Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-97/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X42 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “bağışlama və alğı-satqı müqavilələrin etibarsızlığı, miras əmlakda məcburi payın müəyyən edilməsi, mirasda payın müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı vərəsəlik hüququndan məhrumetmə barədə qarşılıqlı iddia ərizəsi, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, X21 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “bağışlama və alğı-satqı müqavilələrin etibarsızlığı, miras əmlakda məcburi payın müəyyən edilməsi, mirasda payın müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X38 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin X13 qalan miras əmlaka daxil edilməsi; X17 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaka dair hər birinin ¼ hissədə olmaqla paylarının müəyyən edilməsi; İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaka dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, X38 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 06 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X13 miras qalan əmlakın ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə-60.4 kv.m-in 30.4 kv.m-dən ibarət olduğu, İddiaçı3, İddiaçı2 və İddiaçı1 onun vərəsələri olduğu müəyyən edilmiş və həmin miras əmlakdan ¼ hissədə irs almalı olduğu qeyd edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKDR PHŞ-nə verilmiş sorğunun cavabına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-908 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmasına müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinə verilmiş sorğunun cavabına əsasən müəyyən edilmişdir ki, X38 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X38 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsini qardaşı Cavabdeh1 hədiyyə vermişdir. Qeyd olunan müqavilə əsasında Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin notariat işinin materiallarındakı arayışlarda iddiaçılar – X17 arvadı İddiaçı3, qızı İddiaçı2 və oğlu İddiaçı1 həmin ünvanda qeydiyyatda olmalarının görünməsinə baxmayaraq, onların razılığı alınmamışdır. Bundan əlavə iddiaçılar mirasdan məcburi pay almaq hüququ olan vərəsələrdir. Qeyd olunan bağışlama müqaviləsinin bağlanması nəticəsində iddiaçılar onlara çatacaq miras əmlakın bir hissəsindən məhrum olublar. Hesab edirlər ki, Konstitusiya Məhkəməsi qərarında qeyd etdiyi bütün şərtlər hazırki iş üzrə mövcuddur və bağışlanmış əşya mirasa daxil olsaydı, miras əmlakın həcmi və iddiaçıların payı artacaqdı. X38 əmlakının bir hissəsini qardaşı Cavabdeh1 bağışlamaqla iddiaçıları onlara çatası payın bir qismindən məhrum etmişdir. Beləliklə hesab edirlər ki, qanuni vərəsələr olan iddiaçıların pozulmuş hüquqları bərpa edilməli, X38 tərəfindən Cavabdeh1 bağışlanmış Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsi də miras əmlaka daxil edilməli, qanun üzrə vərəsə olan iddiaçıların həmin əmlaka dair payları müəyyən edilməli və həmin əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Daha sonra ilk iddia üzrə iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 03 iyul 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X38 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin, “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin X13 qalan miras əmlaka daxil edilməsi; X17 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair hər birinin ¼ hissədə olmaqla paylarının müəyyən edilməsi; İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra ilk iddia üzrə iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 18 mart 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1950-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 və xx.xx.2003-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh4 cavabdeh qismində işə cəlb edilməli, X38 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, “Chevrolet Van 20” minik markalı, 10-BJ314 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair X38 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair X38 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin, “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin X13 qalan miras əmlaka daxil edilməsi, X17 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair hər birinin ¼ hissədə olmaqla (açıq saxlanılan ¼ hissə nəzərə alınmaqla) paylarının müəyyən edilməsi, İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması, nəqliyyat vasitələrinin qüvvədən düşmüş etibarnamə əsasında qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra ilk iddia üzrə iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 20 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X38 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin X13 qalan miras əmlaka daxil edilməsi; “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair X38 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobilin X13 qalan miras əmlaka daxil edilməsi; “Mercedes Benz C18Q minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasiətəsinə dair X38 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; alqı-satqıdan Cavabdeh1 tərəfindən əldə edilmiş 5000 (beş min) manat, Cavabdeh3 tərəfindən əldə edilmiş 5100 (beş min yüz) manat məbləğində pul vəsaitinin onlardan tutularaq 5 saylı notariat ofisinin depozit hesabına ödənilməsi və X13 qalan miras əmlaka daxil edilməsi; X17 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinə dair hər birinin 1/8 hissədə olmaqla (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi paylarının tamamlanması, “Mercedes Benz C180 minik” markalı, 90- OA-470 dövlət nömrə nişanlı nəqliyyat vasiətəsinin alqı-satqısından əldə edilmiş ümumilikdə 10100 (on min yüz) manat məbləğində pul vəsaitinə və “Chevrolet Van 20 minik” markalı, 10-BJ- 314 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair hər birinin 1/4 hissədə olmaqla (açıq saxlanılan % hissə nəzərə alınmaqla) paylarının müəyyən edilməsi; İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması; nəqliyyat vasitələrinin qüvvədən düşmüş etibarnamə əsasında qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməklə mirasqoyan X17 miras əmlakına münasibətdə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisənin mahiyyəti ilə əlaqədar ilk növbədə onu qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış formal olaraq qardaşını Rzayev Məmmədin adına rəsmiləşdirilmişdir, əslində həmin ev onların ulu babalarından qalan ümumi ailə evidir. Onların ailəsi 5 nəfərdən ibarət olmuşdur: atası (2017-ci ildə vəfat elmişdir), anası, o, qardaşı Məmməd və bacısı (ailə qurub evdən köçmüşdür). Mübahisəli ev həmin 5 nəfərdən ibarət ailənin yaşadığı tək yaşayış sahəsi olmuşdur. O, həmin evdə anadan olmuş, 48 yaşı var və 48 ildir həmin evdə valideynləri ilə yaşamış və hazırda da yaşamaqda davam edir. Anadan olan gündən bu günə qədər bütün həyatı yeganə yaşayış yeri olan həmin ev ilə bağlıdır. Ev qardaşı Məmmədin adına sənədləşərkən miras əmlakda onunda vərəsə kimi payı olmuşdur. Lakin hər hansı bir fərqli niyyət düşünülmədən, tam əksinə ailə dəyərləri əsas götürülməklə ev qardaşının adına sənədləşdirilmişdir. Faktiki olaraq ailələrinin yaşadığı (son 9-10 ildə anası, o və qardaşı, başqa heç kim) ailələrinə məxsus olan evin 18 kv.m hissəsin ona bağışlanmasında qeyri-adi nə ola bilərki? Həm də onu xüsusi qeyd etmişdir ki, evin ona bağışlanan 18 kv.m hissəsində ailə üzvülərindən yalnız o yaşamış və həmin hissənin ona bağışlanmasından uzun illər əvvəldən, hətta o, ailə qurana qədər özünə məxsus giriş-çıxış qapısı, özünün mətbəxi, santexnik qovşağı olmuşdur, başqa sözlə, faktiki olaraq müstəqil bir yaşayış sahəsi olmuşdur, indi də belədir. O, 2007-ci il tarixdə ailə qurmuş, 2009 və 2010-cu il tarixlərdə övladları doğulmuşdur və o, ailəsi, uşaqları da məhz həmin evdə, həmin hissədə yuxarıda qeyd etdiyi mənzil - məişət şəraitində, həm də fasiləsiz şəkildə yaşamış və yaşamaqda davam edir. Qeyd edilənlərdən həm də o nəticə çıxır ki, mərhum qardaşı sözügedən evi əvəzli şəkildə əldə etmədiyindən evin birgə nikah dövründə əldə edilmiş əmlak statusu birmənalı şəkildə istisna olunur. Bakı şəhəri Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinin X38 tərəfindən ona bağışlanılması zamanı hazırkı işdə ilk iddia üzrə iddiaçıların razılıqlarının alınmaması məsələsinə gəlincə, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, qanunvericilik hər bir ailə üzvünün deyil, yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını tanıyır. Hazırki işdə ilk iddia üzrə iddiaçılar olan şəxslər - mərhum qardaşının ailə üzvləri 2014-cü ilin yayından, yəni Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandığı gündən 8 il, miras açıldığı gündən 9 il əvvəl Azərbaycandan köçərək Türkiyə Respublikasına getmiş, orada yaşayırlar. Onların mübahisəli evə qeydiyyatları tamamilə formal xarakter daşıyır. Qardaşı baba mülkindən 18 kv.m ona bağışlayarkən sərbəst iradə nümayiş etdirmişdir və həmin vaxt hazırkı iş üzrə iddiaçılar 8 ildir ki, mülkiyyətçi ilə birgə yaşamırdılar, buna görə də, yəni onlar mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri olmadığından və bu səbəbdən həmin vaxt istifadə hüquqları olmadığından onların razılıqları tələb oluna bilməzdi. Məlumat verərək bildirmişdir ki, mərhum qardaşı X38 ilə onun ailə üzvlərinin münasibətləri normal olmamışdır. Onlar Türkiyəyə gedəndən sonra qardaşı ilə əlaqələrini tamamilə kəsmişdilər. Hətta telefon əlaqəsi belə saxlamamış, hal-əhvalı, necə yaşaması, necə dolanması ilə maraqlanmamışlar. Buna görə qardaşı da onlardan incimiş, münasibətləri sərinləşmişdir. Qeyd etmişdir ki, X45 2019-cu ildə sağalmaz xəstəliyə düçar olaraq xx.xx.2023-cü ildə vəfat etmişdir. Xəstələnməmişdən bir müddət əvvəl anası, o, və bacısı onu dilə tutaraq ailəsi ilə münasibətlərini normallaşdırmaq, ailənin toparlanıb özünə gəlməsi, xoş, səmimi rəltar, qarşılıqlı hörmət əsasında davam etməsinə nail olmaq məqsədilə Məmmədi Türkiyəyə, ailəsinin yanına göndərmişlər. Lakin, təəssüf ki, müsbət bir nəticə əldə olunmadı. Uzun yol qət etməsinə rəğmən, ailə üzvləri onu evə buraxmamış, qardaşı oteldə gecələməli olmuşdur. X45 uğursuz səfərindən Azərbaycana qayıtdıqdan sonra başına gələnləri, ailə üzvlərinin ona olan qeyri-adekvat münasibətini həzm edə və onları bağışlaya bilmirdi. O, belə bir sarsıntı içində bir müddət sonra xərçəng xəstəliyinə tutuldu və ömrünün son anına qədər dəhşətli ağrılar, məşəqqətlər içində yaşadı. Qeyd etdiyi o ağır günlərdə belə, mərhumun ailə üzvləri olan hazırkı işdə ilk iddia üzrə iddiaçılar onunla, onun həyatını ciddi şəkildə təhdid edən ağır xəstəliyi ilə maraqlanmadılar, bir manat belə yardım etmədilər, maddi yardım bir yana, sağalmaz xəstəliyə tutulduğunu bilə-bilə heç olmasa zəng edib ürək-dirək vermədilər, halbuki həmin anlarda onun diqqət və qayğıya çox böyük ehtiyacı var idi. Və ölüm yatağında yatan ağır xəstənin xəstəliyin ağırlığı qədər də ağır olan qulluğunu, qayğısını yalnız onlar çəkmişlər – o, anası və bacısı. Yəni miras qoyanın uzunmüddətli ağır xəstəliyi dövründə ona xəstəliyinin xarakterindən, spesfikliyindən irəli gələn çətin, xəstəlik kağızlarından və məkəməyə təqdim etdiyi foto şəkillərdən də görüldüyü kimi hətta dözülməz dərəcədə ağır olan qulluğu bu gün miras tələb edən iddiaçılar göstərməyib, onlar tərəfindən olunub həmin qulluq. Beş il onlar bu əziyyəti çəkmişlər. Bu barədə xatırlamaq belə olduqca ağırdır... İndi miras tələb edən iddiaçılar, qeyd etdiyi kimi, nəinki ona qulluq göstərməyiblər, ümumiyyətlə xəstənin vəziyyəti ilə qətiyyən maraqlanmamış, heç bir narahatlıq hissi keçirməmiş, hətta miras qoyan vəfat edərkən də onun ölüm xəbərinə doğmalıq hissi nümayiş etdirməmişlər. Belə ki, miras qoyan vəfat etdikdən sonra da onlar Azərbaycana gəlmədilər, ailəsi, övladları olaraq son vida borclarını da yerinə yetirmədilər. Yalnız oğlu İddiaçı1 onların israrlı tələblərindən sonra Azərbaycana gələrək hüzr mərasimində iştirak etmiş, sonra da onların ona verdikləri 300 ABŞ dolları pulla Türkiyəyə geri dönmüşdür. Hazırki işdə ilk iddia üzrə iddiaçıların miras qoyanın həyatı, sağlamlığı ilə maraqlanmadıqları, ona ağır vaxtlarında hər hansı bir qayğı, qulluq göstərmədikləri halda vəfat edəndən sonra vərəsəlik məsələsini qabatmaları, hətta baba mülkindən ona bağışlanmış və on illərdi ayrıca yaşayış sahəsi kimi faktiki ona məxsus olmuş 18 kv.m hissəni tələb etmələri heç bir normaya və məntiqə sığmır və bu kriteriyalar baxımından obyektiv, ədalətli hüquqi qiymətləndirmə tələb edir. Qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçıların 2014-cü ildən Azərbaycanı tərk etmələri məhkəmə tərəfindən müvafiq informasiya sisteminə baxış keçirilməklə müəyyən edilə bilər və bunu o, məhkəmədən xahiş edir. Bununla bağlı, səlahiyyətli dövlət orqanlarından zəruri təsdiqedici sənədləri əldə etdikdən sonra məhkəməyə təqdim edəcək. Qeyd etdiyi kimi, iddiaçılar mülkiyyətçinin ailə üzvləri olsalar da uzun müddətdir ki, mülkiyyətçi ilə birgə yaşamırlar. İddiaçı3 ilə mirasqoyan X38 arasındakı nikah münasibətləri yalnız kağız üzərində olmuşdur. Belə ki, miras xx.xx.2023-cü il tarixdə açılmış, İddiaçı3 isə 2014-cü il tarixdə Azərbaycanı tərk etmiş və bir daha geri qayıtmamışdır. Başqa sözlə, onlar mirasqoyan vəfat etdiyi gündən 9 il əvvəl ayrılmaqla nikahlarına faktiki xitam vermişlər. Buna görə də, fikrincə və qanunvericiliyin tələbinə görə də İddiaçı3 məhkəmə qərarı əsasında qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək bir daha hesab edir ki, İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə 18 mart 2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X13 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.min 30,4 kv.m hissəsinə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə İddiaçı3, İddiaçı2 və İddiaçı1 ¼ hissədə irs almalarına dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; X13 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə Cavabdeh2 hissədə payının müəyyən edilməsi; Cavabdeh2 ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X38 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, miras qoyan X17 anası, onun qanun üzrə birinci növbəli vərəsəsidir. Bunu Bakı şəhəri, 5 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 140 nömrəli arayışından da görmək olar. İlk növbədə onu bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evinin 2/6 hissəsini təşkil edən 60.4 kv.m yaşayış sahəsi mülkiyyət hüququ ilə ona və mərhum həyat yoldaşı Tofiq Rzayevə məxsus olmuşdur. xx.xx.2017-ci il tarixdə Tofiq Rzayev vəfat etdikdən sonra həmin yaşayış sahəsi formal olaraq X17 adına rəsmiləşdirilmişdir. X11 60.4 kv.m-dən ibarət yaşayış sahəsini əvəzli olaraq əldə etməmişdir. X38 xx.xx.2023-cü il tarixdə vəfat edərkən onun əvvəllər mülkiyyətində olmuş 60.4 kv.m yaşayış sahəsindən 30.4 kv.m yaşayış sahəsi qalmışdır. Zəruri olaraq qeyd etmişdir ki, X17 hazırkı iş üzrə cavabdeh olan ailəsi, uşaqları onu 2014-cü il tarixdə tərk edərək Türkiyə Respublikasına yaşamağa getmiş və bir daha geri dönməmişlər. Onlar Məmməd dünyasını dəyişənə qədər yaşadıqları Türkiyə Respublikasından heç olmasa zənglə də olsa onunla maraqlanmamış, vəfat etdikdən sonra isə nəvəsi Çingiz istisna olmaqla, digərləri (həyat yoldaşı və qızı) sadə bir ehtiram əlaməti olaraq da gəlib yas mərasimində iştirak etmədilər. Məmməd vəfat edəndən sonra onlar onun ailə üzvlərinə məlumat vermiş və bildirmişlər ki, yas mərasimində iştirak eləmək lazımdır. 2014-cü ildən Məmmədin öldüyü günə qədər və eləcə də vəfat etdikdən sonrakı dövrdə ona sağlığında diqqət, vəfat etdikdən sonra isə xatirəsinə ehtiram göstərməyən hazırkı iş üzrə cavabdehlər müxtəlif bəhanələrlə Azərbaycana gəlib X17 yas mərasimində iştirak etməkdən imtina etdilər. Uzun söhbətlərdən sonra onlar yalnız mərhumun oğlu Çingizi, onun Türkiyədən Azərbaycana gəlmək və geri qayıtmaq üçün yol pulunu onların ödəməyi şərti ilə razı sala bilmişlər. O da yad adamlar kimi və şərtlərinə uyğun olaraq onların maddi yardımı ilə gəlib iştirak edib geri qayıtmışdır. Onu da bildirmişdir ki, miras qoyan X38 2019cu il tarixdə ağır xəstəliyə tutuldu. Təxminən dörd il çox böyük məşəqqətlər çəkdi və 2023cü il yanvar ayının 28-də vəfat etdi. Oğlu Məmməd üçün olduqca ağır və ağrılı keçən həmin dörd ildə onun hazırkı iş üzrə cavabdeh olan, əsassız və qanunsuz olaraq miras tələb edən arvadı İddiaçı3 bir dəfə də olsa yataq xəstəsi olan həyat yoldaşı ilə maraqlanmadı, həmçinin uşaqları da ömrünün son günlərini yaşayan xəstə atalarının ağır vəziyyətinə biganə qaldılar. Miras qoyanın ağır keçən xəstəliyi dövründə ona maddi və mənəvi dəstək yalnız və yalnız oğlu Cavabdeh1 və onun tərəfindən edilmişdir. Miras qoyan vəfat etdikdən sonra da yas mərasiminin idarə edilməsi (3,7,40 mərasimləri), dörd illik müddətdə aparılmış müalicələrə, cərrahi əməliyyatlara görə yaranan borcların ödənilməsi və s. bütün bu işlər mərhumun qardaşı Cavabdeh1 və onun üzərində olmuşdur. Bütün qeyd edilənlərə baxmayaraq, 5 saylı dövlət notariat ofisindən əldə etdiyi məlumata görə hazırkı iş üzrə cavabdehlərə: İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras qoyan X13 miras qalmış əmlakdan ¼ hissədə paylara dair vərəsəlik şəhadətnamələri verilmişdir. Göstərilənlərdən çıxış edərək, eyni zamanda aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh İddiaçı3 X13 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququndan məhrum edilməli, İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras qoyan X13 miras qalmış əmlakdan payların verilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı, miras əmlaka tam hissədə onun payı müəyyən olunmalıdır. Əvvəla, yuxarıda qeyd etdiyi kimi, İddiaçı3 ilə X17 nikahına mirasın açıldığı gündən 9 il əvvəl faktiki xitam verilmiş və onlar ayrı yaşamışlar, Rzayeva X20 Respublikasında, X38 isə Azərbaycan Respublikasında yaşamışdır. Digər cavabdehlər, İddiaçı2 və İddiaçı1 mirasın açıldığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən mirası nə faktiki olaraq, nə də notarial qaydada qəbul etməmişlər, başqa sözlə, onlar öz subyektiv hüquqlarından qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə etməmişlər. Qeyd etdiyi kimi, miras qoyanın ailə üzvləri olan hazırkı iş üzrə cavabdehlər 2014-cü ilin yayından Azərbaycanı tərk edərək Türkiyəyə köçüb orada yaşamış, miras qoyanın sağlığında, həmçinin ağır xəstəliyi dövründə onunla maraqlanmamış, o cümlədən vəfat etdikdən sonra da yas mərasimlərində iştirak etməməklə onun xatirəsinə diqqət göstərməmişlər. Zəruri olaraq onu da qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlər 2014-cü ildə onlara aid olan bütün əşyalarını, geyim əşyalarını evdən çıxarıb aparmışlar. O cümlədən cavabdeh İddiaçı3 özünün bütün cehiz əşyalarını da həmin vaxt evdən çıxarıb aparmışdır. X38 vəfat etdiyi tarixdən hal-hazıradək miras əmlak olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m. olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsi olan evin açarları ondadır, ev onun sahibliyində və idarəçiliyindədir. Cavabdehlərin əmlak olan həmin evlə bütün əlaqələri 2014-cü ildən etibarən tamamilə kəsilmişdir. Başqa bir zəruri qeyd: Məmməd dəfələrlə İradə ilə nikahı pozmaq istəmişdir. Hər dəfə də onlar - o, oğlu və qızı onu bu fikirindən daşındırmışlar. Qeyd edilənlərə əsasən bir daha hesab edir ki, cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras qoyan X13 miras qalmış əmlakdan payların verilməsi qanunsuz və əsassızdır, buna görə də miras əmlaka tam hissədə onun payı müəyyən olunmalıdır. Miras qoyan X38 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt mirasın açıldığı tarixdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-ci maddəsi isə mirasın açıldığı vaxtdan 11 ay sonra qüvvədən düşmüşdür. Yəni, hazırkı iş üzrə cavabdehlər sözügedən normanın qüvvədə olduğu vaxt qanunla müəyyən olunmuş müddətdə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər, onlar 2014-cü ildən etibarən (eyni zamanda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə) Azərbaycanda yaşamadıqları və Azərbaycan Respublikasına gəlmədikləri üçün miras əmlaka sahiblik etməmiş və miras əmlakı idarə etməmişlər. Bir daha qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlərdən İddiaçı3 Azərbaycan publikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməli, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə İddiaçı3, İddiaçı2 və İddiaçı1 ¼ hissədə irs almalarına dair 06 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri miras qanunla müəyyən edilmiş müddətdə qəbul edilmədiyi üçün ləğv edilməlidir. Daha sonra iddiaçı Cavabdeh2 06 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X13 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və “Chevrolet Van 20” minik markalı, **- BJ-*** dövlət nömrə nişanlı və “Mersedes Benz C180” minik markalı, **-OA-*** dövıət nömrə nişanlı nəqliyyat vasitələrinə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m- in 30,4 kv.m hissəsinə İddiaçı3, İddiaçı2 və İddiaçı1 ¼ hissədə irs almalarına dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; X13 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və Chevrolet Van 20 minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və Mersedes Benz C180 minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə Cavabdeh2 tam hissədə payının müəyyən edilməsi; Cavabdeh2 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mersedes Benz C180” minik markalı, **- OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə dair tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2614/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı “vərəsəlik hüququndan məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, mirasda tam pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair 2(004)-2614/2025 saylı mülk iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı3, İddiaçı2, X7 Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi, əmlakların miras paya daxil edilməsi, həmin əmlaklara payın müəyyən edilməsi tələbinə dair ilk, cavabdehin iddiaçılara qarşı vərəsəlik hüququndan məhrumetmə tələbinə dair qarşılıqlı iddialarına dair 2(004)- 97/2025 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi və mülki işə 2(004)- 97/2025 nömrə ilə baxılması qərara alınmışdır. İddiaçı2 02 iyul 2024-cü il tarixli yazılı izahatında qeyd etmişdir ki, Türkiyədə “Akdeniz Universiteti”nə qəbul olaraq, xx.xx.2014-cü il tarixində, ailəsinin, ən başda da X6nun razılığı və rəsmi icazəsi ilə Türkiyənin Antalya şəhərinə təhsil almağa gəlmişdir. Türkiyəyə gəldiyi zaman 18 yaşı tamam olmadığına görə burada tələbə olaraq yaşamaq üçün icazə vəsiqəsi almaq qeyri-mümkün idi. Buna görə də X6nun rəsmi icazəsi ilə, anası İddiaçı3 himayəsində Türkiyə Respublikasında yaşamağa başlamışdır. Anası İddiaçı3 sənəd məsələlərinin həllində onunla birlikdə iştirak etdikdən sonra 2014-cü ilin sentyabr ayında Bakıya qayıtmışdır. Daha sonra 2014-cü ilin dekabr ayında X6 da onun yanına gəlmişdir. 2015-ci ilin yanvar ayında semestr tətili ilə əlaqəli Bakıya, ailəsinin yanına gedib və geri qayıtmışdır. X6, onun xarici ölkədə təkbaşına həm təhsili ilə məşğul olub, həm də tək yaşadığı ilə bağlı çətinlikləri nəzərə alaraq, anası və qardaşının onun yanına gəlmələrini, təhsili boyunca onun yanında yaşamalarını, qardaşının Bakıdakı işindən çıxmasını, bura gələrək öz sahəsi üzrə özünü inkişaf etdirməsini məsləhət görmüşdür. Qardaşı bura gəldiyi vaxtda müxtəlif kurslara gedərək özünü inkişaf etdirmiş, işləmək üçün dil qabiliyyətini artırmış, bir neçə müddət sonra rəsmi olaraq işləyərək ailələrinə, xüsusən də atasına ailələrinin maddi yükünü azaltmaq üçün dəstək olmuşdur. 2016-cı ilin sentyabr ayında anası, qardaşı və o, Bakıya səyahət etmişdilər. Onun təhsili, qardaşının isə işi ilə bağlı sadəcə yay tətilində Bakıya gəlməkləri mümkün idi. Bu illər ərzində atası hər ay mütəmadi olaraq onun bank hesabına vəsait göndərmişdir. 2018-ci ilin avqust ayında anası, qardaşı və o, Bakıya, evlərinə getmişlər. Qeyd etmişdir ki, Bakıya getdikləri zaman, dünyaya gəldikləri, böyüyüb başa çatdıqları öz evlərində (qeydiyyatda olduqları ünvan) yaşamışlar. Avqustun 24-də ailələrinin digər üzvləri ilə atalarının doğum gününü şəhərdəki restoranlardan birində qeyd etmişlər. Hətta babasının vəfatının il mərasimində iştirak etmişlər. 2019-cu ilin sentyabr ayında onun təhsili ilə bağlı səbəblərdən ölkəyə səyahət edə bilməmişlər. Sadəcə qardaşı İddiaçı1 məzuniyyətində Azərbaycana səyahət etmiş, atası ilə vaxt keçirmişdir. 2020-ci ilin yanvar ayında atası Antalyaya, onların yanına səyahət etmişdir. 2020-ci ilin avqust ayında təhsilini tamamladıqdan sonra ölkəyə birdəfəlik geri dönməyi düşünsələr də, anası İddiaçı3 2020-ci ilin yanvar ayından etibarən səhhətində yaranan problemlərin şiddətlənməsi səbəbi ilə Türkiyə Respublikasında qalmağa qərar verdilər. Belə ki, anası İddiaçı3 2020-ci ilin yanvar, mart, iyul aylarında Türkiyənin Antalya şəhərində, daha sonra 2021-ci ilin yanvar ayında İstanbul və Kayseri şəhərlərində əməliyyat olmuşdur. Mütamadi olaraq həkim nəzarəti altında olduğu üçün Türkiyədən çıxmasına həkim tərəfindən icazəsi yox idi. Anasının xəstəlik zamanlarında qardaşı ilə o, ona maddi və mənəvi dəstək göstərmişlər. Bildirmişdir ki, 2020-ci ilin fevral ayından sonra dünyada pandemiya şəraitinin mövcud olması ilə əlaqədar Azərbaycana səyahət edə bilməmişlər. Hətta 2020-ci ilin sentyabr ayında magistr təhsili imtahanı üçün İstanbul şəhərinə səyahəti zamanı Covid-19 xəstəliyinə yoluxmuşdur. Vəziyyətinin ağır olduğuna görə həftələrlə xəstəxanada yataraq müalicə almışdır. Qeyd etmişdir ki, halhazırda belə ölkənin quru sərhədləri bağlıdır. Buna görə də maddi vəziyyətlərini nəzərə alaraq həmin vaxtlardan etibarən mütəmadi olaraq ölkələrinə havayolu ilə səyahət etməyi mümkün deyildi. Anası bu illər ərzində həkim nəzarəti altında yaşamışdır və hələ də nəzarət altında yaşamağa davam edir. Son olaraq 2023-cü ilin yanvar ayında səhhətində yaranan ağır Hepatit C virusu, anasını və onları daha da dərindən sarsıtmışdır. Eyni zamanda həm atalarının, həm də analarının xəstəliyinin olması onlar üçün çətin vəziyyət idi. Xəstəliyin müalicəsi yüksək məbləğdə olduğu üçün öz ölkəsində deyil, yenə Türkiyə Respublikasında müalicə almağa qərar vermişlər. Çünki anası həmin illər ərzində qardaşının rəsmi olaraq sığortasından yararlanmağa başlamış və nəzərə alınsa ki, müalicədə istifadə olunan dərmanın qiyməti yüksək olduğu üçün (yalnız dərmanın halhazırki qiyməti 2 qutu üçün 514.000 TL, 27.000 manat) dərmanların Türkiyə dövləti tərəfindən qarşılanması onların olduqca yükünü azaldırdı. Atasının onun xarici ölkədə təhsili üçün, anasının da onunla birlikdə xarici ölkədə yaşamağı üçün rəsmi razılıq ərizələri, tam X17 onların yanlarına səyahətləri, mütəmadi olarak bank hesabına vəsait göndərmələri bütün sübutları ilə mövcuddur. Yuxarıda qeyd etdiyi məlumatlara əsasən bildirmişdir ki, qarşı tərəf Cavabdeh1 iddiaları əsassızdır. İddiaçı qeyd edir ki, onlar ölkədən çıxmış, hansı ki, hansı səbəbdən çıxdıqlarını qeyd etmir, sanki ataları ilə əlaqəni kəsərək ölkəni bir dəfəlik tərk edib və geri qayıtmamışlar. Ölkələrinə gəldikləri zaman evlərində yaşamadıqlarını, ölkədən çıxdıqdan sonra ataları ilə heç telefon danışıqlarının belə olmadığını, xəstəliyi dövründə onunla maraqlanmadıqlarını, ona maddi və mənəvi dəstək olmadıqlarını, anasının atasını və ölkəni tərk etməsini, bir daha geri qayıtmamasını iddia edir. İddilara cavab olaraq bildirmişdir ki, bu illər ərzində atasının onlara maddi dəstək olmağı, müxtəlif tarixlərdə onların yanına gələrək birlikdə vaxt keçirməkləri, eləcə də onların ölkəsinə gedərək birlikdə vaxt keçirməkləri, atası ilə həyatının son günlərində belə danışıqları, rəsmi mesajlar, fotoşəkillər, səs yazıları, videolar mövcuddur. Atasının xəstə olduğu zamanlarda, Türkiyədə bir çox həkimlə müalicəsi haqqında maraqlanıb, çarə tapmağa çalışmışlar. 2021-ci ildə atası Antalyaya müalicə üçün gəlmək istəyirdi, amma atası ilə bağlı müəyyən səbəblərdən mümkün olmamışdır. Bununla bağlı atasının səs yazıları da mövcuddur. Atasından müalicələrinin xərcləri haqqında məlumat aldıqları zaman onlardan qəti şəkildə heç bir məbləğ tələb etməmiş, buna görə hər hansısa narahatlığının olmamasını, təqaüdünün müəyyən qədər ona bəs etdiyini söyləmişdir. Atasının müailicəsi ilə paralel olaraq anasının da yüksək xərc tələb edən müalicəsi var idi. Qarşı tərəf, qardaşının, atasının sadəcə yas mərasimində iştirak etdiyini, qardaşının Bakıya gəlməsinin öz tələbi olduğunu söyləsə də, qardaşının Bakıya gəlməsini, vəziyyətinin yaxşı olmadığı üçün atası şəxsən özü istəmişdir. Qardaşı xx.xx.2023-cü il tarixində Bakıya, atasının yanına, atası hələ həyatda ikən gəlmişdir. Həmin tarixlərdə onun burada yaşamaq icazə sənədi ilə əlaqəli olaraq Türkiyə Respublikasından çıxmağına icazəsi olmadığına, büdcələrinin sadəcə qardaşı üçün bilet almaqlarına bəs etdiyinə görə atasının yanına ancaq bir nəfəri, yəni qardaşını göndərə bilmişlər. Atasının bütün bunlardan, onun hansı səbəbdən yanına gedə bilmədiyindən, qardaşının iş yerindən borc alaraq Bakıya getməsindən xəbəri var idi. Hətta Bakıya gələndə qardaşına, ehtiyacı olarsa qayıtmaq üçün pul verəcəyini də söyləmişdir. Qarşı tərəfin qeyd etdiyi 300 ABŞ dolları da buna sübutdur ki, maddi vəziyyətləri elə də yaxşı deyildi. Dediyi kimi həmin pulu atası öz cibindən verəcəyini hələ sağ ikən qardaşına söyləmişdir. Qarşı tərəf, onları, yəni övladlarını atalarına qarşı vəfasız adlandırsa da, atası ilə son günə qədər danışıqları, rəftarları bütün deyilənlərin böyük bir yalan olduğunun sübutudur. Qarşı tərəfin, valideynlərinin nikahlarının sadəcə kağız üstündə davam etdiyi iddiası da tamamilə əsassızdır. Ümumiyyətlə, ailələrinin daxili məsələlərinə, iki evli şəxsin (ata və anasının) öz mülahizələrinə, üçüncü bir şəxsin müdaxilə etməsinin həm etik, həm də rəsmi olaraq doğru olmadığı qənaətindədir. Evin müəyyən hissəsinin bağışlanmasına gəldikdə isə, bütün bu proseslər onların xəbəri olmadan həyata keçirilib. Qarşı tərəf Şamil Əzizbəyov dalan 9, ev 6 ünvanında sadəcə 5 nəfər olaraq yaşadıqlarını bildirsə də, anası atası ilə ailə həyatı qurduqdan sonra həmin evdə yaşamışdır. Qardaşı və o, həmin ünvanda dünyaya gəlmişlər, böyüyüb başa çatmışlar. Babası və nənəsi ayrıldıqdan sonra nənəsi başqa evdə yaşamağa başlamış, orada sadəcə babası və onlar (atası, anası, qardaşı və o) yaşamışlar. Qarşı tərəf evləndikdən sonra çox qısa bir müddət həmin ünvanda yaşayıb. İndi ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını qeyd etsə də, illər öncə boşanmış və ailəsindən ayrı, nənəsi ilə birlikdə Bayıl qəsəbəsində yerləşən evdə yaşamışdır. Mübahisəli hissə isə kirayə verilmişdir. Qarşı tərəf hər nə qədər mehriban ailə tablosu yaratmağa çalışsa da, onların atası ilə olan münasibətlərinin xoş olmadığını, atalarına qarşı vəfasız olduqlarını söyləsə də, əslində qarşı tərəfin özü orada bərabər yaşadıqları müddətdə, öz doğma atasına qarşı hörmətsizlik, xoş olmayan münasibət göstərmişdir. Öz doğma atasına şiddət göstərən birinin, ata sevgisi haqqında danışmağı çox absurddur. Son olaraq bunu qeyd etmişdir ki, vərəsəlik məsələləri ilə bağlı Bakıya gəldikləri son tarixdə nənəsi Cavabdeh2 ilə birlikdə anası, qardaşı və o, lazım olan sənəd işləri üçün birlikdə iştirak etmişlər. Lakin qarşı tərəf Cavabdeh1 vərəsəlik prosesinə müdaxilə edərək, içərisində atasına aid olan sənədlər (ölüm haqqında şəhadətnamə və s.), eləcə də ona aid olan bəzi sənədləri əllərindən alaraq xoş olmayan hərəkətlər, təhqiredici ifadələr ilə onlara qarşı pis rəftar göstərmişdir. Həmçinin onlara aid olan evlərinin qapısının açarını dəyişərək evə girişinə mane olmuşdur. Həmin müddət ərzində qarşı evlərində qala bilmədikləri üçün məcbur qalaraq 2 ay anasının anasına aid olan evdə onlarla birlikdə yaşayıb, daha sonra Türkiyə Respublikasına geri qayıtmışlar. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, boşanma ərəfəsində “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili uşağına hədiyyə etsəydi, həmin avtomobili satıb pulunu yeyəcəkdilər və ad olacaqdır ki, uşağa hədiyyə olunub. Çünki nə qaynatası, nə qaynı nə də həyat yoldaşı maşın sürməyiblər. O vaxtı uşağın 3 yaşı var idi. Həmin avtomobil mərhum X38 adından anasına alqı-satqı ilə satılan avtomobildir. “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı bildirdi ki, həmin avtomobildən əvvəl 06 markalı maşını qardaşı üçün dostundan almışdır. Həmçinin “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qeyd etdi ki, həmin maşını satarkən alıcı sahibinin ölməsi barədə xəbəri yox idi, həmçinin onun nəyinə lazımdır bu xəbər. Ona qardaşının yas mərasimini, qəbr daşını düzəltmək üçün pul lazım idi. O, öz maşınını öz adına sənədləşdirir, digər maşını isə satır. Ev məsələsi ilə bağlı bildirdi ki, o, babasının, atasının evində oturub. O, Məmmədin evinə girməyib. O, 18 kv.m.-lik evdə oturub. Hər şeyi onlardan ayrıdır, həm qapısı, həm pəncərəsi, həm də hamam tualeti. Onun 30 kv.m. ilə heç bir əlaqəsi yoxdur. Qardaşı ona o vaxt bildirmişdir ki, notariusa gedib onun payını versin, çünki onun öz ailəsindən gözü su içmirdi. Və notarius qardaşına 5 dəfə sual verdi ki, ev birgə nikah dövründə alınıb? O, isə qeyd etdi ki, xeyr, atasının, babasının evidir. Soruşdular qardaşıva niye verirsən, o isə, bildirdi ki, onun payını verirəm. Banka da borcu var, qardaşı onun adına pulu götürmüşdür. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyöun izahat vermiş, ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin və Cavabdeh2 iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümküm hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin 61 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X38 ünvan 6 nömrəli mənzilində qeydiyyatdadır. Anası- Cavabdeh2, qardaşı- Cavabdeh1, oğlu- İddiaçı1, qızı- İddiaçı2 və həyat yoldaşı- İddiaçı3dır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X38 29 yanvar 2003-cü il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X22, X28, X29, İddiaçı1, X8, X39, X30, Cavabdeh2, İddiaçı3, İddiaçı2, Cavabdeh1, X16 və X18r. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 31 yanvar 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 337975 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2023-cü il tarixdə yanağın selikli qişasının bədxassəli yenitörəməsi səbəbindən Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 112 nömrə ilə qeyd edilmişdir. - X38 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, X38 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 9, ünvanında istifadədə olan 0.02134 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183.5 kv.m. olan 6 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 2/6 hissə- 60.4 kv.m hissə payından 18 kv.m hissə payını qardaşı - Cavabdeh1 mülkiyyətinə vermişdir. - “Elektron notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan xx.xx.2022-ci il tarixli çıxarışına əsasən ünvan 6 ünvanında X59.rəf qızı, Cavabdeh1, X16, X31, X19, X32, X14, X33 və X29 qeydiyyatda olduğu qeyd edilmişdir. - Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-179 reyestrli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X17 vərəsələri: qızı- İddiaçı2, oğlu- İddiaçı1 və həyat yoldaşı- İddiaçı3 müəyyən edilmiş və onların hər biri miras əmlakdan ¼ hissədə pay almalı olmaları göstərilmişdir. Miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 2/6 hissə- 60.4 kv.m-dən 30.4 kv.m ibarətdir. Fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 6 fərdi yaşayış evi - 2/6 hissə- 60.4 kv.m-dən 18 kv.m olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1, 2/6 hissə - 60.4 kv.m-dən 30.4 kv.m olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə X17 adına qeydə alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Alyans vəkil bürosuna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 6 fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m. sahəsinin 18 kv.m. hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-908 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 6 fərdi yaşayış evinin 2/6 hissə - 60.4 kv.m.-dən 12 kv.m. hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-909 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, ******* saylı çıxarışına əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 2/6 hissə- 60.4 kv.m olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdən X17 adına qeydiyyatda olmuşdur. Hüquq sahibləri: X9 1/6 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə, X26 2/6 hissə- 60.8 kv.m-də ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, X39 3/24 hissə-də ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, X34 1/24 hissə-də ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq olunmuş **********389 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 öz imzası ilə təsdiq edərək bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X23 məxsus 18 kv.m hissə payının bağışlanmasına və 12 kv.m hissə payın satılmasına etiraz etmir. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq olunmuş **********388 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X38 öz imzası ilə təsdiq edərək bildirmişdir ki, ünvan 6 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsinə dair “Elektron notariat” X2ndən çıxarışa adı çıxanlar ilə heç bir qohumluq əlaqələri yoxdur və notariat hərəkətlərinin aparılması haqqında təlimatın 49-cu bəndini nəzərə alaraq xahiş etmişdir ki, bağışlanması müqaviləsini onların razılığı olmadan rəsmiləşdirələr. Gələcəkdə onunla bağlı hər hansı bir iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürür. - Satıcı - X38 ilə Alıcı - Cavabdeh2 arasında bağlanmış 16 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X38 tərəfindən “CHEVROLET VAN 20” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 1992-ci il buraxılışlı avtomobil 5000 (beş min) manata Cavabdeh2 satılmışdır. - AC №536540 saylı, xx.xx.2016-cı il tarixli AR X4 Şəhadətnaməsinin surətindən görünür ki, “CHEVROLET VAN 20” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 1992ci il buraxılışlı, açıq göy metalik rəngli, ban nömrəsi 2GBEG25Z3N4166743 avtomaşının sahibi X24r. - Satıcı - X38 ilə Alıcı- Cavabdeh3 arasında bağlanmış 06 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X38 tərəfindən “MERCEDES BENZ C180” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobil 5000 (beş min) manata Cavabdeh3 satılmışdır. - AD №168368 saylı, xx.xx.2018-ci il tarixli AR X4 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ C180” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, tünd göy metalik rəngli, ban nömrəsi WDB2030351A243069 avtomaşının sahibi X24r. - Satıcı- Cavabdeh3 ilə Alıcı- Cavabdeh4 arasında bağlanmış 03 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən “MERCEDES BENZ C180” minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobil 10100 (on min yüz) manata Cavabdeh4 satılmışdır. - AZ №BA259197 saylı, xx.xx.2023-cü il tarixli AR X4 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ C180” minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, tünd göy metalik rəngli, ban nömrəsi WDB2030351A243069 avtomaşının sahibi Cavabdeh3dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, o, Məmməd Rzayevi tanıyırdı. Onun ailəsi Türkiyəyə köçənə qədər onunla birlikdə yaşayırdılar. Universitetə girmək üçün onlar Türkiyə Respublikasına köçmüşdülər. Bundan 2 il sonra onları bir dəfə görmüşdür. Sonra isə Bakıya gəlmədilər. Məhəmməd rəhmətə gedəndə oğlu Çingiz gəlmişdi. Həmin evdə iki ayrı ev var. Evlənən zaman da gəlinlər iki ayrı evə gəlmişlər, Ramiz və Məmmədin atası Tofiq müəllim isə yuxarıda özünə balaca bir otaq düzəltmişdi və orada yaşayırdılar. Məmməd rəhmətə getməmişdən təxminən 2 il qabaq çox ağır xəstəliyə tutulmuşdur. O, həmin məhlədə bərbər kimi çalışır. Hər ay Məmmədin ailəsinə pul göndərməsinin şahidi olmuşdur. Hamı bilirdi ki, o, övladlarını necə çox istəyir. Lakin övladları onun xəstə olmasına baxmayaraq, 2 il ərzində bir dəfə belə ona baş çəkməmişlər. Onun əziyyətini qardaşı Ramiz çəkirdi. Məmməd ölümünə yaxın övladlarından ötrü ağlayırdı. Ona verilən suallara cavab olaraq bildirdi ki, Məmmədin “Mercedes” markalı avtomobil vasitəsi var idi. Onu da rəhmətə gedən ərəfədə satmışdılar. Onlara müalicə üçün pul lazım idi. Ölümündən 2-3 qabaq Məmməd anası ilə birlikdə bacısının evində qalırdı. Elə o vaxtdan da maşını məhlədə görmürdü. “Chevrolet” markalı avtomobil Cavabdeh1 olmuşdur. Bir neçə dəfə onu bağa və dənizə də aparmışdır. Təxminən 10 ilə qədər onun istifadəsində idi. Rəqəmləri yadında dəqiq saxlamır. Səhv edə bilər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 10 iyul 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı3 sonuncu dəfə xx.xx.2018-ci il və xx.xx.2023-cü illərdə, X21 xx.xx.2019-cu il və xx.xx.2023-cü il, İddiaçı2 isə xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixlərdə ölkəyə giriş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, Rzayevlər ailəsi ilə qonşu olmuşdur. Özü Şəkidə anadan olsa da, məhz Bakı şəhəri, X37 küçəsi, ev 42 ünvanında böyümüşdür. Ramizin anası Tamara dərzi idi və o, onların evlərinə çox getmişdir. Məmmədin ailəsini 10 ildən çoxdur ki görmür. Son dəfə onun qızı İddiaçı2 görəndə, o, məktəbdən məzun olurdu. Məmməd son illərdə xəstə idi. Onun bədəni çürüyürdü və tökülürdü. O, uşaqlarını görmək istəyirdi. Lakin onun uşaqları Bakıya gəlmirdilər. Artıq ölüm ayağında olan zaman Ramiz Çingizə zəng edərək Bakıya gəlməsini istəmişdir. O isə cavab olaraq “pulum yoxdur” demişdir. Ramiz ona 300 ABŞ dolları məbləğində pul göndərmişdir və Çingiz Bakıya gəlmişdir. Çingiz bura çatan zaman, Məmməd onu görmüş və gözlərini yummuşdur. Məmmədin yoldaşı İradə və qızı Jalə gəlməmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, Məmməd bir dəfə ailəsinin yanına Türkiyəyə getmişdir. O, Məmmədi məhlədə görən zaman ona evlənməsini məsləhət görürdü. Çünki ona qulluq edən adam lazım idi. Xəstə idi. O isə “qızım var, onu evləndirim, sonra baxaram” demişdir. Rəsmi olaraq İradə ilə nikahları pozulmamışdır. Lakin faktiki olaraq ayrı yaşayırdılar. Orada iki ayrı qapısı olan ev var. Evlər bir damın altında yerləşirlər. Mətbəxin üstündə Tofiq müəllim yoldaşı ilə yaşamaq üçün balaca otaq tikmişdi. O rəhmətə gedən zaman, o, həmin otaqda olmuşdur. Orada quru taxtadan başqa heç nə yox idi. Soruşduqda isə ona gəlinləri İradənin hər şeyi yığıb apardığını demişlər. Məmmədin nəşini aparmağa gələn zaman, oğlu Çingiz telefon əlində evin şəkillərini çəkirdi. Məmmədin bir maşını olmuşdur. Onu da rəhmətə gedən ərəfədə müalicəsinə pul lazım olduğundan satmışlar. Ölümündən qabaq anası Tamara ona demişdir ki, Ramizi çox sıxmaq istəmirlər, onun da öz ailəsi və xərcləri var. Məmməd İrana müalicə almaq üçün getməli idi. Ona pul lazım idi və onlar maşını buna görə satmışlar. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəliklə bağlı münasibətlər 2023-cü il tarixdə yarandığından hazırki münasibətə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqelər mirasda məcburi pay hüququna da şamil olunmalı və belə payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırmalıdır. Əgər verilibsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X38 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və İddiaçı3 onun həyat yoldaşı, İddiaçı2 və İddiaçı1 onun övladlarıdır, yəni onun 2 övladı olmaqla qanun üzrə 1-ci növbə vərəsələri - İddiaçı2, İddiaçı1, arvadı İddiaçı3, anası Cavabdeh2dır. Miras qoyandan qalan miras əmlak ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 2/6 hissə- 60.4 kv.m-dən 30.4 kv.m ibarət sahəyə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ¼ hissə olmaqla ilkin iddia üzrə iddiaçıların hər birinə mirasdan pay ayrılmış, ¼ hissə açıq saxlanılmışdır. Eyni zamanda, mərhum ölümündən təxminən 7ay əvvəl ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 9, ünvanında istifadədə olan 0.02134 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183.5 kv.m. olan 6 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 2/6 hissə- 60.4 kv.m hissə payından 18 kv.m hissə payını qardaşı - Cavabdeh1 bağışlamışdır. İddia tələbinin ilk hissəsi sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, notarial qaydada bağlanılmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin özü-özlüyündə etibarsızlığı üşün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. AR Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki. aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas olmadığından iddia həmin hissədə təmin edilməməlidir, lakin iddiaçılar məcburi payın tamamlanmasını tələb etmək barədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, tamamlanma tələbinin təmin edilməsi üçün eyni zamanda göstərilən şərtlərin hər biri mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeyd ləğv edilməli, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi mərhum X13 qalan miras əmlaka daxil edilməli, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi üzərində İddiaçı3 1/8 hissə, İddiaçı2 1/8 hissə, X7 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payı müəyyən edilməlidir. Məhkəmə ilkin iddia tələblərinin mübahisə predmeti olan avtomobillərə dair alğısatqı müqavilələrinin etibarsızlığı və miras əmlaka daxil edilib payın müəyyən edilməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halıdır ki, mərhum Məmməd Rzayevin mülkiyyətində “Chevrolet Van 20” minik markalı, 10-BJ314 dövlət nömrə nişanlı və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri olmuşdur. Mərhum 28 yanvar 2023-cü ildə vəfat etmişdir. Onun ölümündən əvvəl cavabdeh qardaşı Cavabdeh1 vermiş olduğu etibarnamə əsasında cavabdeh “Chevrolet Van 20” minik markalı, 10-BJ314 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini anası (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 xx.xx.2023-cü il tarixdə satmışdır. Göründüyü kimi müqavilə bağlanan anda etibarnamənin hüquqi qüvvəsinə xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 365.1, 365.1.7-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində xitam verilir. Bu halda məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməli, X38 ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2023-cü il tarixli “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş BA262276 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat şəhadətnaməsi ləğv edilməli və “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil mərhum X13 qalan miras əmlaka daxil edilməli, Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı3 1/4 hissə, İddiaçı2 1/4 hissə, X7 1/4 hissə, Cavabdeh2 ¼ hissə miras payı müəyyən edilməlidir. Digər avtomobil, yəni “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, avtomobil mərhumun Cavabdeh1 vermiş olduğu etibarnamə əsasında mərhumun ölümündən sonra 06 mart 2023-cü il tarixdə Cavabdeh3 satılmış, 03 aprel 2023-cü il tarixdə isə Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qüvvədən düşmüş etibarnamə əsasında bağlanmış 06 mart 2023-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edildiyi kimi qüvvədə omayan etibarnamə əsasında mərhuma məxsus əmlak qanunsuz yolla özgəninkiləşdirildiyindən və bu əqd əsasında Cavabdeh1 5000 (beş min) manat məbləğində bəhrələndiyindən, əmlak digər Cavabdeh3 tərəfindən Cavabdeh4 satıldığından Cavabdeh1 həmin məbləğin, yəni 5000 (beş min) manat pulun hər bir iddiaçıya ¼ hissəsi aid olmaqla – 1250 (bir min iki yüz əlli) manat İddiaçı2, 1250 (bir min iki yüz əlli) manat İddiaçı3 və 1250 (bir min iki yüz əlli) manat X7 xeyrinə tutulmalıdır. Həmin avtomobilə dair 03 aprel 2023-cü il tarixdə isə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yoxdur. Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüququnu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). İş materiallarından da göründüyü kimi, Cavabdeh4 mübahisəli əmlakı alarkən bu əmlsakın statusu ilə bağlı müvafiq orqan araşdırma aparmış və Cavabdeh3 səlahiyyətsiz şəxs olub-olmamasını müəyyən etməyə fiziki və ya texniki imkanı olmamışdır. Başqa sözlə, 03 aprel 2023-cü il tarixli müqaviləsi üzrə Cavabdeh4 vicdanlı əldə edən statusundadır, çünki əqdin legitimsizliyui barədə onda heç bir şübhə olmamışdır. Beləliklə, iddia bu hissədə qismən təmin edilməli, “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 (beş min) manat məbləğində pulun hər bir iddiaçıya ¼ hissəsi aid olmaqla – 1250 (bir min iki yüz əlli) manat İddiaçı2, 1250 (bir min iki yüz əlli) manat İddiaçı3 və 1250 (bir min iki yüz əlli) manat X7 xeyrinə tutulmalıdır. Məhkəmə iddianın həmin hissədə - avtomobilin satışından əldə edilmiş 10100 manat pul vəsaitə ¼ hissədə payın müəyyən edilməsi ilə razılaşmayaraq bildirir ki, miras əmlakın dəyəri 5000 manat olmuş, Cavabdeh1 mərhum Məmməd Rzayevə məxsus avtomobili 5000 manata Cavabdeh3 satdığından və avtomobil artıq miras əmlak statusundan çıxdığından onun satış dəyəri 5000 manat pulun ¼ hissəsi 1250 manat Cavabdeh1 iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə” barədə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflərin izahatlarından da müəyyən olundu ki, İddiaçı2 Türkiyədə 2014- 2020-ci illər ərzində təhsil almış, bu məqsədlə digər iddiaçılar da mərhumun razılığı ilə Türkiyəyə getmiş, daha sonra mərhum da sağlığında onların yanına getmiş, daha sonra İddiaçı2 və Məmməd Rzayevin səhhətlərində problemlər yaranmış, İddiaçı2 ölkəyə səfər etməmişdir. Məhkəmə bildirir ki, İddiaçı2 ölkəyə 2018-2023-cü illlər ərzində gəlməməsi mərhumla İddiaçı2 faktiki nikah müasibətlərini xitam verildiyi anlamına gəlmək üçün yetərli dəlil deyildir. Çünki hər iki şəxsin (ər-arvad) ölkə xaricinə çıxa bilməmələrinə müəyyən səbəblərin (səhhət, maddi vəziyyət) olduğu görünür. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, bu hissədə də iddia ərizəsinin təmin olunması üçün əsas olmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə cavabdehlərin iddiaçılar tərəfindən miras əmlakın faktiki qəbul edilməməsi ilə bağlı məcburi pay hüququnun olmaması dəlillərinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evi cavabdehlərin Azərbaycanda faktiki və sonuncu yaşayış yeridir. İddiaçılar müvəqqəti yaşamaq üçün başqa ölkəyə köçərək, həmin mənzildən getmişlər. İddiaçıların həmin evdə yaşamamaları iddiaçıların miras əmlakı faktiki olaraq qəbul etməmələri kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı X13 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə İddiaçı3, İddiaçı2 və İddiaçı1 ¼ hissədə irs almalarına dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; X13 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə Cavabdeh2 hissədə payının müəyyən edilməsi barədə iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeyd ləğv edilməli, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi mərhum X13 qalan miras əmlaka daxil edilməli, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi üzərində İddiaçı3 1/8 hissə, İddiaçı2 1/8 hissə, X7 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payı müəyyən edilməli, X38 ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2023-cü il tarixli “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqaviləsi etibarsız hesab edilsin, onun əsasında verilmiş BA262276 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat şəhadətnaməsi ləğv edilməli və “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil mərhum X13 qalan miras əmlaka daxil edilməli, “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı3 1/4 hissə, İddiaçı2 1/4 hissə, X7 1/4 hissə, Cavabdeh2 ¼ hissə miras payı müəyyən edilməli, iddiaçılar İddiaçı3, İddiaçı2, X12 qeyd edilən əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnamələrin verilməsi öhdəliyi Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulmalı, X38 ilə Cavabdeh3 arasında 06 mart 2023-cü il tarixli “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 (beş min) manat məbləğində pulun hər bir iddiaçıya ¼ hissəsi aid olmaqla – 1250 (bir min iki yüz əlli) manat İddiaçı2, 1250 (bir min iki yüz əlli) manat İddiaçı3 və 1250 (bir min iki yüz əlli) manat X7 xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, nəqliyyat vasitələrinin qüvvədən düşmüş etibarnamə əsasında qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə vəsatətinə münasibətdə hesab edir ki, hazırki halda hər hansı cinayət tərkibinin əlamətlərinə dair əsaslar müəyyən edilmədiyindən vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeyd ləğv edilsin. Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi mərhum X13 qalan miras əmlaka daxil edilsin. Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi üzərində İddiaçı3 1/8 hissə, İddiaçı2 1/8 hissə, X7 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payı müəyyən edilsin. X38 ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2023-cü il tarixli “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqaviləsi etibarsız hesab edilsin, onun əsasında verilmiş BA262276 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat şəhadətnaməsi ləğv edilsin və “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil mərhum X13 qalan miras əmlaka daxil edilsin. “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı3 1/4 hissə, İddiaçı2 1/4 hissə, X7 1/4 hissə, Cavabdeh2 ¼ hissə miras payı müəyyən edilsin. İddiaçılar İddiaçı3, İddiaçı2, X12 qeyd edilən əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnamələrin verilməsi öhdəliyi Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulsun. X38 ilə Cavabdeh3 arasında 06 mart 2023-cü il tarixli “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 (beş min) manat məbləğində pulun hər bir iddiaçıya ¼ hissəsi aid olmaqla – 1250 (bir min iki yüz əlli) manat İddiaçı2, 1250 (bir min iki yüz əlli) manat İddiaçı3 və 1250 (bir min iki yüz əlli) manat X7 xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-97/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-97/2025
29.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver