Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-113/2025 05.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10700 manat borc pul və dövlət rüsumu üçün ödənilmiş 128 manat, cəmi 10828 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda “N” saylı hərbi hissədə işlədiyi zaman tanımışdır və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixində borca 8200 manat məbləğində borca pul istəmişdir. O, Cavabdeh tanıdığı və yaxın dostluq münasibəti yarandığı üçün ona borc olaraq xx.xx.2024-cü il tarixdə 8200 manat məbləğində pul vermişdir. Cavabdeh həmin tarixdə borc pul götürərək rəsmi qəbz yazaraq söz verdi ki, aldığı 8200 manat borc pulu 7-8 aya qaytaracaqdır. Sonra Cavabdeh xx.xx.2024-cü il tarixində yanına gələrək 2500 manat borca pul istəmişdir. Həmin tarixdə o, ona borc olaraq 2500 manat pul vermiş və Cavabdeh yazılı qəbz yazaraq söz vermişdir ki bir aya tam bütün borclarını qaytaracaq. Lakin bu günə kimi Cavabdeh ondan borca aldığı cəmi 10700 manat məbləğində puldan bir manat belə qaytarmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh əvvəllər ondan borca pul alsa da söz verdiyi vaxtda qaytarmışdır. Lakin, sonuncu dəfə qeyd olunan tarixlərdə Cavabdeh borclu olduğu 10700 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hər dəfə müxdəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək aldadır. Dəfələrlə borca verdiyi pulu tələb etsədə, o hər dəfə ona tezliklə borca aldığı pulu qaytaracağını bildirsə də, borcunu qaytarmamışdır. Cavabdeh hazırda hərbidə işləməklə yüksək maaş alır və ona olan borcunu qaytarmağa maddi imkanı vardır. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə göndərərək, təyin edilmiş məhkəmə baxışı iclasında istintaq zərurəti ilə bağlı iştirak edə bilməyəcək. Məhkəmə iclasını iştirakları olmadan keçirilməsinə, mülki iş materiallarında olan sübutlar (pulun alınması barədə qəbz və ekspertiza rəylərinə) əsasında yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, öz izahatında göstərmişdir ki, o, hərbiçi işləyir və iş yoldaşlarından İddiaçı sələmə pul vəsaiti verdiyini öyrənmişdir. Onun iddiaçı ilə heç bir yaxın münasibəti olmamışdır. O, pula ehtiyacı olduğu üçün İddiaçı 5200 manat məbləğində sələmə pul vəsaiti borca götürmüş və maaş kartını iddiaçıya vermişdir. İddiaçı onun kartından maaşını çıxartmışdır. O, iddia tələbində qeyd edilən məbləğdə yəni 10700 manat borc pul vəsaiti götürməmiş, lakin onun maaş kartından da həmin məbləğdən artıq miqdarda pul vəsaiti çıxarmışdır. Həmçinin 2500 manat məbləğində borc götürməsinə dair qəbzdəki imza ona məxsus deyildir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşam. Hal-hazırda 218 s h/h-ədə xidmət edirəm X1 borc olaraq 8200 götürdüm 7-8 aya qaytarmağa söz verirəm”. Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Cavabdeh X1 borc olaraq 2500 manat götürdüm. Bir aya qaytarmağa söz verirəm” Cavabdeh onun adına olan 510307******2024 nömrəli plastik kart üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə ATM Withdrawal KAPS,AGCABEDİ RAY. TAXTA KORPU QES.LACHİN FİLİALİ,Agcabadi,AZ terminalıda 1500 manat, xx.xx.2022-ci il tarixdə ATM Withdrawal KAPS,AGCABEDİ RAY. TAXTA KORPU QES.LACHİN FİLİALİ,Agcabadi,AZ terminalıda çıxarılan 1045 manat, xx.xx.2022-ci il tarixdə ATM Withdrawal KAPS,AGCABEDİ RAY. TAXTA KORPU QES.LACHİN FİLİALİ,Agcabadi,AZ terminalından 1071 manat, xx.xx.2022-ci il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ RAY. ASAN XİDMƏT MƏRKƏZİ, Agcabadi,AZ terminalından 799 manat, xx.xx.2022-ci il tarixindən ATM Withdrawal KAPS,AGCABEDİ SHEH. QARABAG KUCH.55 OBA MARKET,Agcabadi,AZ terminalından 1080 manat, xx.xx.2022-ci il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ SHEH. QARABAG KUCH.55 OBA MARKET,Agcabadi,AZ terminalında 1124 manat, xx.xx.2022-ci il tarixdə ATM Withdrawal KAPS,AGCABEDİ RAY. TAXTA KORPU QES.LACHİN FİLİALİ,Agcabadi.AZ terminalında 1336 manat, xx.xx.2023cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ SHEH. QARABAG KUCH.55 OBA MARKET,Agcabadi,AZ terminalında 1087 manat, xx.xx.2023-cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ SHEH. QARABAG KUCH.55 OBA MARKET,Agcabadi,AZ terminalından 460 manat, xx.xx.2023-cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ SHEH. QARABAG KUCH.55 OBA MARKET,Agcabadi,AZ terminalında 340 manat, xx.xx.2023-cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ RAY. ASAN XİDMƏT MƏRKƏZİ, Agcabadi,AZ terminalında 380 manat məbləğində pulun, xx.xx.2023-cü il tarixdə ATM Withdrawal KAPS,AGCABEDİ RAY. TAXTA KORPU QES.LACHİN FİLİALİ,Agcabadi,AZ terminalından 270 manat, xx.xx.2023-cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ RAY. ASAN XİDMƏT MƏRKƏZİ, Agcabadi,AZ terminalından 270 manat, xx.xx.2023-cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ SHEH. XOCAVƏND KƏNDİ OBA MARKET,Agcabadi,AZ terminalından 270 manat, xx.xx.2023-cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ SHEH. XOCAVƏND KƏNDİ OBA MARKET,Agcabadi,AZ terminalından 909 manat, xx.xx.2023-cü il tarixində ATM Withdrawal KAPS,AGCABEDİ RAY. ASAN XİDMƏT MƏRKƏZİ, Agcabadi,AZ terminalında 310 manat məbləğində pul vəsaiti çıxarılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin” 05 iyun 2025-ci il tarixli 2025/204/13347 nömrəli məktubundan görünür ki, sorğu olunan nağlaşdırma əməliyyatları üzrə görüntülərin saxlama müddəti bitdiyinə görə məlumatlar mövcud deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2025-ci il tarixli 4/1514 №-li məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 9-cu vərəqində Cavabdeh adından olan 2500 manat pula dair “Qəbz”in aşağı hissəsində “imza” yazısının qarşısındakı imza – Cavabdeh tərəfindən icra edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 8200 manat və 2500 manat məbləğində pul vəsaiti vermiş, həmin pul vəsaitinin verilən zaman cavabdeh tərəfindən qəbzlər yazılaraq iddiaçıya verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə verdiyi 2500 manat məbləğində pul vəsaitinə şifahi borc müqaviləsinin müddəları tətbiq edilməli və cavabdeh borc olaraq götürdüyü həmin pul vəsaitlərini vaxtında iddiaçıya qaytarmayaraq, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 8200 manat məbləğində pul vəsaitinə görə əsassız varlanmanın müddəaları tətbiq edilməli və cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh izahatında iddiaçıdan borc olaraq 5200 manat məbləğində pul vəsaitini götürdüyünü və bunun müqabilində maaş kartını iddiaçıya verdiyini, 2500 manat məbləğində borc pulun götürülməsinə dair qəbzdəki imzanın ona məxsus olmadığını bildirsə də, qeyd etdiyi dəlillərlə bağlı məhkəməyə mötəbər sübutları təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Əksinə məhkəmə araşdırması zamanı keçirilmiş məhkəməxətşünaslıq ekspertizanın rəyi ilə qəbzdəki imzanın Cavabdeh məxsus olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etmiş olsa da, iddianın qiyməti 10700 manat məbləğində təşkil etdiyindən, cavabdehdən ödənilmiş dövlət rüsumunun 122,10 manatı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh CCavabdeh 10700 (on min yeddi yüz) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 122,10 (yüz iyirmi iki manat 10 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10700 (on min yeddi yüz) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 122,10 (yüz iyirmi iki manat 10 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-113/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-113/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver