Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1157/2023 21.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurulayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1171.45 manat məbləğində əsas borcun, 118.60 manat məbləğində cərimə borcunun və 33.30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərti ilə 3008,00 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 noyabr 2021-ci il tarixli 400-EMB-0761-21 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh əsas borcu 1171.45 manat, faiz borcu 0.00 manat, cərimə borcu 118.60 manat olmaqla ümumi borcu 1290.05 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 5468/22 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Odur ki, Cavabdeh 1171.45 manat məbləğində əsas borcun, 118.60 manat məbləğində cərimə borcunun və 33.30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin hüquq şöbəsinin müdiri Əliəsgər Axundov məhkəməyə ərizə göndərərək məhkəmə iclaslasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və göstərdi ki, iddiaçı BOKT "xxxx" QSC ilə aralarında müqavilə bağlanmış, 3008 manat "xxxx" MMC-nin hesabına köçürülmüş və aldığı mebel dəstləri həmin təşkilatın işçiləri tərəfindən aparılaraq ünvan 1 ünvanda yaşayan qaynı X1 yaşadığı mənzilə yığılmışdır. Kredit onun adına sənədləşdirilsə də ona pul verilməmiş, alınan mallar isə X2 təhvil verilmiş və təhvil-təslim aktı rəsmiləşdirilmişdir. Kreditlə malı alanın X3 olduğunu iddiaçı və iddiaçı ilə eyni rəhbərliyə malik olan mebel satan subyekt bilmişdir. 3008 manat pulun 1836,55 manat hissəsi ödənilmiş, 1171,45 manat borc qalmışdır. Yəni pulun böyük hissəsi ödənilmişdir. İddiaçı ilə aralarında bağlanan müqavilənin 1.2-ci maddəsinə əsasən pul əvəzinə verilmiş bütün mebel dəsti pulun təminatı kimi girov qoyulmuşdur. Yəni pul tamamilə ödənilənə kimi pul əvəzinə verilmiş mebel dəstləri iddiaçının əmlakı sayılır və pul əvəzinə həmin girov əmlakı müsadirə edilə bilər. Lakin, pul əvəzinə verilmiş mebel dəsti işləndiyinə görə müəyyən qədər amartizasiyaya uğramış və dəyəri azalmışdır. Eyni zamanda həmin malın dəyəri olan pulun 1836,55 manatı yəni 61 faizindən çox hissəsi ödənilmiş, 39 faizdən az bir hissəsi qalmışdır. Yəni malın dəyəri aşağı düşmüş olmasına baxmayaraq 61 faiz qədər amartizasiyaya uğramamışdır. Ona görə də girov götürülərək pul əvəzinə verilmiş mebellərin müsadirə edilməsi ilə borc da bağlanmış olardı. İddiaçı tərəf də bilmişdir ki, onun adına sənədləşdirilmə aparılmasına baxmayaraq mal başqa şəxsə verilmiş, hətta onunla iddiaçının işçiləri arasında təhvil-təslim aktı bağlanmışdır. Hazırda pul əvəzinə verilmiş mebel dəstləri iddiaçının öz işçilərinin daşıyıb quraşdırdığı həmin ünvanda durur. İddiaçı pul əvəzinə verdiyi mebelin dəyərinin 61 faizindən çox hissəsinin ödlənilməsinə baxmayaraq dəyərinin ödənilməyən 41 faiz hissəsinin əvəzinə pulun təminatı əvəzinə girov götürdüyü bütün mebelləri müsadirə edə və geri apara bilər. Onun bu pulu ödəməyə imkanı yoxdur. Əgər kredit kimi sənədləşdirilmiş pul əvəzinə verilmiş mebellər pulun təminatı kimi girov götürülməsəydi o, bu müqaviləni bağlamaz və həmin mebelləri almazdı. Müqaviləyə uyğun olaraq ödəmə qabiliyyəti olmadığı, pulu ödəyə bilmədiyi təqdirdə malların geri qaytarılaraq müqavilənin ləğv ediləcəyini bildiyinə görə bu kreditin sənədlləşdirilməsinə razılaşmışdır. Hazırda ödəmə qabiliyyəti olmadığına görə dəyərinin 61 faizini ödədiyi iddiaçı tərəfindən girov götürülmüş bütün melellərin pul əvəzinə aralarında bağlanan müqavilənin 1.2-ci maddəsinə uyğun olaraq geri alınması və müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərti ilə 3008,00 AZN (üç min səkkiz manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 noyabr 2021-ci il tarixli 400-EMB-0761-21 saylı Kredit Müqaviləsi bağlanmışdır. İşdə olan kredit müqaviləsinin 2.1.1 -ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə əsas borcu 1171.45 manat, faiz borcu 0.00 manat, cərimə borcu 118.60 manat olmaqla ümumi borcu 1290.05 manat təşkil edir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Ona görə də iddia borc tələbinə dair hissədə təmin edilməlidir. Məhkəmə borc əvəzinə girov qoyulmuş mebellərin geri alınmasına dair cavabdehin vəsatətini əsaslı hesab etmir. Gələcəkdə qəbul edilən məhkəmə qətnaməsi icra edilmədiyi halda icra prosesində tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 118.60 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 20 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 1171.45 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə borcu olmaqla cəmi 1191.45 manat kredit borcunun və 31,91 ( manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnnamə çıxarılmalı, dövlət rüsumu üzrə ödənilmiş 1,39 manat isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1171.45 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla cəmi 1191.45 (min yüz doxsan bir manat qırx beş qəpik) manat kredit borcu və 30,91(otuz manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 2.39 (iki manat otuz doqquz qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1157/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1157/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver