Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-120/2025 31.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pulun və dövlət rüsumu kimi ödədiyi 35 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o müəllimə işləyir və işlədiyi kollektivdə digər müəllimələrlə birləşərək lotereya oynayırmışlar. Yeni lotereya qrupu düzəldib lotereya oynamaq qərarına gəlmiş və həmin vaxt onun müəllimə yoldaşı X1 xahişi ilə Cavabdeh da lotereyaya qoşmuşdur. Nuridə həm də onun atası evi ilə qonşuluqda yaşayır və onu tanıdığı üçün buna razılaşmışdır. Nuridə beş nəfərlik siyahıda birinci nəfər olmuşdur. Nuridəni lotereyaya qoşarkən Afət müəllimə, Nuridə, Yeganə adlı digər müəllimə yoldaşları da yanlarında olmuşdur. Nuridə qızının xəstə olduğunu və onu həkimə aparmaq üçün ona pul lazım olduğunu dediyindən onu birinci etmişlər. Beləliklə birinci Nuridə, ikinci Səyyarə, üçüncü o özü, dördüncü Sərfinaz, beşinci isə Səyyarə olmuşlar. Lotereya 400 manatdan oynanılırdı. 30 dekabr 2023-cü ildə lotoreya yığılıb Nuridəyə 2000 manat verilmişdir. Nuridə öz lotereyasını götürəndən sonra gələn ayı Səyyarə müəllimənin vaxtında lotereyanı verməmişdir. Nuridə lotereyanı vermədiyindən o Nuridəyə zəng etmişdir. Nuridə ona demişdir ki, oğlu işə düşüb, bu ay lotereyanı verə bilmir və gələn ay iki ayın pulunu verəcək”. Bu minvalla Nuridə lotoreyanı vaxtlı vaxtında verməmişdir. O da özü Nuridənin əvəzinə pul qoyaraq digər iştirakçıların pulunu vermişdir. Çox danışıqdan sonra Nuridə ona ayrı-ayrı vaxtlarda cəmi 500 manat pul qaytarmışdır. Qalan pulu isə indiyə kimi ödəməmişdir. Bu barədə Nuridə və oğlu ilə həm onun həm də Afət müəllimənin votsap yazışmaları və telefon danışıqları olmuşdur. Səs yazısını diskə köçürülmüş halda ərizəsinə əlavə etmişdir. Votsap yazışmalarını da ərizəsinə əlavə etmişdir. Beləliklə cavabdeh Nuridə öz öhdəsinə düşən öhdəliyi lazimi qaydada yerinə yetirməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, öz izahatında göstərmişdir ki, onun X2 borcu olmuş və Afət ona bildirmişdir ki, o, Şəhlaya zəng edərək lotereya qoşulmaq istədiyini bildirsin və həmin pul Afətə verilsin. O, borcu olduğu üçün razılaşmış və Şəhlaya zəng edərək lotereyaya qoşulmaq istədiyini bildirmişdir. Lakin ona hər hansı bir məbləğdə pul verilməmiş və həmin 2000 manat məbləğində pul vəsaiti Afətə verilmişdir. O, həmin puldan 500 manat Şəhlaya vermişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, Afətin onun maaş kartından götürdüyü pulla ona borclu olduğu məbləğ çoxdan ödənilmiş və ona görə də kart hesabını bağlatdırmışdır. Onun heç kimə borcu yoxdur və həmin pul vəsaiti ona deyil Afətə verilmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı, cavabdeh və əlavə üç şəxs loteraya oynamaq məqsədilə, 4 ay müddətinə (bir ay, yəni həmin şəxsə pul verilən ay istisna olmaqla) hər ay 500 manat ödənilməsi barədə razılığa gəlmişlər və birinci ay 2000 manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. Cavabdeh isə həmin pul vəsaiti verildikdən sonra iddiaçıya 500 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmışdır. Hal-hazırda iddiaçı cavabdehdən 1500 manat məbləğində pul vəsaiti tələb edir, cavabdeh isə həmin pul vəsaitinin Afət adlı qadına verildiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. İşin hallarından da göründüyü kimi, iddiaçı, cavabdeh və əlavə 3 nəfər olmaqla, hər birinin bir-birinə 500 manat məbləğində pul vəsaiti verməsi ilə əlaqədar olan razılaşma üzrə, iddiaçı tərəfindən cavabdehə verilmiş 500 manat məbləğində pul vəsaiti ona qaytarılmış və digər üç nəfər şəxsin pulu qaytarılmamışdır. İddiaçının isə həmin şəxslərin adından iddia verməsi və onlara verilməli olan pul vəsaitini cavabdeh tələb edilməsi ilə bağlı isə subyektiv hüququ yoxdur. Eyni zamanda məhkəmə araşdırması zamanı da həmin pul vəsaitlərinin cavabdehin əvəzinə iddiaçı tərəfindən digər şəxslərə ödənilməsi müəyyən edilməmiş və bununla əlaqədar mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-120/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-120/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver