Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1028/2024 23.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 3100 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunun dələduzluq yolu ilə mənimsənilməsinə görə məhkum edilmiş Cavabdeh 3100 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 52 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə etdi və izahatında göstərdi ki, 1987-ci ildən 12 yanvar 2023-cü il tarixədək Beyləqan rayonu, Mil qəsəbəsi 2 saylı Körpələr evi Uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Onunla Beyləqan rayon Təhsil Sektoru arasında bağlanmış Əmək müqaviləsinə 65 yaşı tamam olduğu üçün 05 noyabr 2022-ci il tarixindən xitam verilmişdir. O, vəzifəsinə bərpa olunması və Əmək müqaviləsinin müddətinin 1 il müddətinə uzadılması üçün Beyləqan Təhsil Sektorunda mühasib vəzifəsində işləyən Cavabdeh 4100 manat pul vermişdir. Cəlil ona işini düzəldəcəyinə söz versə də, sonradan bilmişdir ki, Cəlil onu aldadır və işini düzəltməyəcəkdir. O, Cavabdeh şikayətçi olmuş və Cavabdeh barəsində cinayət işi başlanmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs olmuşdur. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Beyləqan rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(020)-61/2023 saylı hökmünə əsasən Cavabdeh təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə cavabdehin ona pul borclu olması tam sübuta yetirilmişdir. Cavabdeh borcunda qaytarsa da, 3100 manat borcunu hələ də qaytarmamışdır. Ona görə də məhkəmədə mülki iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 3100 manat məbləğində pulun və ödədiyi 52 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izaht verən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı işini düzəltmək üçün ondan 4100 manat pul alsa da işi düzəldə bilməmişdir. Aldığı pulu öz şəxsi ehtiyaclarına xərclədiyindən pulu Sevilə qaytara bilməmişdir. İddiaçının və qeyrilərinin şikayəti əsasında ona cinayət işi başlanmış və məhkəmənin hökmünə əsasən məhkum edilmişdir. Sonradan Sevilə olan borcundan 1500 manat ödəmiş, hazırda onun İddiaçı 2600 manat borcu qalmışdır. Hazırda heç yerdə işləmir, alacaqları vardır. Yaxın vaxtlarda borcunu ödəyəcəkdir. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı işini düzəltmək adı ilə ondan 4100 manat pul almış, lakin iddiaçının işini düzldə bilməmişdir. İddiaçı işinin düzəlmədiyini görüb Cavabdeh verdiyi pulu qaytarmasını tələb etsə də,Cavabdeh pulu geri qaytarmamışdır. Bundan sonra İddiaçı şikayət etmiş və onun və digər şəxslərin şikayətləri əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. İddiaçı da iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Beyləqan rayon məhkəməsinin 1(020)-611/2023 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlim törətməkdə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Bundan sonra Cavabdeh həmin puldan 1500 manat iddiaçıya qaytarmışdır. Onun hazırda iddiaçıya 2600 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesa edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2600 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 4100 manat zərər vurması məhkəmənin hökmünə əsasən müəyyən edildiyindən və həmin ziyanın 2600 manat hissəsiödənilmədiyindən iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.1-cü maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2600 (iki min altı yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 52 (əlli iki) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1028/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1028/2024
23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver