Məhkəmə qərarları › İş №2(020)-1139/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1139/2024

25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1139/2024 25.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 manat pulun məcburi qaydada alınıb ona verilməsinin məhkəmə qaydasında qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun müraciəti əsasında Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən ona sahibkarlıq obyekti tikintisi məqsədilə Heydər Əliyev parkı ilə onların yaşadıqları binanın ərazisindən 50 kv.m torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsinin mülkiyyətlərinə verilməsi barədə sənədləşdirmə aparılmamışdır. 2020-ci il tarixdə həmin əraziyə mişar daşı, qum, qravil və sement alaraq obyektin tikintisinə başlamışdır. Bünövrə tökərək, 5 daş hörgü hördütmüşdür. Lakin sonra xəstəliyi ilə əlaqədar müalicə olunduğuna görə maddi imkanı qalmadığından tikintini davam etdirə bilməmişdir. 2024-cü ilin əvvəllərində görmüşdür ki, onun hördüyü hörgünün üzərinə obyekt tikilir. Araşdırmış və ona məlum olmuşdur ki, həmin torpaq sahəsini Cavabdeh alıb və sənədləşdirmişdir. Ona bildirmişdir ki, o, fundamentin tökülməsinə və 5 daş hündürlükdə hörgünün hörülməsinə 1200 manat xərc çəkmişdir. Ona əvvəlcə bildirmişdir ki, torpaq sahəsini alıb, tökdüyü fundamentin və hördüyü hörgünün üzərindən davam etdirdiyi üçün çəkdiyi xərci də ödəyəcək. Lakin sonradan çəkdiyi xərci ödəməkdən imtina etmişdir. Faktiki olaraq cavabdehin mülkiyyətində olan tikilinin bir hissəsi onun vəsaiti hesabına onun tərəfindən tikilmişdir. Onun vəsaiti ilə, onun tərəfindən tikilmiş tikilidən istifadə etdiyinə görə cavabdeh çəkilən xərci ödəməlidir. Yerin hamarlatılmasına, bünövrənin tökülməsinə və 5 daş hündürlükdə hörgünün hörülməsinə material haqqı və usta haqqı olaraq 1200 manat xərclənmişdir. Cavabdeh tikdiyi yarımçıq hörgüdən istifadə etdiyinə və çəkilmiş xərci ödəmədiyindən xərcin məhkəmə qaydası ilə məcburi alınması təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib,öz izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini 2019-cu il tarixdə X4 almış və o, torpaq sahəsini alarkən həmin torpaq sahəsində hər hansı tikinti olmamışdır. Daha sonra həmin torpaq sahəsində tikili tikilmiş və o, 14 may 2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin torpaq sahəsini icarə hüququnu başqa şəxsə satmışdır. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzi sisteminə və Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş müraciətləri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2014-cü il tarixli Sərəncamından görünür ki, Beyləqan şəhər sakini X5 icarəsinə Magistral küçəsindəki beşmərtəbəli yaşayış binası ilə H.Əliyev parkı arasındakı dövlət mülkiyyətində olan torpaq sahəsindən fərdi sahibkarlıqla məşğul olmaq üçün tikinti altına uzun müddətə 70 m2 torpaq sahəsi ayrılmış və ona həmin torpaq sahəsində tərtib olunmuş layihəyə uyğun olaraq tikinti aparılmasına razılıq verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.007 ha torpaq sahəsinə icarə hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində **********09 nömrə ilə qeydiyyata alınmışdır. Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Beyləqan rayonu Dövlət Notariat Ofisinə ünvanlanmış 13 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, Beyləqan Rayon İcra Hakimiyyəti fiziki şəxs X5 Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 21 nömrəli sərəncamına əsasən bağlanmış xx.xx.2014-cü il tarixli 06 nömrəli icarə müqaviləsi ilə şəhərin Sərdar İmrəliyev küçəsi ərazisində icarəsində olan 0,007 ha torpaq sahəsinin Beyləqan şəhər sakini fiziki şəxs Cavabdeh icarə hüququnun satılmasına etiraz etmir. 28 noyabr 2019-cu il tarixli icra hüququnun alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı X2 şəhəri, Sərdar İmrəliyev küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.007 ha torpaq sahəsinin icarə hüququnu 3000 manata alıcı Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.007 ha torpaq sahəsinə icarə hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində **********09 nömrə ilə qeydiyyata alınmışdır. 14 may 2024-cü il tarixli torpağın icra hüquqlarının alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı Zeynalov X10 şəhəri, Sərdar İmrəliyev küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.007 ha torpaq sahəsinin icarə hüququnu 5000 manata alıcı X1. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının ona dəymiş ziyan olaraq tələb etdiyi 1200 manat pulun cavabdehdən tutulmasında dair iddiası sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olmuş ünvan 1, 0.007 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına dair sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da həmin fakt öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, İddiaçı şəhid ailəsidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar