Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1060/2025 02.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4512 manat borc verdiyi pulun və dövlət rüsumu kimi ödədiyi 66 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o, Beyləqan şəhərində yaşayır. O, tanıdığı və münasibətdə olduğu Cavabdeh2 ilə və anası Cavabdeh1 ilə yaxın münasibətdə olduğu və ehtiyacları olduğu üçün qaytarmaq şərti ilə 3000 manat borc pul vermişdir. Bundan sonra təkrar pul istədikləri üçün yenidən onlara 3500 manat qəbzə imza etdirməklə pul vermişdir. Həmin pulu onlara şəxsən vermiş və öz xətti ilə qəbzə qol çəkdirmişdir. Bundan əlavə olaraq, bir neçə dəfəyə onlara kartlarına pul atmışdır ki, bunlarında çekini ərizəsinə əlavə edir, kartlarına atdığı pul isə 2012 manat təşkil edir. Beləliklə onlara 8512 manat pul vermişdir. Onlar Qətibənin kartını ona vermiş və o, həmin kartdan Cavabdeh2 isə zamin duraraq pul verilmədiyi təqdirdə pulun verilməsini öz üzərinə götürmüşdür. Həmin qəbzin əsilini işə əlavə edir. Pulu hər ikisinə bir yerdə vermişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə pulunu istəsə də pulunu vermirlər. Cavabdehlərin kartı onda olanda oradan pul çıxarıb, öz pulunu götürmüş və qalan hissəni də onlara qaytarıb vermişdir. Beləliklə onların kartından 4000 manata yaxın pul çıxarıb götürmüşdür. Pensiya kartı əvvəl hər ay 80 manat olurdu, onu çıxardıb özlərinə verirdi. Sonra pensiya artaraq 662 manat oldu. Ondan da onların krediti çıxırdı və o, hər ay cürbəcür məbləğlərdə pul çıxarırdı. Beləliklə ümumilikdə 4000 manata yaxın çıxarıb götürmüşdür. Hazırda cavabdeh və zamin pulunu qaytarmaq istəmirlər. Beləliklə Cavabdeh2 və Cavabdeh1 ona 4512 manat məbləğində borcları yaranmışdır. O, bir neçə dəfə cavabdehlərə borcu ödəməsini tələb etsə də onlar ona yalan vədlər verib, onu aldadıblar. O, xəstəlikdən əziyyət çəkir və tez-tez müalicələrdə olmalıdır. Şikəst qardaşı, rəhmətə gedən qardaşının balalarına da o baxır. Hal hazırda müalicəsini davam etdirə bilmir. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada borc verdiyi 4512 manatın və 66 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh2 tərəfindən əllə yazılaraq Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış qəbzdən görünür ki, “Mən Cavabdeh1 İddiaçı Həkimə getdiyimiz özümə məxsus pensiya kartını (**********770118) qoyub borca pul götürürəm (3000 üç min manat borca pul götürürəm. Mən Cavabdeh2 Cavabdeh1 qızı anam yazması olmadığımnı mən yazıram təsdiq eliyirəm. Əgər karta nəsə olarsa mən Cavabdeh2 cavabdehəm. Əks halda məhkəməyə müraciət edə bilərsiz.” Cavabdeh1 tərəfindən əllə yazılaraq imzalanmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh1 xəstə qızım Cavabdeh2 əməliyyatı üçün borca pul götürürəm. İddiaçı 3500 manat (üç min 500 manat) pul götürdüm. Öz adıma olan kartı qoydum. Əgər kartımda nəsə olarsa özüm və qızım Afət cavabdehdir. Heç bir problem ola bilməz. Oxudum və qol çəkdim. xx.xx.2025-ci il. Martın 1-də götürdüm. Mənim Aidə ilə bağlı heç bir narazılığım yoxdur.” xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 15 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 10 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 20 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 5 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 10 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 20 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 10 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 10 manat məbləğində pul köçürülmüşdür xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 12 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 100 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 20 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****6650 nömrəli karta 900 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 500 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****6650 nömrəli karta 70 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****6650 nömrəli karta 30 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 10 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 10 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 20 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 40 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki Cavabdeh2 adına olan ****3009 nömrəli karta 200 manat məbləğində pul köçürülmüşdür 06 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə şifahi borc müqaviləsi, Cavabdeh1 isə əsassız varlanmaya aid normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 ümumilikdə 6500 manat məbləğində pul vəsaiti vermiş, Cavabdeh2 isə hissə-hissə ümumilikdə 2012 manat məbləğində borc vermişdir. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 tərəfindən imzalanmış qəbzlərlə və Cavabdeh2 bank hesabına ödənilməsini təsdiq edən qəbzlərlə öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 öz pensiya kartını iddiaçıya vermiş və iddiaçı həmin kartdan ümumilikdə 4000 manat məbləğində pul vəsaiti çıxarıb götürmüşdür. Belə olan halda Cavabdeh1 ümumilikdə verilmiş 6500 manat məbləğində pul vəsaitinin 4000 manat məbləği iddiaçıya ödənilmiş və onun hal-hazırda ödənilməmiş 2500 manat məbləğində borcu vardır. Cavabdeh2 isə borc aldığı 2012 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmamışdır. Həmçinin, məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı isə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehlərin iddiaçı tərəfindən onlara ayrı-ayrılıqda verilmiş pul vəsaitlərini birgə qaydada qaytarılması barədə öhdəlik götürməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti və iddiaçı Cavabdeh2 isə 2012 (iki min on iki) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 65 manat dövlət rüsumunun 35 (otuz beş) manatı Cavabdeh1, 30 (otuz) manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 2012 (iki min on iki) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1060/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1060/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver