Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1001/2023 29.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- X5 vəkalətli nümayəndəsi Nümayəndə2, İddiaçı- X5 vəkalətli nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X5 Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış evinin içərisində panelin üstündə qanunsuz çəkilmiş və quraşdıriılmış su-kanalizsiya xətlərinin götürülməsi, yaşayış evinə vurulmuş 1088.07 manat ziyanın cavabdehlərdən - Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 vəkalətli nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Düquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********18-05101-093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixixx.xx.2017, Seriya RX-1021352 saylı Reyestrdən Çıxarışa əsasən qardaşı İddiaçı xüsusi müılikiyyətinə ümumi sahəsi 30,4 kv.metr olan yaşayış evi verilmişdir. O, da qardaşı ilə birlikdə həmin mənzildə yaşayır. Qardaşının xüsusi mülkiyyətində olan 30.4 kv.metr mənzil sahəsinin üst hissəsində olan yaşayış evinin ilkin sahibi cavabdeh- X3 öz evindəki su xətlərinin yerini özbaşına dəyişdirmişdir. Belə ki, yaşayış evinin içərisində panelin üstündə qanunsuz olaraq su-kanalizasiya xətləri çəkilmişdir. Məhz bu hərəkətlərin nəticəsində də iddiaçının yaşayış evinə ziyan vurmuşdur. Sonradan o, həmin mənzili X1. Həmin hərəkətlər Cavabdeh2 tərəfindən də davam etdirilir. Cavabdehlərin bu hərəkətləri nəticəsində yaşayış evləri bərbad vəziyyətə düşmüşdür. Onların bu barədə cavabdehlərə etmiş olduğu müraciətlərin heç bir nəticəsi olmamışdır. Qardaşının xüsusi mülkiyyətində olan 30.4 kv.metr yaşayış sahəsinin bərbad vəziyyətə düşməsi barədə Beyləqan rayon Mənzil İstismar sahəsinə mraciət etmiş, onun müraciətindən soma yaşayış sahəsinə baxış keçirilmiş və yaşayış sahəsinin tavanına, divarına və döşəməsinə ciddi ziyan vurulduğu məlum olmuşdur. Bu barədə 13 dekabr 2022-ci il tarixli 19 saylı məktub da vardır. Bundan sonra iddiaçı Beyləqan rayon İcra Hakimiyyətinə də şifahi şəkildə müraciət etmiş, həmin müraciətdən sonra iddiaçının yaşayış sahəsinə baxış keçirilmiş və bu barədə 27 dekabr 2022-ci il tarixli akt da tərtib olunmuşdur. Həmin aktda da iddiaçının yaşayış evinin arxa otağının divarlarında aşınmalar baş verməsi, divar kağızlarının qopması və ya cırılması, divarın birləşmələrində çatlar və ləkələr əmələ gəlməsi göstərilmişdir. Odur ki, iddiaçının yaşayış evinin içərisində panelin üstündə qanunsuz çəkilmiş və quraşdıriılmış su-kanalizasiya xətlərinin götürülməsi, yaşayış evinə vurulmuş 1088.07 manat ziyanın cavabdehlərdən - X2 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 cavabdehlərin təqsir üzündən iddiaçının mənzilinin yararsız hala düşdüyünü, bunun nəticısində iddiçıya ziyan dəydiiyini göstərdi və ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ilə qonşu olmaqla iddiaçının yaşadığı mənzilin üst mərtəbəsində yaşamışdır. Həmin mənzildən istifadə edərkən iddiaçının mənzilinə ziyan vurmamışdır. Bir necə dəfə iddiaçı onunla bu barədə söhbət etmiş, lakin ziyanın hazırki göstərdiyi məbləğdə dəyməsi halı olmamıışdır. İddiamıya ziyan dəyibsə onu aradan qaldıra biləcəyini ona demişdir. Sonradan o, həmin evi Cavabdeh2 satmışdır. İddiaçının şikayətinə əsasən gələn şəxslər onun evinə baxış keçirməmiş, mənzilə daxil olsalar da baxış keçirmədən getmişlər. Onlara qonşuya su axıdılması və ziyan dəyməsi ilə bağlı heç bir söz deyilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iki il olar ki Cavabdeh1 mənzil almışdır. Ailəsi ilə birlikdə Həmin mənzildə yaşayır. İddiaçı isə alt mərtəbədə yaşayır. Bir necə dəfə onun mənzilindən iddiaçının evinə su axıdılmış, buna görə ondan üzr istəmişdir. Onun evinə gələn su xətlərində heç bir nasazlıq yoxdur. İddiaçıya heç bir ziyan vurmamışdır, həmin evdə heç vaxt təmir işləri aparılmamış və əlavə sanitar xətləri çəkməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Düquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********18-05101- 093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2017, Seriya RX-1021352 saylı Reyestrdən Çıxarışa əsasən qardaşı X5 xüsusi müılikiyyətinə ümumi sahəsi 30,4 kv.metr olan yaşayış evi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Mənzil İstismar sahəsinin 13 dekabr 2022-ci il tarixli 19 saylı məktubundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 30.4 kv.metr yaşayış sahəsinin bərbad vəziyyətə düşməsi barədə İddiaçı müraciətindən soma yaşayış sahəsinə baxış keçirilmiş və onun yaşayış sahəsinin tavanına, divarına və döşəməsinə ciddi ziyan vurulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 27 dekabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Beyləqan rayon İcra Hakimiyyətinə etdiyi şifahi müraciətdən sonra İddiaçı yaşayış sahəsinə baxış keçirilmiş, Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin bintik məsləhətçisi X10, Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əliyev Nicat fazil oğlunun, Beyləqan rayonu Mənzil İstismar Sahəsi mühəndisi X6 iştirakı ilə aktı tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi İddiaçı məxsus fərdi yaşayış evinin arxa otağının divarlarında aşınmalar baş vermiş, divar kağızları qopmuş və ya cırılmış, divarın birləşmələrində çartlar və ləkələr əmələ gəlmişdir. Vətəndaşın dediyinə görə təxmini 5-6 il öncə üst qonşusu tərəfindən axıdılan su onun fərdi yaşayış evinə axıdıldıqdan sonra bu aşınmalar baş vermişdir. Vətəndaşın iddiasına əsasən hazırda su axıdılması dayandırılmış, lakin 17.1 1.2022-ei il tarixdə evin artırma hissəsinin divarında mətbəx suyunun axıdılması baş verib, eyni zamanda vətəndaş evinə su axıdılması nəticəsində evin döşəmə hissəsi, qapı və pəncərəsi, həmçinin məişət əşyalarına (saat, telefon aparatı və digər) ziyan dəydiyini də qeyd etmişdir. Baxış zamanı aşkar olunmuşdur ki, vətəndaş fərdi yaşayış evinin döşəmə və qapılarını yenisi ilə əvəz etdirmiş və hazırda 2 otaqdan əşyalarının saxlanması məqsədilə istifadə edir. Şikayətçinin üst qonşusu evini kirayə verdiyi üçün onun evinə baxış keçirilməsi mümkün olmamış, lakin evin sahibi Ruslan adlı şəxslə işlədiyi avtomobil ehtiyyat hissələri mağazasında görüşərək ətraflı söhbət aparılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi İddiaçı istidasəsində olan mənzilin tavan hissəsindən su axması nəticəsində təmirə ehtiyac yaranmış, otaqlarda aparılacaq təmir və bərpa işlərinin baza dəyəri 1088,07 manat təşkil edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də müəyyən olunur ki, iddiaçının yaşayış evinin içərisində panelin üstündə qanunsuz olaraq su-kanalizasiya xətləri çəkilmişdir. Həmin xətlərdən də axan suların iddiaçının mənzilinə zərər vurması müəyyən edilmişdir. İşin obyektiv həll edilməsi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 10/52772 nömrəli ekspert rəyindən rəyindən görünür ki, Beyləqan şəhəri, X15 küçəsində yerləşən 10 saylı evin, 1 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 27 dekabr 2022-ci il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 1 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Beyləqan şəhəri, X15 küçəsində yerləşən 10 saylı evin, 1 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlrinə uyğun dəyəri təqribən 1206,00 məbləğində müəyyən olunmuşdur. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla və ekspertizanın verdiyi rəylə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Düquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********18-05101-093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2017, Seriya RX-1021352 saylı Reyestrdən Çıxarışa əsasən qardaşı X5 xüsusi müılikiyyətinə ümumi sahəsi 30,4 kv.metr olan yaşayış evi verilmişdir. Beyləqan şəhəri, X15 küçəsində yerləşən 10 saylı evin, 1 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Həmin mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı iddia həcminin artırılması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmədiyindən məhkəmə hesab ki, iddia mənzilə dəyən ziyana görə iddia ərizəsində tələb edilən həcmdə, yəni 1088.07 manat məbləğində təmin edilməlidir. Belə ki, ekspertiza rəyində mənzilə dəyən ziyan 1206,00 manat müəyyən edilməsinə baxmayaraq, iddia tələbi həmin hissədə 1088.07 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçıya məxsus əmlaklar “Paritet-M MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. Mütəxəsis rəyi alınmasından ötrü həmin müəssisəyə iddiaçı tərəfindən 45 manat pul köçürülmüşdür. İddia təmin edildiyinə cavabdehlərdən müştərək qaydada 45 manat pul alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada yaşayış evinə vurulmuş 1088.07 manat ziyan, rəy üçün ödənilmiş 45 (qırx beş) manat pul alınıb iddiaçı X7 verilsin. İş üzrə ekspertiza rəyinin xərci olan 50 (əlli) manat məbləğində pul cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Beyləqan şəhəri, X15 küçəsində yerləşən 10 saylı evin, 1 saylı mənzilin içərisində panelin üstündə qanunsuz çəkilmiş və quraşdıriılmış su-kanalizsiya xətləri götürülsün. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1001/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1001/2023
29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver