Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1053/2025 03.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbiətə vurduğu ziyana görə 9120 (doqquz min yüz iyirmi) manat alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərində keçirilmiş reyd zamanı Beyləqan rayonu Birinci Aşıqlı kəndi ərazisində avtomobil yolunun Beyləqan şəhəri istiqamətinin sol tərəfində torpaq sahəsində baş vermiş yanğın zamanı böyürtkən və iydə kollarının yanması nəticəsində təbiətə 9120 (doqquz min, bir yüz iyirmi) manat ziyan dəyməsi faktı aşkar edilmilmişdir. Faktla bağlı 28 fevral 2023-cü il tarixli 77227 nömrəli akt tərtib olunmuş və baxış zamanı baş vermiş yanğın hadisəsi nəticəsində həmin ərazidə yabanı halda bitmiş 84 ədəd iydə, 30 ədəd böyürtkən kolu, ot-alaq bitkiləri yanaraq tamamı ilə məhv olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı Qərarının 1 saylı əlavəsinə əsasən təbiətə 9120 (doqquz min, bir yüz iyirmi) manat ziyan dəyməsi müəyyən edilmişdir. Fakt öz təsdiqini tapdığı üçün Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 1970-ci ildə Beyləqan rayon Tatallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X10 Təchizatı və Satışı İdarəsinin Beyləqan X1 şəhər sahəsi üzrə usta vəzifəsində işləyən, Beyləqan rayon Milabad qəsəbəsində qeydiyyatda olmaqla, Beyləqan şəhəri 5-ci məhəllədə yaşayan Cavabdeh səhlənkarlığı nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2016-cı il tarixli 321 saylı Qərarının 1 saylı əlavəsi və “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun tələbləri pozulmuşdur. Beyləqan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(20)-18/2024 saylı Hökmü ilə xx xxxxxx 1970-ci ildə Beyləqan rayon Tatallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X10 Təchizatı və Satışı İdarəsinin Beyləqan X1 şəhər sahəsi üzrə usta vəzifəsində işləyən, Beyləqan rayon Milabad qəsəbəsində qeydiyyatda olmaqla, Beyləqan şəhəri 5-ci məhəllədə yaşayan Cavabdeh Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CMnin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmiş, ona qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. İbtidai istintaq və məhkəmə zamanı Cavabdeh təbiətə vurduğu 9120 (doqquz min, bir yüz iyirmi) manat ziyanı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödəməmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin maddi imkanı olmadığına görə həmin məbləği birdəfəlik ödəməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 77227 №-li aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməto tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı qaynar xətti xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli 9 saylı X5 Təbii Sərvətlər İdarəsinə yönləndirilmiş 15 fevral 2023-cü il tarixli 10-23 №-li Birinci Aşıqlı –Əlinəzərli kəndləri arasında yanğın olması ilə bağlı daxil olmuş məlumatı araşdırmaq məqsədilə sözügedən ərazidə olmuşlar. Müraciətdə göstərilmiş ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlayaraq araşdırmada iştirak etməsi üçün əraziyə dəvət etmişlər. Lakin Beyləqan şəhər G.Əsədov küçəsi 1 A ünvanında yaşayan X7 yaşadığı ünvanında izahat verəcəyini bildirərək araşdırmada iştirak etməyəcəyini qeyd etdi. Müraciət edən Ülfət Vəliyev bildirdi ki, yanğın baş verən zaman o, həmin ərazidən keçirdi. Yanğının genişlənərək meşə ərazisinə düşəcəyini nəzərə alaraq FHN-nin 112 saylı “Qaynar xətt” xidmətinə yanğının söndürülməsi məqsədilə müraciət etmişdir. O, bir vətəndaş kimi bunu özünə borc bilmişdir. Bundan sonra onlar yanğın baş verən ərazinin Birinci Aşıqlı kənd ərazisi olduğunu nəzərə alıb, bələdiyyə sədri Abbasov Əvəzi və yanğının yaxınlığında olan meşənin baş meşəbəyisi X6 araşdırmada iştirak etmək üçün həmin əraziyə dəvət etmişlər. Yanğının kimim tərəfindən törədildiyini müəyyən edə bilməsələr də, yanğın olan ərazidə araşdırma aparmışlar. Araşdırma zamanı yanğın baş vermiş ərazidə 84 ədəd iydə ağacının, 30 ədəd böyürtkən kolu və bitki örtüyünün yanaraq məhv olduğu və 3 ədəd yolun kənarındə əkilmiş şam ağaclarının ütüldüyü tərəflərindən müəyyən edilmişdir. Ərazidə yanmış ağacların 2 ədədi 4 sm, 5 ədədi-6 sm, 22 ədədi-8sm, 7 ədədi-10 sm, 15 ədədi -12 sm, 14 ədədi -14 sm, 6 ədədi-16 sm, 5 ədədi -18 sm, 3 ədədi -20 sm, 1 ədədi -22 sm, 1 ədədi-24 sm və 3 ədədi-26 sm diametri olduğu müəyyən edilmişdir. Yanğın baş vermiş ərazinin kimə məxsus olması ilə əlaqədar 1-ci Aşıqlı kənd bələdiyyəsinin sədri Əvəz Abbasov xx.xx.2023-cü il tarixli 17 saylı Arayış verərək həmin ərazinin 1-ci Aşıqlı kənd ərazisində olmağına baxmayaraq ərazinin magistral yolun mühafizə zolağında yerləşdiyini bələdiyyə mülkiyyətində olmadığını bildirdi. Araşdırma müddətində yanğın baş vermiş ərazinin torpaq sahəsinin kimə məxsus olması və hansı mülkiyyət növünə aid olduğunu müəyyən etmək mümkün olmadı. Yanğın baş vermiş ərazinin X8 Təsərrüfatı Mərkəzinin ərazisinə aid olmadığını müəyyən etmək məqsədilə onlara müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli, 77227 №-li aktın əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, dəymiş ziyanın ümumi məbləği 9120 manat təşkil edir. Beyləqan Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(020)-18/2024 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilməsi, Cavabdeh cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkməsinin başlanğıcının aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanması və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Həmin hökmdə göstərilmişdir ki, “Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə 30 aprel 2015-ci il tarixli, K-15-0331 nömrəli əmrə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X10 Təchizatı və Satışı İdarəsinin Beyləqan X2 şəhər sahəsi üzrə usta vəzifəsində işləyərkən “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatı”-nm Rayon Elektrik Şəbəkəsinin paylayıcı şəbəkə sahəsinin ustasına aid hissəsi ilə müəyyən olunmuş “Vəzifə öhdəliklərinin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etmək, bu sahədə Cəmiyyətin rəhbərliyinin əmr və təlimatlarına uyğun gəlməyəcək hər növ vəziyyətin baş verməməsi üçün lazımi tədbirlər görmək, rəhbərlik tərəfindən göndərilən əmr və təlimatların icra müddəti ərzində həyata keçirilməsini təmin etmək, illik qrafiklər üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım/təmir işlərinin aparılmasını təmin etmək, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlər görmək, hava xətlərinə baxış keçirilməsini, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, “Təhlükəsizlik texnikası qaydaları”-na (TTQ) aid bütün tələbləri yerinə yetirmək, hava və kabel xətlərində KTM, TM və yarımstansiyada bütün əsaslı və cari təmir-bərpa işlərini yerinə yetirmək” kimi vəzifələrini öz işinə vicdanlı münasibət göstərib, vaxtında icra etməli olduğu halda səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək vəzifə təlimatının hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, avadanlıq və xətlərin vaxtında keyfiyyətli, əsaslı və cari təmirlərini aparmaq, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nm 1.2.3.11-ci bəndinin “a” abzasının “Trassanın yanğına qarşı vəziyyəti: hava xəttinin mühafizə zonasında tikililər, ot tayaları, meşə qalaqları, naqillərə doğru əyilən və ya təhlükəli yanaşan ağaclar, yanar materialların bir yerə yığılması və tonqallar olmamalıdır, hava xəttini istismar edən istehlakçının yazılı razılığı olmadan işdən kənar qurumlar tərəfindən işlər aparıla bilməz” və “ç” abzasının “Naqil və troslarm vəziyyəti: hava xətti layihəsində nəzərdə tutulmuş, ayrı-ayrı məftillərdə qırılma və ərimə, naqillərin və trosların üzərinə atmalar, onların tənzimlənməsində pozulmalar, sallanma oxunda dəyişikliklər və məftillərdən yerə və obyektə kimi olan məsafələrdə dəyişiklik halları olmamalıdır” tələblərini pozaraq X3 rəisi X4 23 fevral 2022-ci il tarixli göstərişi ilə cavabdeh məsul şəxs təyin edildiyi 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün texniki baxış keçirilməsinə baxmayaraq, onun xətdə olan mövcud uyğunsuzluqları (hava xəttinin sallanma oxunda dəyişiklikləri və naqillərə oğru əyilən təhlükəli yanaşan ağacların toxunması halları) aşkar edərək aradan qaldırılmasını təmin etməməsi 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində, ağaclara toxunaraq keçən hissəsində həmin hava elektrik xəttinin fazalarının küləkli hava şəraitində bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot, kol-kosları alışdırması nəticəsində baş vermiş yanğın nəticəsində hər birinin dəyəri 80 manat olmaqla cəmi 9120 manat dəyərində 84 ədəd iydə və 30 ədəd böyürtkən kolunun yanaraq məhv olmasına və bununla da, dövlətin qanunla qorunan mənafeyinə 9120 manat mühüm zərər vurulmasına səbəb olmuşdur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 9120 (doqquz min yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göründüyü kimi, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 111,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9120 (doqquz min yüz iyirmi) manat at məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 111,20 (yüz on bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1053/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1053/2025
03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver