Məhkəmə qərarları › İş №2(020)-114/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-114/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-114/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh - xx.xx.1964-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh pambığın becərilməsi üçün tədarükçü tərəfindən plastik karta ödənilmiş və əvəzi o ödədiyi məhsuldan tutulmuş 2900 manat pulun, zərərvericilərə qarşı olan zəhər üçün mağazaya ödədiyi 125 manat pulun, dövlət rüsumu kimi ödədiyi 51 manatın əvəzi, cəmi 3073 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Məmmədov X1 rayonu Təzəkənd ərazisində 2021-ci təsərrüfat ilində “X8 Kompleksi” MMC və həmin cəmiyyətin X5 və Emalı zavodu ilə müqavilə bağlayaraq pambıq əkmişdir. Həmin vaxt tanışı ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X3 ünvan 3 kəndi ərazisində yerləşən mülkiyyətində olan 11,267 ha torpaq sahəsində pambıq əkmək üçün “X8 Kompleksi” MMC və həmin cəmiyyətin X5 və Emalı zavodu ilə 10 yanvar 2021-ci il tarixdə 360 saylı müqavilə bağlayaraq 10,0 ha torpaq sahəsində pambıq əkmək istəmişdir. Lakin sonradan o Rusiyaya getməyə məcbur olduğuna görə həmin torpaq sahəsini etibarnamə ilə Cavabdeh vermiş, o isə bu işin öhdəsindən gələ bilməyəcəyinə görə becərilməsini ona tapşırmış, bununla bağlı xx.xx.2023-cü il tarixli AR-İ1 № 076227 saylı etinbarnamə vermişdir. Həmin torpaq sahəsinin aqrotexniki qaydad becərilməsi və dərmanlama aparılmasını öz vəsaiti hesabına həyat keçirərək, məhsul vermə dövrünə çatdırmışdır. Pambığın becərilməsi zamanı bitkinin becərilməsinə görə ödənilən vəsaitlər Mətin Quliyevin adına olan “Beynəlxalq Bank”-ın mülkiyyəti olan 4127 2081 1344 1553 nömrəli, 02/24-cü ilədək müddəti olan plastik karta ödənilməli idi. Həmin kartı Amil ona vermişdir. Lakin sonradan Amil həmin kartı əlində olan etibarnamə əsasında bağlatmış, yeni kart götürmüş, pambığn becərilməsi üçün ödənilmiş 2460 manat, suvarma üçün ödənilmiş hər hektara 20 manat olmaqla iki dəfə suvarma üçün 440 manat olmaqla, 2900 manat pulu özü götürmüşdür. Həmin pullar onun tərəfindən məhsul toplanıb tədarükçüyə təhvil verilərkən, məhsula görə ödənilən puldan, ödənilmiş avansın əvəzi olaraq çıxılmışdır. Məhsul yığımı başa çatdıqdan sonra, o Amilə həmin pulu qaytarmasını bildirdikdən sonra o əvvəlcə razılaşsada, sonradan pulu qaytarmaqdan imtina etmişdir. Bundan başqa o Beyləqan şəhərində Röyal adlı şəxsdən Amilin əkdiyi pambıq sahəsinə düşmüş zərərvericilərə qarşı istifadə etmək üçün öz adına biri 25 manatdan olmaqla, 5 ədəd, cəmi 125 manatlıq zəhər alıb sahiyə səpmişdir, Amil həmin pulu mağazaya ödəmədiyinə görə, məcburiyyət qarşısında o ödəmişdir. Bunu dərmanı aldığı Röyal adlı şəxs təsdiq edə bilər. Dəfələrlə bu mübahisəni onunla sülh yolu ilə həll etmək istəsədə, nəticə ala bilməmişdir, ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki həmin pullar onun öz vəsaiti ilə alınıb məhsulun becərilməsinə sərf etdiyi gübrə və pestisidlərin, eyni zamanda suvarma üçün ödənilən pulun əvəzi olmaqla ona qaytarılmalı, 125 manat pul isə onun öz şəxsi vəsaiti olduğuna görə ondan alınıb mənə qaytarılmalıdır. Ona görə də cavabdeh xx.xx.1964-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh pambığın becərilməsi üçün tədarükçü tərəfindən plastik karta ödənilmiş və əvəzi o ödədiyi məhsuldan tutulmuş 2900 manat pulun, zərərvericilərə qarşı olan zəhər üçün mağazaya ödədiyi 125 manat pulun, dövlət rüsumu kimi ödədiyi 51 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı pul vəaiti ilə bağlı məhkəmədə ona qarşı iddia qaldırmışdır. İddianı qəbul etmir. Ərizədə heçbir reallıq əks olunmamışdır. Ancaq şər böhtan yazılmışdır. Buna onun əsasları vardır. Onun bu işlərə narazı olmasının səbəbi iddiaçının özünün saxta əməllər və münasibətdən istifadə etməsi olmuşdur. X2 haqqında yazılanlar yalandan ibarətdir. İddiaçı Mətini heç vaxt görməmiş və tanışlıqları olmamışdır. Zavodla bağlanılan müqaviləyə Zöhrab özü saxta imza etmişdir. Mətinin mülkiyyətində olan torpaq sahəsi ona verilən etibarnamə əsasında uzun müddətdir onun istifadəsindədir. O, mağazadan Röyal adlı şəxsdən zərərli maddələri nisiyə olaraq almamışdır. Zöhrabın aldığından isə xəbəri olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən hüquq sahibi kimi X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən hüquq sahibi kimi onun adına Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən 11.267 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş “X8 Kompleksi” MMC Beyləqan PİEZ-in 29 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, X7 2021-ci il pambıq mövsümündə "xxxx" MMC-nin Beyləqan Pİ və EF-ı ilə 10.0 hektar sahəyə müqavilə bağlamışdır. Xam pambığın becərilməsi üçün cəmiyyət tərəfindən X2 adına 10314,71 manat vəsait verilmişdir. Müqavilə əsasında bağlanmış 10 ha sahəni etibarnamə ilə İddiaçı becərmişdir. Lakin naməlum səbəbdən X2 adma xam pambıq təhvil verilmədiyi üçün həmin avans borcu İddiaçı öz adına təhvil verdiyi xam pambığın dəyəri ilə ödəmişdir. İş materiallarına əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X4 məxsuis fermer kartına xx.xx.2022-ci ildə 715.00 manat, eyni zamanda həmin tarixdə 2145.27 manat vəsait məxaric olunmuşdur. İş materiallarına əlavə edilmiş notarial qaydadda təsdiq olunmuş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh həmin tarixli etibarnaməyə əsəasən X4 məxsus tarpaq sahəsi ilə bağlı Kapital Bank ASC-nin bütün filialllarında və şöbəsində təmsil etməyi, nümayəndəsi olmağı, onun adına hesablar acmağı, hesabların üzərində sərəncam verməyi, pul vəsaitlərinin mədaxil və məxaric olması ilə bağlı iştrak etməyi, pul köçürmələri etməyi, çekə, ödəniş tapşırığına və digər sənədlərə imza etməyi, rüsümları və digər ödənişləri etməyi, lazımı sənədləri toplamağı, almağı, təqdim etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər digər bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Məmmədov X1 rayonu Təzəkənd ərazisində 2021-ci təsərrüfat ilində “X8 Kompleksi” MMC və həmin cəmiyyətin X5 və Emalı zavodu ilə müqavilə bağlayaraq pambıq əkmişdir. Həmin vaxt tanışı ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X3 ünvan 3 kəndi ərazisində yerləşən mülkiyyətində olan 11,267 ha torpaq sahəsində pambıq əkmək üçün “X8 Kompleksi” MMC və həmin cəmiyyətin X5 və Emalı zavodu ilə 10 yanvar 2021-ci il tarixdə 360 saylı müqavilə bağlayaraq 10,0 ha torpaq sahəsində pambıq əkmək istəmişdir. Sonradan iddiaçı Rusiya Federasiyasına getdiyindən torpaq sahəsini etibarnamə ilə Cavabdeh vermişdir. Amil isə bu işin öhdəsindən gələ bilməyəcəyinə görə becərilməsini ona tapşırmışdır. Torpaq sahəsinin aqrotexniki qaydad becərilməsi və dərmanlama aparılmasını cavabdeh vəsaiti hesabına həyat keçirərək, məhsul vermə dövrünə çatdırmışdır. Pambığın becərilməsi zamanı bitkinin becərilməsinə görə ödənilən vəsaitlər Mətin Quliyevin adına olan “Beynəlxalq Bank”-ın mülkiyyəti olan 4127 2081 1344 1553 nömrəli, 02/24-cü ilədək müddəti olan plastik karta ödənilməli idi. Həmin kartı Amil iddiaçıya vermişdir. Lakin sonradan Amil həmin kartı əlində olan etibarnamə əsasında bağlatmış, yeni kart götürmüş, pambığn becərilməsi üçün ödənilmiş 2460 manat, suvarma üçün ödənilmiş hər hektara 20 manat olmaqla iki dəfə suvarma üçün 440 manat olmaqla, 2900 manat pulu özü götürmüşdür. Həmin pullar Amil tərəfindən məhsul toplanıb tədarükçüyə təhvil verilərkən, məhsula görə ödənilən puldan, ödənilmiş avansın əvəzi olaraq çıxılmışdır. Məhsul yığımı başa çatdıqdan sonra, iddiaçı cavabdehə həmin pulu qaytarmasını bildirdikdən sonra Amil əvvəlcə razılaşsada, sonradan pulu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddianın 2900 manat pul tələbinə dair hissəsi əsaslı olduğundan məhkəmə iddianın həmin hissədə təmin edilməsini əsaslı hesab edir. Belə ki məhkəmədə müəyyən edildi ki, Mətin Quliyevə məxsus torpaq sahəsini Cavabdeh əkib becərməkdən ötrü etibarnamə əsasında İddiaçı təhvil vermişdir. İddiaçı həmin torpaq sahəsində pambıq əkmiş, bununla bağlı X6 və Emal zavodu ilə müqavilə bağlanmışdır. Cavabdeh isə Mətin Quliyevə məxsus bank kartını iddiaçıya versə də sonradan həmin kartı bağlatdırıb, yeni kart açmaqla pambığın becərməsi üçün ödənilmiş 2460 manat, suvarma üçün hər hektara görə ödənilmiş 20 manat olmaqla 440 manat yəni cəmi 2900 manat pulu götürməklə iddiaçıya ziyan vurduğuna görə iddia həmin hissədə təmin edilməlidir. İddiaçı məhkəmədə Cavabdeh zərərvericilərə qarşı olan zəhər üçün mağazaya ödədiyi 125 manat pulu tələb etsə də tərəflər arasında bu barədə heç bir razılıq olmamış və iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədi. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 2900 manat məbləğində borc pul və ödənilmiş 51 manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia zərərvericilərə qarşı olan zəhər üçün mağazaya ödədiyi 125 manat pul tələbinə dair hissədə isə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar