Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1149/2023 04.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********34184 olan X1 9 markalı telefon üçün 82.80 (səkkiz iki manat səksən qəpik) manat ödəniməmiş hissə, 8.20 (səkkiz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X2 üçün 306.80 (üç yüz altı manat səksən qəpik) manat ödəniməmiş hissə, 30.20 (otuz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Hoffmann üçün 531 (beş yüz otuz bir) manat ödəniməmiş hissə, 53 (əlli üç) manat cərimə borcu olmaqla, cəmi 1012 (bir min on iki) manat borc, 30.12 (otuz manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən iddiaçı təşkilatdan X1 9 markalı telefon, X2 və Soyuducu Hoffmann almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 472.80 manat (12 ay x 39.40 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********34184 olan X1 9 markalı telefon üçün ümumilikdə 91 manat olmaqla ondan, 82.80 manat ödənilməmiş hissə, 8.20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1498.80 manat (12 ay x 114.90 manat + 120 manat ilkin ödəniş) olan X2 üçün ümumilikdə 337 manat olmaqla ondan, 306.80 manat ödənilməmiş hissə, 30.20 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1071 manat (18 ay x 59.50 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Hoffmann üçün ümumilikdə, 584 manat olmaqla ondan, 531 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53 manat cərimə borcu olmaqla,cəmi 1012 manat borc hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 2122 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş malyyə sənədlərindən görünür ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən iddiaçı təşkilatdan X1 9 markalı telefon, X2 və Soyuducu Hoffmann almışdır.Onun həmin əşyalara görə 1012 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.12 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********34184 olan X1 9 markalı telefon üçün 82.80 (səkkiz iki manat səksən qəpik) manat ödəniməmiş hissə, 8.20 (səkkiz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X2 üçün 306.80 (üç yüz altı manat səksən qəpik) manat ödəniməmiş hissə, 30.20 (otuz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Hoffmann üçün 531 (beş yüz otuz bir) manat ödəniməmiş hissə, 53 (əlli üç) manat cərimə borcu olmaqla, cəmi 1012 (bir min on iki) manat borc, 30.12 (otuz manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev. İş № 2(020)-1149/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Beyləqan Rayon Məhkəməsi 04 iyul 2023-cü il Beyləqan şəhəri Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Məhkəmə iclası saat 17:05-da başlandı. Sədrlik edən məhkəmə baxışı iclasını açdı və iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxıldığını elan etdi. Sədrlik edən iş materiallarını nəzərdən keçirdikdən sonra müşavirə otağına getdiyini elan etdi. Müşavirə otağından qayıdıb qətnaməni elan etdi. Qətnamədən şikayət vermə qaydasını və müddətini izah etdi və məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə iclası saat 17:12-də qurtardı. Protokol 04 iyul 2023-cü il tarixdə tərtib edildi. Sədrlik edən: İclas katibi: Hakim: Ramiz Nurullayev Hakim: İmza var. Ramiz Nurullayev Əsli ilə düzdür: Hakim: Ramiz Nurullayev AZƏRBAYCAN RESPUBLİKASİ BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ1200, Tel: (021) 22- 5-29-08 Beyləqan şəhəri, HeydərƏliyev pr 2 Faks: (021) 22- 5-29-08 04 iyul 2023-cü il № 2(020)-1149/2023 "xxxx" MMC –yə Bakı şəhəri, Yasamal rayonu, Moskva pr, 73 A. Surəti: Cavabdeh Ünvan: Beyləqan rayon 1-ci Şahsevən kəndi. İddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Beyləqan rayon məhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Eyni zanamda sizə izah olunur ki, qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə həyata keçirilən məhkəmə icraatında iştirak etmək maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin apelyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yoxlanılması apelyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamənin surəti 01 vərəqədə Hakim: Ramiz Nurullayev. İCRAVƏRƏQƏSİ İş № 2(020)-580/2023 13 mart 2023-cü il Beyləqan rayon məhkəməsi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiaya baxaraq qərara aldı. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, AİWA Qulaqlıq, Sonorous Surefix asqı üçün 541 (beş yüz qırx bir) manat ödəniməmiş hissə, 54 (əlli dörd) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən,Solt2 Yumuşaq mebel üçün 422 (dörd yüz iyirmi iki) manat ödəniməmiş hissə, 42 (qırx iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Piltə Electrolux, Aspirator Electrolux üçün 387 (üç yüz səksən yeddi) manat ödəniməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Pike Takımı, Nevresim set üçün 250.02 ( iki yüz əlli manat iki qəpik) manat ödəniməmiş hissə, 25.98 (iyirmi beş manat doxsan səkkiz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********47903 olan Samsung Galaxy A02s markalı telefon üçün 34 (otuz dörd) manat ödəniməmiş hissə, 03 (üç) manat cərimə borcu olmaqla, cəmi 1797 (bir min yeddi yüz doxsan yeddi) manat borc, 37.97 (otuz yeddi manat doxsan yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" MMC–yə ödənilsin. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si xx.xx.1982-ci il tarixdə anadan olmuş, Beyləqan rayon Milabad qəsəbəsində qeydiyyatda olan Cavabdeh, Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si "xxxx" MMC, Bakı şəhəri, Yasamal rayonu,Moskva Pr, 73 A -də yerləşən. Qətnamə 14 aprel 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İcra sənədi 14 aprel 2023-cü il tarixdə verilmişdir. Məhkəmə möhrünün yeri Hakim Ramiz Nurullayev AZƏRBAYCAN RESPUBLİKASİ BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ1200, Tel:(021)-22 5-29-08 Beyləqan şəhəri, Heydər Əliyev pr,2. Faks:(021)-22 5-29-08 14 aprel 2023-cü il № 2(020)-580/2023 Beyləqan rayon İcra və Probasiya Şöbəsinə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan rayon məhkəməsinin 13 mart 2023-cü il tarixli icra vərəqəsi icrası üçün aidiyyatı üzrə Sizə göndərilir. İcra vərəqəsinin icrası barədə məhkəməyə məlumat verməyiniz Sizdən xahiş olunur. Qoşma: icra vərəqəsi 01 vərəqə Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1149/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1149/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver