Məhkəmə qərarları › İş №2(020)-1170/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1170/2024

27.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1170/2024 27.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızı, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı1, İddiaçı4 (eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 oğlunun nümayəndəsidir) Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, Nadeem (Şükürova) Xəyalə Vahid qızının, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “3.24 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, Nadeem (Şükürova) Xəyalə Vahid qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “3.24 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 nömrəli qərarı ilə ailə üzvləri Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən çöl torpaq sahəsindən “Torpağa mülkiyyət hüququna dair” JN-419 KOD 60708018 saylı dövlət aktı ilə rəsmiləşdirilmiş 3.24 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən onlara törədilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 nömrəli qərarı ilə ailə üzvlərinə Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində yerləşən çöl torpaq sahəsindən 3.24 hektar kənd təsərüffatı məhsullarının istehsalı üçün mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-419, KOD 60708018 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. Onlar uzun müddət Beyləqan rayonu Yuxarı aran kəndində yaşamadıqlarından Cavabdeh uzun illərdir ki, torpaqları qanunsuz zəbt etməklə istifadə edir. Cavabdeh dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpaqlarını geri qaytarmağı bildirsələr də, onlara əhəmiyyət vermiyərək, öz qanunsuz əməllərini davam edir. Hazırda cavabdeh onların torpağını boşaltmaqdan imtina edir. Belə ki, qeyri-qanuni ailə üzvlərinə məxsus torpaq sahəsini tam olaraq zəbt edir və həmin torpaqdan istifadə etməklə yanaşı qazanc əldə edir. Onlar cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara müraciət etmişlər. Lakin onun müraciətləri heç bir nəticə verməmiş onlara mütləq məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Qanunsuz torpağın zəbt edilməsi cinayətdir. Cavabdeh bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Ona görə də hesab edirlər ki, cavabdehin onlara məxsus 3.24 ha çöl torpaq sahəsindən məcburi qaydada çıxarılması və onların torpaq sahəsində aparılan qanunsuz təsərrüfat işlərinin dayandırılması və cavabdeh tərəfindən onlara törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, Nadeem (Şükürova) Xəyalə Vahid qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “3,24 ha torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbi barədə iddiası üzrə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə mülki prosesual qanunvericiliyinin tələbini əsas tutaraq (MPM-nin 261.0.2-ci maddəsi) xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsasladırılmışdır ki, mülki iş üzrə iddia ərizəsində iddiaçılar Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 04 yanvar 1999-cu il tarixli qərarıi lə onlara verilmiş JN-419 nömrəli KOD: 60708018 "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına istinad etmişlər. Mülki iş materiallarına əlavə etdiyi qanuni qüvvəsini almış Beyləqan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2-30/2005 saylı qətnaməsindən göründüyü kimi iddiaçıların istinad etdikləri Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 04 yanvar 1999cu il tarixli qərarı ilə onlara verilmiş JN-419 nömrəli KOD: 60708018 "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı etibarsız hesab edilmiş və İddiaçı1 torpaqdan çıxarılma tələbi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Hal-hazırda iddiaçılar etibarsız hesab edilmiş Dövlət aktına istinad edərək məhkəmədə iddia qaldırmışlar. Eyni zamanda eyni tələblə və eyni əsasla bağlı qarşılıqlı iddia rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil vəsatətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil vəsatətini təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəsatətin təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Beyləqan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qətnaməsini almamış və uşaqları körpə olduğu üçün və Beyləqan rayonu ərazisində yaşamadıqları üçün işin nəticəsi ilə maraqlanmamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı4(eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 oğlunun nümayəndəsidir) vəsatətin təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməli və iddiaçılar İddiaçı1, Nadeem(Şükürova) Xəyalə Vahid qızının, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “3.24 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Beyləqan Rayon Məhkəməsinin 14 aprel 2005-ci il tarixli 2-30/2005 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı1 qanunsuz olaraq verilmiş 04 yanvar 1999-cu il tarixli JN-419 KOD 60708018 və iddiaçıların adlarına verilmiş 04 yanvar 1999-cu il tarixli JN-332, KOD 60708018 və JN-333, KOD ******* saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktları etibarsız hesab edilmiş və həmin torpaq sahəsinin iddiaçılar X1, X2, X3 və Cavabdeh mülkiyyətinə verilməklə, onların adlarına həmin torpaq sahələri üçün yeni dövlət aktlarının verilməsi, cavabdeh İddiaçı1 iddiaçılar X1, X2, X3 və Cavabdeh onun mülkiyyətində olan 3,24 hektar torpaq sahəsindən çıxarılmalarına dair qarşılıqlı iddiasının isə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Göründüyü kimi, Beyləqan Rayon Məhkəməsinin 14 aprel 2005-ci il tarixli 2-30/2005 saylı qətnaməsi ilə tərəflər arasında mübahisəyə hüquqi qiymət verilmiş, İddiaçı1 qanunsuz olaraq verilmiş 04 yanvar 1999-cu il tarixli JN-419 KOD 60708018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı etibarsız hesab edilərək, cavabdeh İddiaçı1 iddiaçılar X1, X2, X3 və Cavabdeh onun mülkiyyətində olan 3,24 hektar torpaq sahəsindən çıxarılmalarına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Hal-hazırda iddiaçılar 04 yanvar 1999-cu il tarixli JN-419 KOD 60708018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara məxsus olduğunu bildirərək, Cavabdeh məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən onlara törədilən maneənin aradan qaldırılmasını tələb edirlər ki, eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, hazıki mülki işin icraatına xitam verilməsini zəruri edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil vəsatəti təmin edilməsin. İddiaçılar İddiaçı1, Nadeem (Şükürova) Xəyalə Vahid qızının, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “3.24 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar