Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1084/2025 30.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 15500 manat borcunu, eyni zamanda, ödədiyi dövlət rüsumu ilə birlikdə, yəni 137 manat olmaqla, cəmi 15637 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə təxminən 6-7 ildir ki, “Sədərək” TM-də tanış olmuşdur. O, özü uzun müddətdir ki, “Sədərək” TM-də tikinti materiallarının satışı ilə məşğul olur. Mağaza Kargo zonası, 5-ci sıra, 5-ci korpus, nömrəlidir. Cavabdeh uzun müddətdir ki, kafel-metlax satışı ilə məşğul olub. Təxminən 2022-ci ilin sentyabr ayında Fətəli ona yaxınlaşıb demişdir ki, “sən 77 nömrəli mağazanı al, mağazaya verdiyin pulu çıxardıqdan sonra şərik işləyərik”. Həmin mağazanı, Rəsmiyyə adlı qadın işlədib, Fətəlidə orada satıcı işləyirdi. Fətəli orda bir müştəridən pul alıb, malını göndərməmişdir. Buna görədə, Fətəlidən bir neçə nəfər şikayət etmişdir. Fətəli əvvəllər onun yanında da işləyib. O, onu çoxdan tanıdığı və yanında işlədiyi üçün şikayətçilərin pulunu öz cibindən qaytarmışdır .Bu ümumilikdə 9000 manat etdi. Fətəli də onu əmin etdi ki, mağazanı al işləyib həm onun borcunu qaytarım və daha sonra da şərik işləyək. O, razılaşıb mağazanı 9000 manata aldı və Fətəli həmin mağazada işləməyə başladı. O, eyni zamanda Sədərək TM-də digər mağazada işləyirdi. Fətəlinin işlədiyi mağazaya nəzarət etmək üçün Saleh adlı şəxsi ora təyin etmişdir və Salehə hər ay maaş verirdir. X1 işlədiyi mağazada al-verin olub olmadığını soruşduqda Saleh ona, satışın olmadığını bildirirdi. Lakin 2023-cü ilin iyul ayında bir neçə müştəri onun mağazasına gələrək Fətəlinin işlədiyi mağazada məhsul sifariş edib pulunu Fətəliyə Salehin yanında verdiklərini bildirmişdilər. Lakin pullarını versələrdə sifariş verdikləri mal ünvana çatmamışdır. Bununla bağlı o Salehdən soruşduqda etriaf etdi ki, həqiqətən də Fətəli sifarişin pulunu götürüb malları ünvana göndərməmişdir. Bundan sor mağazadan qaçaraq bir müddət gizlənmişdir. Aşağıda Fətəlinin onun adıilə götürdüyü mallara dair pulların siyahısını qeyd edir: Lökbatan qəsəbəsindən olan müştəri 1050 manatlıq kafel metlax sifariş verib pulunu verib, lakin sifariş göndərilməyib; Aqil adlı “SOCAR”-da işləyən şəxs 2300 manatlıq metlaq sifariş verib lakin ünvana çatdırılmayıb; İşçisi Orxan ona Fətəliyə görə bir jurnalistə 240 manat qaytarmaq lazım olduğunu bildirdi, o isə həmin 240 manatı göndərmişdir; Qala qəsəbəsindən olan qadından qranit göndərmək adı ilə 715 manat pul alıb lakin qraniti göndərmişdir; Fətəli Süleyman adlı şəxsə 637 manat pul verməlidir, həmin pulu borca ondan istəmişdir və o, vermişdir. Bundan başqa Xırdalan şəhərində yerləşən obyektə 500 manatlıq tökmə daşı nisyə verib pulu sonradan almasına baxmayaraq ona pulu almadığını bildirmişdir. Bundan başqa “Lemon Deseramik” mağazasından 24 ədəd 432 manat dəyərində vitrini onun adıma götürmüş və onun da pulunu ödəmədiyi üçün o ödəmişdir. 2023-cü ilin may-iyun aylarında ümumilikdə Fətəli mənə 15500 manat ziyan vurmuş və hazırda da cavabdehin ona 15500 borcu var. Sonradan o, Qaradağ Rayon Polis İdarəsinə Fətəli barəsində şikayət yazmişdlr. Polis araşdırması zamanı məlum oldu ki, Cavabdeh ondan başqa da digər şəxslərə qarşı dələduzluq cinayəti törətmişdir. Qaradağ Rayon Polis İdarəsində onun barəsində Azərbaycan Respublikasının C.M.-nın 178.2.2-ci və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdi. Qaradağ Rayon Məhkəmısinin 1(002)-110/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh cəza təyin edilmişdir. Qeyd etdiyi cinayət işi ilə bağlı izahatların, ittiham aktının və hökmün surətini iddia ərizəsinə əlavə edir. Hazırda Fətəli şərti cəzasını çəkməkdədir. Ona bu günədək borcunu ödəməsini tələb etsə də, könüllü şəkildə borcunu ödəməkdən yayınır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. Eləcə də Cavabdeh da xx.xx.2010 -ciuil tarixdə verilmiş **********№-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. İddia ərizəsinin məzmunu ilə isə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar borc pul verilmişdir. Göründüyü kimi, halhazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 138 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 137,60 (yüz otuz yeddi manat 60 qəpik) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1084/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1084/2025
30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver