Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1160/2023 04.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı avtomaşının geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1999-cu il buraxılışlı, “VAZ-21074” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı XTA210740BY028990 ban, ******* mühərrik nömrəli, ağ rəngli nəqliyyat vasitəsinin alınıb ona qaytarılması, nəqliyyat vasitəsi olmadığı təqdirdə 4000 manat pulun və ödənilmiş 100 manat dövlər rüsumunun alınaraq ona geri qaytarılıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnaməli vəkili X3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, iddiaçı Cavabdeh2 Şahhüsyn oğlu və Cavabdeh5 ilə qohumluq münasibətləri olmuşdur. Cavabdeh2 Şahhüsyn oğlu ona bildirmişdir ki, cavabdehlər məcburi köçkün olduqlarından iddiaçının adına bankdan pul götürb avtomobil alsınlar və pulunu da cavabdehlər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı da araların da olan qohumluq münasibətinə inanıb 29 dekabr 2011-ci il tarixdə Bank of Baku ASC-dən 23 faiz olmaqla 24 aylıq 5350 manat kredit müqaviləsi əsasında 1999-cu il buraxılışlı, “ VAZ-21074” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı XTA210740BY028990 ban,9870844 mühərrik nömrəli, ağ rəngli nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh5 vermişdir. Bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlər krediti ödəmirlər. İddiaçı 1999-cu il buraxılışlı, “VAZ-21074” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı XTA210740BY028990 ban,9870844 mühərrik nömrəli, ağ rəngli avtomobili Bakı şəhəri, 52 saylı xüsusi natariat konturu tərəfindən verilmiş 30 dekabr 2011-ci il tarixli etibarnamə əsasında Cavabdeh5 vermişdir. Bank of Baku ASC iddiaçıya qarşı Nizami rayon məhkəməsində iddia qaldırmış və iddiaçıdan bankın xeyrinə 3828,77 manat pulun tutulması və tutma ipoteka predmenti iddiaçıya məxsus 1999-cu il buraxılışlı, “ VAZ-21074” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı XTA210740BY028990 ban,9870844 mühərrik nömrəli, ağ rəngli avtomobilin hərracda satılması əldə edilən pulun tələbin ödənilməsi üçün yetərli olmadıqda qalan hissənin iddiaçıdan tutulması barədə qətnamə çıxmışdır.. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarımasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu İ.Həbibov küçəsi 57A-da qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, İmanlı X2 rayonunun Elxan Əliyev küçəsi ev 53-də qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən oldu ki, İddiaçı etibarnamə əsasında ona verilmiş mülkiyyətçısi Cavabdeh1 olan 1999-cu il buraxılışlı, “VAZ-21074” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı XTA210740BY028990 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil almışdır. Lakin sonradan tərəflər arasında narazılıq yaranmış, Cavabdeh1 ona pul verilmədiyindən avtomobilini geri qaytarılmasını tələb edir. Həmçinin iddiaçının avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və vərəsəlik qaydasında aldığı əmlak onun mükiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88.1-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 1999-cu il buraxılışlı, “VAZ- 21074” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı XTA210740BY028990 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilinin Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılmalıdır. İddia təmin olunduğuna görə iddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat pul cavabdehdən alınıb ona verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilisin. Cavabdeh1 1999-cu il buraxılışlı, “VAZ-21074” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı XTA210740BY028990 ban, ******* mühərrik nömrəli, ağ rəngli nəqliyyat vasitəsinin alınıb İddiaçı qaytarılsın, nəqliyyat vasitəsi olmadığı təqdirdə 4000 ( dörd min) manat pulun Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılsın. Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1160/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1160/2023
04.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver