Məhkəmə qərarları › İş №2(020)-1177/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1177/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1177/2023 10.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğluun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 28140***- *******01L saylı kredit limiti müqaviləsinə əsasən 1415.81 (bir min dörd yüz on beş manat səksən bir qəpik ) manat əsas kredit borcu və 137.34 (bir yüz otuz yeddi manat otuz yeddi qəpik ) manat faiz borcu, 20.28 (iyirmi manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1573.43 (bir min beş yüz yetmiş üç manat qırx üç qəpik ) manat borcun və 35.74 (otuz beş manat yetmiş dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28140***-*******01L saylı saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 21% kreditdən istufadəyə görə haqqı ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. 14 sentyabr 2021-ci il tarixli 28FİZAM126147902 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, ona dəfələrlə şifahi və rəsmi ( bildirişlə ) müraciət etməsinə baxmayaraq, o,kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh X1 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli 28140***-*******01L saylı kredit limiti müqaviləsinə əsasən 1415.81 (bir min dörd yüz on beş manat səksən bir qəpik ) manat əsas kredit borcu və 137.34 (bir yüz otuz yeddi manat otuz yeddi qəpik ) manat faiz borcu, 20.28 (iyirmi manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1573.43 (bir min beş yüz yetmiş üç manat qırx üç qəpik ) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdehlər məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli 28140***-*******01L saylı saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 21% kreditdən istufadəyə görə haqqı ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir.İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2021-ci il tarixli 28140***-*******01L saylı kredit limiti müqaviləsinə əsasən 1415.81 (bir min dörd yüz on beş manat səksən bir qəpik ) manat əsas kredit borcu və 137.34 (bir yüz otuz yeddi manat otuz yeddi qəpik ) manat faiz borcu, 20.28 (iyirmi manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1573.43 (bir min beş yüz yetmiş üç manat qırx üç qəpik ) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Cavabdeh2 iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35.74 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli 28140***- *******01L saylı kredit limiti müqaviləsinə əsasən 1415.81 (bir min dörd yüz on beş manat səksən bir qəpik ) manat əsas kredit borcu və 137.34 (bir yüz otuz yeddi manat otuz yeddi qəpik ) manat faiz borcu, 20.28 (iyirmi manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1573.43 (bir min beş yüz yetmiş üç manat qırx üç qəpik ) manat kredit borcu və 35.74 (otuz beş manat yetmiş dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar