Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-12/2025 19.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı etibarnamə ilə nümayəndəsi vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətlərində olan torpaq sahəsindən payına düşən hissənin müəyyən edilərək ayrılması, ona təhkim edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istaifadəyə maneənin qadağan edilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə ümumu birgə mülkiyyətlərinə verilmiş və J№ 0182 saylı KOD: 60700038 “ Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş, Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı əkinə yararlı 45300,00 kv.m ha torpaq sahəsindən onun payına düşən hissənin müəyyən edilərək ayrılması, ona təhkim edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneənin qadağan edilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə ilə nümayəndəsi vəkili Vəkil iddia tələbini əsaslandıraraq göstərdi ki, iddiaçı hal-hazırda Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayır. Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 sayl, qərarı ilə iddiaçının və ailəsinə Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı əkinə yararlı 45300,00 kv.m (4,53 ha) torpaq sahəsi xüsusi mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi J№ 0169 saylı KOD: 60700038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin Dövlət aktı 23 dekabr 2003-cü il tarixdə 182 nömrə ilə keçmiş DTXK-nin Beyləqan rayon şöbəsində Dövlət Aktı qeydiyyatı kitabında qeydiyyata alınaraq hal-hazırda DƏDRX- nin Beyləqan Ərazi İdarəsinin arxivində saxlanılır. İddiaçı Beyləqan rayonu Aşağı Çəmənli kənd sakini X6 ilə ailə qurmuş, hal-hazırda bir yerdə yaşayır. Onun payına düşən pay torpaq sahəsi indiyədək atası Cavabdeh tərəfindən istifadə edilir, dəfələrlə tələb etməsinə baxmayaraq, onun payına düşən torpaq sahəsini cavabadeh onun istifadəsinə vermir. Onun həmin torpaq sahəsindən istifadəyə ehtiyacı var, ailəsinin maddi vəziyyəti ağırdır, himayəsində azyaşlı uşaqları vardır, istəyir həmin torpaq sahəsindən istifadə etməklə ailəsinə maddi dəstək olsun. Lakin hal-hazırki vəziyyətdə atası iddiaçını həmin torpaq sahəsinə buraxmır, həmin torpaq sahəsini zəbt edərək istifadə edir, ona heç bir maddi yardım etmir, dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o qanunsuz hərəkətlərinə son qoymur, həmin torpağı istifadə etməkdə davam edir. Belə olan halda iddiaçı paylı mülkiyyətində olan torpaq sahəsindən hər bir subyektə düşən orta pay torpağı normasına uyğun olaraq ona düşən torpaq sahəsinin həcminin və sərhədlərinin müəyyən eilməsi, ona təhkim edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılınası və torpaqdan istifadəyə cavabdeh tərəfindən olan maneənin qadağan edilməsi tələbinə dair idda ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh qarşı iddianın təmin edilməklə, Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə tərəflərin ümumu birgə mülkiyyətinə verilmiş və J№ 0182 saylı KOD: 60700038 “ Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş, Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı əkinə yararlı 45300,00 kv.m ha torpaq sahəsindən iddiaçının payına düşən hissənin müəyyən edilərək ayrılması, iddiaçıya təhkim edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istaifadəyə maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, İddiaçıya torpağının bir kənarından yer təklif etmiş, lakin iddiaçı onunla razılaşmamışdır. iddiaçının tələb etdiyi toprağı verə bilməz. Çünki həmin yerdə heyvanını apararkən sudan keçirir, özü keçənə kimi isəheyvan orada əkilən bitkiyə ziyan vura bilər. Belə olan hald da, iddiaçı polis və müxtəlif orqanlara şikayət edəcəkdir. Buna baxmayaraq torpaq sahəsindən iddiaçının payını verməyə razıdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan J№ 0169 saylı KOD: 60700038 “ Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarına əsasən İddiaçı Ehtibar qzının mülkiyyətinə Beyləqan rayonu Aşağı Çəmənli kəndində kənd təsərrüfatı təyinatlı əkinə yararlı 45300,00 kv.m ha torpaq sahəsi verilmişdir. İş üzrə məhkəmə 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 10/8117 nömrəli məlumatdan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə, mütəxəssis rəyinin təqdim olunması barədə vəsatətin göndərilməsinə baxmayaraq,mütəxəssis rəyi Mərkəzə təqdim edilməmişdir.Bu səbəbdən də, qərardadın sualları üzrə tədqiqat aparılması, rəy verilməsi mümkün olmamış və mülki iş məhkəməyə qaytarılmışdır. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastırı və X15 Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsini mütəxəssisi X12 göstərmişdir ki, həmin əraziyə tərəflərin iştirakı ilə baxış keçirilmiş, tərəflər əvvəl yerin bölünməsinə razılaşsalarda sonradan razılaşma pozulmuşdur. Ona görə də,rəy verilməsi mümkün olmamışdır. İddiaçı etibarnamə ilə nümayəndəsi vəkili Vəkil ərizə (vəsatət) verərək mübahisənin düzgün həlli üçün iş üzrə əlavə məhkəmə mühəndistexniki ekspertizası təyin edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2131 saylı 23 iyun 2025-ci il tarixli ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, X13 və ailə üzvülərinin mülkiyyətində olan Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001 -ci il tarixli 107 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş və J№ 0169 saylı KOD: 60700038" Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmiş, kənd təsərrüfatı təyinatlı əkinə yararlı 4.53 ha (45300.00 kv.m) torpaq sahəsinin Jn 169 saylı plan üzrə 3.50 ha və Jn 169 A saylı plan üzrə 1.03 ha hissələrinin sərhədləri müəyyən edilmişdir. Sözügedən 4.53 ha (45300.00 kv.m) torpaq sahəsi JN 169 saylı plan üzrə 3.50 ha və JN 169 A saylı plan üzrə 1.03 ha olmaqla 2 hissədən ibarətdir və ayrı-ayrı sahələrdə yerləşir. X13 və ailə üzvülərinin mülkiyyətində olan Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001 -ci il tarixli 107 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş və J№ 0169 saylı KOD: 60700038" Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmiş, kənd təsərrüfatı təyinatlı əkinə yararlı 4.53 ha (45300.00 kv.m) torpaq sahəsinin paylı mülkiyyətçiləri Cavabdeh, X2, X16, X7, X8 və X11 düşən paya uyğun olaraq Jnjl69saylı plan üzrə 3.50 ha hissəsini hər birinə 0.58333 ha olmaqla istifadə vəziyyətinə uyğun olaraq naturada cizginin sağ tərəfindən başlayaraq bölünməsi mümkündür. Eyni zamanda qeyd edilən 4.53 ha (45300.00 kv.m) torpaq sahəsinin paylı mülkiyyətçiləri X17. X2, X16, X7, X8 və X11 düşən paya uyğun olaraq Jn 169 A saylı plan üzrə 1.03 ha hissəsini hər birinə 0.17166 ha olmaqla naturada cizginin sol tərəfindən başlayaraq bölünməsi mümkündür. Paylı mülkiyyətdə olan 4.53 ha (45300.00 kv.m) torpaq sahəsindən payına düşən hissəsinin müəyyən edilərək ayrılmasını tələb edən iddiaçı X1 payına düşən 0.58333 ha (Jn 169 saylı plan üzrə 3.50 ha torpaq sahəsindən) və 0.17166 ha (Jn 169 A saylı plan üzrə 1.03 ha torpaq sahəsindən) torpaq sahələrinin sərhədləri və yerləşdiyi ərazi naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçu planında göstərilmişdir. Eyni zamanda X17, X3, X16, X7 və X9 paylı mülkiyyətində qalan 2.91667 ha (Jn 169 saylı plan üzrə 3.50 ha torpaq sahəsindən) torpaq sahəsinin və 0.8583 ha (Jn 169 saylı plan üzrə 1.03 ha torpaq sahəsindən) torpaq sahəsinin də sərhədləri natirada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında gösərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X13 və ailə üzvülərinin mülkiyyətində olan Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001 -ci il tarixli 107 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş və J№ 0169 saylı KOD: 60700038" Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmiş, kənd təsərrüfatı təyinatlı əkinə yararlı 4.53 ha (45300.00 kv.m) torpaq sahəsinin paylı mülkiyyətçiləri Cavabdeh, X2, X16, X7, X8 və X11 düşən paya uyğun olaraq Jnl69saylı plan üzrə 3.50 ha hissəsini hər birinə 0.58333 ha olmaqla istifadə vəziyyətinə uyğun olaraq naturada cizginin sağ tərəfindən başlayaraq bölünməsi, eyni zamanda qeyd edilən 4.53 ha (45300.00 kv.m) torpaq sahəsinin paylı mülkiyyətçiləri X17. X2, X16, X7, X8 və X11 düşən paya uyğun olaraq Jn 169 A saylı plan üzrə 1.03 ha hissəsini hər birinə 0.17166 ha olmaqla naturada cizginin sol tərəfindən başlayaraq bölünməsi mümkündür. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə ümumu birgə mülkiyyətlərinə verilmiş və J№ 0182 saylı KOD: 60700038 “ Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş, Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı əkinə yararlı 45300,00 kv.m ha torpaq sahəsindən İddiaçı payı cəmi 0.75499 ha müəyyən edilməli, iddiaçıya düşən paya uyğun olaraq Jn l69saylı plan üzrə 3.50 ha hissəsindən 0.58333 ha olmaqla istifadə vəziyyətinə uyğun olaraq mütəxəssis rəyinə əlavə edilən ölçü planında göstərilən naturada cizginin sağ tərəfindən, 4.53 ha (45300.00 kv.m) torpaq sahəsinin Jn 169 A saylı plan üzrə 1.03 ha hissəsindən 0.17166 ha olmaqla naturada cizginin sol tərəfindən başlayaraq bölünüb iddiaçıya verilməli, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istaifadəyə görə iddiaçıya törədilən maneəyə qadağan qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı X14 mütəxəssis rəyinin dəyirini təşkil edən 100 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə ümumu birgə mülkiyyətlərinə verilmiş və J№ 0182 saylı KOD: 60700038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş, Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı əkinə yararlı 45300,00 kv.m ha torpaq sahəsindən İddiaçı payı cəmi 0.75499 ha müəyyən edilsin, iddiaçıya düşən paya uyğun olaraq JN 0169 saylı plan üzrə 3.50 ha hissəsindən 0.58333 ha olmaqla istifadə vəziyyətinə uyğun olaraq mütəxəssis rəyinə əlavə edilən ölçü planında göstərilən naturada cizginin sağ tərəfindən, 4.53 ha (45300.00 kv.m) torpaq sahəsinin JN 169 A saylı plan üzrə 1.03 ha hissəsindən 0.17166 ha olmaqla naturada cizginin sol tərəfindən başlayaraq bölünüb iddiaçıya verilsin, cavabdeh həmin torpaq sahəsindən çıxarılsın, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istaifadəyə görə iddiaçıya törədilən maneəyə qadağan qoyulsun. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İş üzrə mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Köllegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-12/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-12/2025
19.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver