Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1034/2025 05.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi ilə, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10380 manat pulun və dövlət rüsumu kimi ödədiyi 123 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, əvəllər tanıdığı və yaxşı münasibətdə olduğu həmkəndlisi və qohumu Cavabdeh ona bildirmi.dir ki, Bakı şəhərində təhsil alan və əslən “Türkiyə Cümhuriyyətindən” olan universitet tələblərinə öz yaşadıqları ölkədən göndərilən pulların (türk lirəsinin) əvəzində həmin tələbələrə Azərbaycan manatı ilə dəyişdirilməsi işi ilə məşğuldur, həmin pulu dəyişərkən müəyyən miqdarda qazancı olur. Lakin işini mütəmadi olaraq davam etdirməsi üçün əlində kifayət qədər pul olmadığından xx.xx.2024-cü il tarixdə ondan borc məqsədi ilə 5000 (beş min) manat, bundan bir həftə sonra 1200 (bir min iki yüz) manat borca pul istəmiş və borcunu tez bir zamanda qaytaracağına dair söz vermişdir. Bir müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh yenidən ona zəng edərək pula ehtiyacı olduğunu və ona əlavə olaraq 2000 (iki min) manat bir 1680 (bir min altı yüz səksən) manatda bir olmaqla yenidən borca pul göndərmiş, daha sonra isə xx.xx.2025-ci il tarixdə 300 (üç yüz) manat, xx.xx.2025-ci il tarixdə 200 (manat) olmaqla ümumilikdə Səyyada 10380 (on min üz yüz səksən) manat borca pul vermişdir. Cavabdehdən ona borclu olduğu 10380 (on min üz yüz səksən) manat pulu istəyən zaman cavabdeh hər dəfəsindən müxtəlif bəhanələr edərək borcunu tezliklə qaytaracağını bildirərək ona olan borcunu qaytarmamışdır. Bu səbəbdən də o, Səyyadın ona borcu olması barədə “DİN-nin 102” xidmətinə şikayət etmiş və polis əməkdaşları tərəfindən ona bildirmişlər ki, pul tələbi barədə məhkəmə mülki qaydada iddia qaldırmalıdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə Cavabdeh ilə telefon əlaqəsi yaradaraq onunla görüşmüş və Səyyaddan ona borclu olduğu 10380 (on min üz yüz səksən) manat pulunu tələb etmişdir. Səyyad yenədə hər zamanki kimi ondan bir qədər vaxt istəyərək 10380 (on min üz yüz səksən) manat borcunu qayataracağını bildirmişdir. Həmin vaxt o, Səyyada öz əl yazması ilə 2 (iki) ədəd qəbz yazmasını təklif etmiş, Səyyad da buna heç bir etirazının olmadığını, ona borclu olduğunu inkar etmədən öz yazısı ilə 2 ədəd qəbz yazaraq ondan 6200 (altı min iki yüz) manat bir, 4180 (dörd min bir yüz səksən) manat isə bir olmaqla ümumilikdə 10380 (on min üz yüz səksən) manat borca pul aldığını öz əl yazması ilə yazmışdır. Cavabdeh həmin qəbzi imzalam;. və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqənin seriya nömrəsini (********) qəbzə qeyd etmişdir. Sonuncu görüşlərindən, yəni xx.xx.2025-ci il tarixdən 2 (iki) aydan artıq müddət keçməsinə baxmayaraq Səyyad onun zənglərinə cavab verməmiş və ona olan 10380 (on min üz yüz səksən) manat borcu qaytarmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən verilən borca dair qəbzin onda olması onu göstərir ki, cavabdeh iddia ərizəsində göstərilən məbləği ona qaytarmamışdır. Cavabdeh pulun müəyyən hissəsinin ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzlər başqa borcuna aiddir. Çün ki, Cavabdeh əvvəllər də ondan müxtəlif vaxtlarda pul almış, hissə-hissə qaytarmışdır. Lakin cavabdeh qəbzi yazdığı vaxtdan yəni xx.xx.2025-ci ildən ona hər hansı məbləğdə pul qaytarmamışdır. Ona görə də, Cavabdeh 10380 manat pulun və dövlət rüsumu kimi ödədiyi 123 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı onun həm qohumu həm də həmkəndlisidir. O, iddiaçıdan ümumilikdə 6200 manat borca pul almışdır. Həmin puldan təqdim etdiyi qəbzlərə uyğun olaraq ödənişlər etmişdir. Hazırda onun İddiaçı 5000 manat borcu qalmışdır. İddiaçıya pul ödəməsi ilə bağlı qəbzləri məhkəmə yə təqdim etmişdir. İddiaçıda olan borcla əlaqədar 2 ədəd qəbzləri o, yazmış və imza da ona məxsusdur. Həmin qəbzləri xx.xx.2025-ci il tarixdə yazıb vermişdir. Həmin tarixdən sonra İddiaçı hər hansı məbləğdə pul qaytarmamışdır. Göstərdiyi kimi onun iddiaçıya hazırda 5000 manat olan borcunu ödəməyə imkanı yoxdur. Gələcəkdə borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə anadan olmuş, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə İddiaçı 4180 manat bir və 6200 manat bir borc pul almış və qəbzləri imzası ilə təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia aşağdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, cavabdeh iddiaçıdan borc pul istəmiş və iddiaçı cavabdehi tanıdığına görə ona müxtəlif vaxtlarda borca pul vermişdir. Cavabdeh iddiaçıdan aldığı borc pula görə xx.xx.2025-ci il tarixdə 2 ədəd qəbz yazıb vermişdir. Həmin qəbzlər üzrə ümumi məbləğ 10380 manat təşkil edir. Həmin qəbzlərdə cavabdeh iddiaçıya olan borcunu qısa müddətdə qaytarmaq barədə öhdəlik götürmüşdür. Cavabdeh həmin borcun müəyyən hissəsini qaytardığını göstərmiş və bununla əlaqədar məhkəməyə pul köçürmələrinə dair qəbzlər təqdim etmişdir. Lakin həmin qəbzlər əvvəlki vaxta aid olmaqla cavabdehin iddiaçıya qəbz verdiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən sonra hər hansı məbləğdə pul ödəməsi müəyyən edilməmişdir. İddiaçı isə həmin pul köçürmələrinə dair qəbzlərin cavabdehin ondan əvvəlki vaxtlarda aldığı borca görə olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.2-ci maddəsinə görə əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Beləliklə məhkəmədə müəyyən edildi ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmamış, onun borca dair verdiyi qəbzlər iddiaçıdadır və iddiaçı onları sübut kimi məhkəməyə təqdim etmişdir. Hazırda borca dair qəbzlərin iddiaçıda olması cavabdehin borcu qaytarmamasına sübutdur. Cavabdeh məhkəmə iclasında iddiaçıdan cəmi 6200 manat borc almasını göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə onun iddiaçıdan 4180 manat və 6200 manat borc alması mülki işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər sübuta yetdiyindən Cavabdeh borca görə 10380 manat və ödənilmiş 123 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 10380 (on min üz yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 123 (bir yüz iyirmi üç) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1034/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1034/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver