Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1165/2023 04.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkalətli nümayəndəsi Nümayəndə2, Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə*Sərvaz oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh* və Cavabdeh2 qarşı borcun tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh* "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan *037.58 (bir min otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borcunun, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 27.**.20*4-cü il tarixinə olan 64.4* (altmış dörd manat qırx bir qəpik) manat faiz borcunun, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış *52.47 (bir yüz əlli iki manat qırx yeddi qəpik) manatın, həmçinin ərizəyə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh* və zamini Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Beyləqan rayon məhkəməsinin 29 noyabr 20*7-ci il tarixli 2(020)-3432\20*7 saylı əmri ilə ərizə təmin edilmişdir. X* nümayəndəsi ve vəkili Rüstəmov X5 Rayon Məhkəməsinin 29 noyabr 20*7-ci il tarixli 2(020)- 3432/20*7 saylı məhkəmə əmrinə Etiraz və onun verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci İİ tarixil qərardadı İlə məhkəmə əmrinə etiraz verilməsi üçün müddətin bərpasından İmtina edilmiş ve məhkəmə əmrinə qarşı verilmiş etiraz təmin edilməmişdir. X2 nümayəndəsi və vəkili Rüstəmov X5 Rayon Məkəməsinin 26 dekabr 2022-cl il tarixli 2(020)- 3432/20*7 saylı qərardadından şikayət vermişdir. Şirvan Apelyasiya məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(*06)567/2023 saylı Qərardadı ilə cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə* şikayəti qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-3432/20*7 saylı 26 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və məhkəmə əmrindən verilmiş etiraza yenidən baxılması üçün mülki iş materialları Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Beyləqan Rayon Məkəməsinin *7 may 2023-cü il tarixli 2(020)- 3432/20*7 saylı qərardadı ilə X4 tərəfindən Beyləqan Rayon Məhkəməsinin 2(020)-3432/20*7 saylı 29 noyabr 20*7-ci il məhkəmə əmrinə etiraz verilməsi üçün buraxılmış müddət bərpa edilmiş və Beyləqan Rayon Məhkəməsinin 2(020)-3432/20*7 saylı 29 noyabr 20*7-ci il məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılmışdır. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkalətli nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh* şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 4 000 (dörd min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh* arasında 27 noyabr 20*2-ci il tarixli 840 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək 27 noyabr 20*2-ci il tarixli 0* saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh* Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh* 20 oktyabr 20*7-ci il tarixinə əsas borcu * 037.58 (bir min otuz yeddi manat əlli səkkiz qəpik) manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 27.**.20*4-cü il tarixinə olan faiz borcu isə 64.4* (altmış dörd manat qırx bir qəpik) manat təşkil edir. Borclular tərəfindən cəmi 2 962.42 (iki min doqquz yüz altmış iki manat qırx iki qəpik) manat əsas borc, 989.4* (doqquz yüz səksən doqquz manat qırx bir qəpik) manat faiz borcu ödənilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh* götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş *3.*0.20*4-cü il tarixli 629 saylı pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda 27 noyabr 20*2-ci il tarixli 840 saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da Borcalan və Zamin Bank qarşısında gecikdirilmiş vaxt üçün əsas borc məbləğinə illik beş faiz ödəməyə borcludurlar. Cavabdehlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu * 254.46 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Ona görə də, Cavabdeh* "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan *037.58 (bir min otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borcunun, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 27.**.20*4-cü il tarixinə olan 64.4* (altmış dörd manat qırx bir qəpik) manat faiz borcunun, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış *52.47 (bir yüz əlli iki manat qırx yeddi qəpik) manatın, həmçinin ərizəyə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh* və zamini Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə*Sərvaz oğlu iddianə qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh* şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 4 000 (dörd min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh* arasında 27 noyabr 20*2-ci il tarixli 840 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək 27 noyabr 20*2-ci il tarixli 0* saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh* Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək hüquqlarını müdafiə etdiyi Cavabdeh2 ona zamin durmuşdur. Zaminə qarşı müqavilə müddəti bitmişdir. İddiaçı tərəf iddia müddəti bitdikdən sonra * il müddətə zaminə qarşı iddia qaldıra bilərdi. Hazırda həmin müddət keçdiyindən iddiaının Cavabdeh2 qarşı rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh* məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh* istifadə etdiyi mobil telefona zəng olunmaqla məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh* gəlmədyinə görə məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh* şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 4 000 (dörd min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh* arasında 27 noyabr 20*2-ci il tarixli 840 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 5.4-cü bəndinə əsasən 0* saylı Zaminlik Müqaviləsi 27 noyabr 20*2-ci il tarixli 840 saylı Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Kredit Müqaviləsinin 2.*.5-ci bəndinə əsasən Bank, «Kredit Müqaviləsində müəyyən edilmiş faiz həddlərinə əsasən hesablanmış, lakin vaxtında ödənilməmiş faizləri kapitallaşdıraraq ; Borcalanın borcunu artıra bilər». Kredit Müqaviləsinin 3.2.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh* əsas borcu * 037.58 manat, faiz borcu 64.4* manat, 27.**.20*4-cü il tarixdən 20.*0.20*7-ci il tarixinə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz *52.47 manat, cəmi *254.46 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.*-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.*-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə müvafiq olaraq girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, girov saxlayanın zəruri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.*-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” İddia əsas Cavabdeh* qarşı sübuta yetdiyindən ona qarşı tam şəkildə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək 27 noyabr 20*2-ci il tarixli 0* saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh* Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin *.*.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 470.*-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.*-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh* iddiaçı təşkilatdan kredit götürməsi, digər Cavabdeh2 həmin kreditə zamin durması, cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində borc yaranması sübuta yetmişdir. Lakin Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi 27.**.20*2ci il tarixdə 24 ay yəni 2 il müddətinə bağlanmış, müqavilənin bitdiyi tarix 27.**.20*4-cü il hesab olunur. İddiaçı isə hazırkı iddia ilə 29.**.20*7-ci il tarixdə müraciət etməklə zaminə qarşı olan bir illik müddəti keçmişdir. Ona görə də iddia zamin X3 qarşı rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh* *037.58 (bir min otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 27.**.20*4-cü il tarixinə olan 64.4* (altmış dörd manat qırx bir qəpik) manat faiz borcu, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış *52.47 (bir yüz əlli iki manat qırx yeddi qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia Cavabdeh2 qarşı rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh* *037.58 (bir min otuz yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 27.**.20*4-cü il tarixinə olan 64.4* (altmış dörd manat qırx bir qəpik) manat faiz borcu, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış *52.47 (bir yüz əlli iki manat qırx yeddi qəpik) manat faiz borcu, cəmi *254.46 (min iki yüz əlli dörd manat qırx altı qəpik), ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat alınıb "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia Cavabdeh2 qarşı rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1165/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1165/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver