlar təqdim etməmişdir. Tələb etdiyi məbləğ absurddur. Onun maddi vəziyyətində və gəlirində heç bir irəliləyiş, artım olmamışdır, daha da pisləşmişdir. O, 20.05.2020-ci il tarixdə yeni ailə qurmuş və birgə nikahdan 29.07.2020-ci il tarixdə bir uşağı olmuşdur. Hazırda ümumilikdə üç övladı vardır. Heç yerdə işləmir. Maddi vəziyyəti çox aşağıdır. Ağır ailə şəraitində yaşayır. Himayəsində rəsmi olaraq İ qrup əlil atası vardır. Atasına özü baxır. Tələb olunan alimenti ödəmək iqtidarında deyildir. Yuxarıda göstərdiklərini nəzərə alaraq iddianın qismən (hər uşağa 100 manat-cəmi 200 manat) təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 sentyabr 2021-ci il tarixli 0274 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı müraciət etmiş, lakin cavabdeh iştirak etməmişdir. . İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 yanvar 2015-ci il il tarixdə verilmiş AZ-İ seriyalı 208451 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)- 97/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh 22 dekabr 2014-cü il tarixdən başlayaraq 15 iyul 2007-ci il tarixdə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 379768 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arısında 05 iyun 2020-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Bodurova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 484706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Bodurova Nəzmiyyət Anar qızı 29.07.2020-ci ildə anadan olmuş, atası Bodurov Anar Nəsrəddin oğlu, anası X6 qeyd edidlmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Rublik hüquqi Şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən 13 sentyabr 2021-ci il tarixdə verilmiş **********0 nömrəli arayışdan görünür ki, Cavabdeh 1-ci qrup əlil X2 qulluğa görə Prezident təqaüdü 50,00 manat 01.04.2019-cu ildən daimi sosial müavinət, təqaüd alır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət məşğulluq Agentliyinin 12 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli **********3 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən 04.03.2020-ci il tarixdə X9 işaxtaran kimi qeydiyyata alınmışdır. Onun adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxlamaların Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək müqaviləsi bildirişləri» Alt sistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından 15 iyul 2007-ci ildə X11 və 28 oktyabr 2008-ci ildə isə X13 adında iki uşaqları olmuşdur. Onlar 04 aprel 2009cu ildə rəsmi nikah bağlamışlar. Tərəflərin arasında olan nikah pozulmuş və Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh 22 dekabr 2014-cü il tarixdən başlayaraq 15 iyul 2007-ci ildə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi , iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdeh Bodurov Anar Nəsrəddin oğlunun digər nikahından da bir azyaşlı uşağı vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilməməsini, cavabdehin öhdəsində digər nikahından da bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 iyul 2007-ci ildə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(019)-97/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 iyul 2007-ci ildə anadan olmuş X4 və 28 oktyabr 2008-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar