Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1171/2023 14.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı: İddiaçı MMC-nin vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (avtobuslara) dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 1375.54 manat ziyan məbləğinin, 34.16 manat dövlət rüsumunun, ümumilikdə 1409,70 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı MMC-nin vəkalətli nümayəndəsi Nümayəndə iddiasını müdafiə etdi və izahatında göstərdi ki, 20.02. 2023-cü ildə təxminən saat 08:35 radələrində ** NJ *** DQNlı “BMW 525” markal avtommobilin sürücüsü olan cavabdeh köməkçi yolla Babək prospekti istiqamətində hərəkətdə olarkən, Babək prospekti boyunca əsas yolda düzünə hərəkət edən İddiaçı MMC-nin istifadəsində olan ** JX *** DQN-lı avtobusun yan hissəsindən toxunmuşdur. Hadisədən dərhal sonra cəmiyyətin əməkdaşı tərəfindən DİNnin “102” çağrı mərkəzinə məlumat verilmişdir. Yol-nəqliyyat hadisəsi Bakı şəhər X1 İdarəsində araşdırılıb və hüquqi qiymət verilmişdir. Yol-nəqliyyat hadisəsi hadisə araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində, sürücü Cavabdeh əməllərində İXM-nin 332.1- ci və 327.1 -ci maddələrinin tələbləri pozulması öz əkisini tapdığından, xx.xx.2023-cü ildə sürücü barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan inzibati xəta ilə yolnəqliyyat hadisəsi arasında əlaqənin olması sürücünün yazılı verdiyi izahatında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər DYPİ-də tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair TP ******* №li, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun yan hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən 9458 saylı Zərər Aktına əsasən ** JX *** DQN-lı avtobusa 1375.54 maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ** NJ *** DQN-lı “BMW 525” markalı avtomobilin icbari sığorta müqaviləsi mövcud olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş maddi ziyan cavabdeh tərəfindən qarşılanmamışdır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Odur ki, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 1375.54 manat ziyan məbləğinin, 34.16 manat dövlət rüsumunun, ümumilikdə 1409,70 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqrama göndərərək iddianı qəbul etdiyini, iddiaçıya dəymiş maddi ziyanı gələcəkdə hissə-hissə ödəyəcəyinə söz verdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən, lakin məhkəməyə teleqrama göndərdiyindən cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş inzibati təhbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.1, 327-ci maddələri ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Servis Mərkəzi tərəfindən verilən 9458 saylı Zərər aktından görünür ki, ** JX *** DQN-lı avtobusa 1375.54 maddi zərər dəymişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü ildə təxminən saat 08:35 radələrində ** NJ *** DQN-lı “BMW 525” markal avtomobili köməkçi yolla Babək prospekti istiqamətində hərəkətdə olarkən, Babək prospekti boyunca əsas yolda düzünə hərəkət edən İddiaçı MMC-nin istifadəsində olan ** JX *** DQN-lı avtobusun yan hissəsindən toxunmuşdur. Cavabdeh əməllərində İXM-nin 332.1- ci və 327.1 -ci maddələrinin tələbləri pozulması öz əkisini tapdığından, xx.xx.2023cü ildə sürücü barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun yan hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən 9458 saylı Zərər Aktına əsasən ** JX *** DQN-lı avtobusa 1375.54 maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından görünür ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilmiş, o, məhkəməyə göndərdiyi teleqramasında iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş ziyana görə 1375.54 ( min üç yüz yetmiş beş manat əlli dörd qəpik) manat və dövlət rüsumuna görə 34.16 (otuz dört manat, on altı qəpik) manat məbləğində pul tutulub İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1171/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1171/2023
14.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver