Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1088/2025 09.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, ona ödənilməli olan 12.832 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 29 mart 2023-cü il tarixli “Barışıq sazişi” bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən, Cavabdeh ona ümumilikdə 18.000 (on səkkiz min) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Aralarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinin bağlanmasına səbəb xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Qobu qəsəbəsi, Hökməli-Qobu yolunda yol-nəqliyyat hadisəsi törətməsi və bunun nəticəsində oğlu xx.xx.1988-ci il təvəllüdlü X1 vəfat etməsi olmuşdur. Qeyd olunan hadisə ilə əlaqədar olaraq Cavabdeh ona ümumilikdə 18.000 (on səkkiz min) manat pul ödəməyi öhdəsinə götürmüş və həmin məbləğdən 4.000 (dörd min) manat hissəsini notariusun "xxxx" ASCnin “5 saylı” şöbəsində açılmış depozit hesabı vasitəsi ilə ödəmişdir. Həmçinin Cavabdeh qalan 14.000 (on dörd min) manat pulu 24 (iyirmi dörd) ay ərzində hər ay 583 (beş yüz səksən üç) manat 34 (otuz dörd) qəpik olmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 24 (iyirmi dörd) ay ərzində ona hər ay 583 (beş yüz səksən üç) manat 34 (otuz dörd) qəpik pul ödəməyi öhdəsinə götürsə də, o, yalnız 2 (iki) ay pul ödəmiş (cəmi 1168 manat), daha sonra isə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bir daha ona heç bir ödəniş etməmişdir. Nəticədə barışıq sazişində nəzərdə tutulmuş ödənilməli olan məbləğdən 12.832 (on iki min səkkiz yüz otuz iki) manat pul ödənilməmiş qalmışdır. İddiaçı məhkəməyə teleqram göndərək,səhhəti ilə əlaqədar xx.xx.2025-ci il tarixə təyin olunmuş iclasda iştirak edə bilməyəcəyini, məsələyə iştirakı olmadan baxılmasını xahiş edir. İddiası öz qüvvəsindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında notariusun "xxxx" ASC-nin “5 saylı” şöbəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, borcverən borcalana 18.000 manat məbləğində pul borc verir, borcalan isə krediti 24 ay müddətinə borcverənə qaytarmağı öhdəsinə götürür. 14 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 881.1-ci maddəsinə əsasən, Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2-ci maddəsinə əsasən, Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3-cü maddəsinə əsasən, barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 881.5-ci maddəsinə əsasən, əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdehlə iddiaçı arasında 29 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və cavabdeh 18.000 manat məbləğində pulu iddiaçıya 24 (iyirmi dörd) ay ərzində hər ay 583,34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin olaraq 4000 manat, 2 ay müddətinə isə 1168 manat ödəniş etmiş və 12.832 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən 12.832 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12832 (on iki min səkkiz yüz otuz iki) manat məbləğində pul vəsaiti və 129 (yüz iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1088/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1088/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver