Məhkəmə qərarları › İş №2(020)-1064/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1064/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1064/2025 26.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5.850 (beş min səkkiz yüz əlli) manat və 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasını onunla əsaslandırdı ki, Cavabdeh tanıyır və yaxın münasibətləri olmuşdur. O, kiçik sahibkarlıqla məşğul olmaq üçün sahibkarlığın inkişafı ilə bağlı güzəştli kredit götürmək istəmişdir. Bu məqsədlə 2021-ci ildə Rabitə Bankda işləmiş Cavabdeh ilə görüşüb məsləhətləşib və 100.000 manat kredit götürmək qərarında olduğunu bildirmişdir. Cavabdeh həmin vaxt ona Rabitə Bankdan 100.000 manat kredit götürmək üçün 8.000 manat pul verməli olduğunu bidirmiş, o, da Rəşadla razılaşmışdır. Rəşad 2 ay müddətinə 100.000 manat məbləğində kredit əldə edəcəyinə köməklik edəcəyini bildirmişdir. Bundan sonra krediti götürmək üçün 2021-ci ilin aprel, may, iyun və iyul aylarında Cavabdeh 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vermişdir. Lakin cavabdeh dörd ay müddətində razılaşdıqları kreditin verilməsində ona köməklik etmədiyindən o, Rəşada əlavə pul verməmişdir. O, sonradan Rəşadın onu aldatdığını başa düşmüş və Rşaddan verdiyi 6.800 manat pulunu geri qaytarmasını tələb etmişdir. Rəşad ondan aldığı pullu şəxsi ehtiyacları üçün xərclədiyini və ona kredit verilməsində heç bir iş görmədiyini etiraf etmnişdir. Rəşad hər dəfə yaxın vaxtlarda aldığı pulu qaytaracağına söz versə də, pulu bu günə kimi qaytarmamışdır. Rəşad pulunu qaytarmadığı üçün 2022-ci ilin iyun ayında Beyləqan rayon Polis şöbəsinə müraciət etmişdir. Bundan Rəşad aldığı 6.800 manat puldan 2022-ci ilin iyul ayında 450 manat və 2022-ci ilin avqust ayında isə 500 manatını qaytarmışdır. Borca görə 5000 manata razılığa gəlmişlər və Rəşad hər ay 500 manat olmaqla qaytaracağına söz vermişdir. Lakin Cavabdeh bundan sonrada razılşdıqları 5000 manat pulunu qaytarmayaraq hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O, Rəşadın atası Rəhimin yanına dəfələrlə getmiş, o, da yaxın vaxtlarda oğlunun yerdə qalan pulunu qaytaracağını bidirsə də bu günə kimi onun 5000 manat pulunu qaytarılmamışdır. Ona görə də, Cavabdeh 5000 manat və 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəm iclasıda izahat verən Cavabdeh iddianı qismən qəbul edərək iddiaçıdan pul aldığını, həmin pulun bir qismin qaytardığını, hazırda iddiaçıya 5000 manat borclu olduğunu, bununla əlaqədar iddiaçı ilə razılaşdıqlarını göstərmiş və iddianın qəismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 5850 manat borcuolduğunu qeyd etsə də məhkəmə iclasında cavabdehlə razılaşaraq cavabdehin ona 5000 manat qaytarmalı olduğunu göstərmişdir. Həmçinin cavabdeh də əvvəlki məhkəmə iclasında iddiaçı ilə aralarında razılığa gələrək iddiaçıya 5000 manat pul qaytarmalı olduğunu bildirmişdir. İddiaçı cavabdehin ona 5850 manat borcu olduğunu göstərsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında yazılı müqavilə olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə toplanmış sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh borca görə 5000 (beş min) manat alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 5000 (beş min) manat və hesablanmış dövlət rüsumuna görə 70 (yetmiş) manat alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 10 (on) manat özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar