Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-122/2024 16.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və oğlunun 0,70 ha pay torpaq sahəsini 4 il istifadə etdiyinə görə icarə haqqı olaraq 2.400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdi izahatında göstərdi ki, oğlu X2 2020-ci ildə Vətən müharibəsində şəhid olmuşdur. 2018-ci ildə oğluna pul lazım olduğundan kənd sakini Cavabdeh 900 manat faizə pul götürmüşdür. 2018-ci ildə aldığı pulun faizi ilə birlikdə 400 manatını qaytarmışdır. Lakin 500 manatını qaytara bilməmişdir. Aqrar islahat zamanı ona və ailə üzvlərinə JN 142 kod 60703028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə 2,43 ha pay torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsindən 2 nəfərə düşən payı, yəni 0,70 hektarını Cavabdeh qaytara bilmədiyi 500 manat əvəzinə 2 illik icarəyə vermişdir. O, 2 il (2018-2019-cu illər) torpağını istifadə etdi və nəticədə danışıqlarına görə aralarında olan 500 manat pul faizi ilə birlikdə silinmiş oldu. Lakin bundan sonra yəni 2020-ci ildə o torpağını ona qaytarmaq istəməmişdir. Cavabdeh heyvanları olduğundan ona torpaq ehtiyac olduğunu bildirmişdir. Cavabdeh ondan hər il 500 manat verib torpağını ondan icarəyə götürməsini bildirmiş və onlar razılaşmışlar. Lakin 2020-ci ilin axırında cavabdeh ona torpağın pulunu verməmişdir. Oğlu şəhid olduğuna görə başı qarışıq olmuş, eyni zamanda bu hadisəyə görə dava-dalaş, söz-söhbət sala bilməmişdir. Bundan istifadə edərək cavabeh onun torpağından istifadə etməyə davam etmiş və ona torpağından istifadə üçün pul ödəməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq 2020, 2021, 2022, 2023-cü illər üçün onun torpağını istifadə etdiyinə görə heç bir haqq ödəməmişdir. Hətta torpağından çıxmaq belə istəməmişdir. Torpağından məcburi çıxarılması üçün Beyləqan rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsindən sonra cavabdeh 2023-cü ilin oktyabr ayında torpağından çıxmışdır. Cavabdeh torpağından çıxmasına baxmayaraq 4 ilin icarə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh hər il torpağından gəlir əldə etmişdir. 2020, 2021-ci illərdə yaşadıqları Əlinəzərli kəndində 0,70 ha torpağın icarə haqqı 500 manat, 2022 və 2023-cü illərdə isə Əlinəzərli kəndində 0,70 ha torpaq sahəsinin illik icarə haqqı 700 manat olmuşdur. Beləliklə cavabdeh mənə 2020-ci il üçün 500 manat, 2021-ci il üçün 500 manat, 2022-ci il üçün 700 manat, 2023-cü il üçün 700 manat olmaqla cəmi 2020-2023-cü illər üçün 2400 manat icarə haqqı verməlidir. Cavabdeh onun torpağıbı 4 il istifadə edərək heç bir haqq ödəmədiyinə görə ona ziyan vurmuşdur. Vurduğu ziyanı özü ödəmək istəmədiyindən bu məsələ məhkəmə yolu ilə həll edilməlidir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, 15 may 2017-ci il tarixində həmkəndlisi İddiaçı və oğlu X3 yaşadığı evə gələrək, özlərinə məxsus olan Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin ərazisində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 142 saylı qərarı ilə verilmiş 2,43 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,65 hektarını birdəfəlik satmaq istədiklərini bildirmişlər. Həmin torpağı birdəfəlik İddiaçı və oğlu X3 ilə qarşılıqlı razılaşma əsasında 2.500 manata almışdır. Torpağı alarkən İddiaçı öz xətti ilə qəbz yazaraq ona və oğlu X1 məxsus olan 0,65 ha torpaq sahəsini birdəfəlik ona verdiklərini qeyd etmişdir. Lakin 2023-cü ildə İddiaçı məhkəmədə ona qarşı kənd təsərrüfatlı torpaq sahəsindən çıxarılma və torpağın ona təhvil verilməs tələbinədair iddia qaldırmışdır. O, da öz növbəsində İddiaçı qarşı zərərin ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Beyləqan rayon məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə onun İddiaçı Beyləqan rayonunun Əlinəzərli kəndində yerləşən JN42 saylı KOD 60703028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.70 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, onun İddiaçı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,65 hektarını almaq üçün verdiyi pulun hazırki bazar dəyərinin, yəni 4.800 (dörd min səkkiz yüz) manatın və 1.500 (bir min beş yüz) manat torpağa çəkilən xərcin alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilmişdir. O torpağı icarəyə götürməmişdir ki, iddiaçıya da icarə haqqı ödəyə. İddiaçı ilə aralarında heç bir icarə müqaviləsi bağlanmamışdır. İddiaçının ona qarşı irəli sürdüyü iddia əsassızdır, ona görə də rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan JN: 142 saylı, kod 60703028 nömrəli Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 142 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,43 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 142 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,43 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İddiaçı izahatında 2018-ci ildə oğluna pul lazım olduğundan Cavabdeh 900 manat faizə pul götürdüyünü, pulun 400 manatını qaytardığını, 500 manatını isə qaytara bilmədiyindən həmin pulun əvəzində 0,70 hektar torpaq sahəsini Cavabdeh 2 illik icarəyə verdiyini göstərmişdir. Cavabdeh iddiaçının torpaq sahəsindən çıxmadığından iddiaçı bu barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh də qarşılqılı iddia ilə İddiaçı qarşı iddia qaldırmışdır. Beyləqan rayon məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Beyləqan rayonunun Əlinəzərli kəndində yerləşən JN42 saylı KOD 60703028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.70 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi təmin, Cavabdeh İddiaçı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,65 hektarını almaq üçün verdiyi pulun hazırki bazar dəyərinin, yəni 4.800 (dörd min səkkiz yüz) manatın və 1.500 (bir min beş yüz) manat torpağa çəkilən xərcin alınıb ona verilməsi tələbinə dair iddiası isə əsassız olduğundan rədd edilmişdir. İşə əlavə edilmiş iddiaçı tərəfindən yazılmış qəbzdən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı qəbz yazaraq pay torpağını Cavabdeh verdiyini, heç bir adamın onun əlindən ala bilməyəcəyini, oğlunun da razı olduğunu göstərmişdir. İddiaçı izahatında torpaq sahəsini iddiaçıya icarəyə verməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq icarəsi haqqında Qanunun 10-cu maddəsinə görə xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. İcarə haqqında Qanunun 7-ci maddəsinin 1-ci bəndinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Göründüyü kimi tərəflər arasında qanunda nəzərdə tutulmuş qaydada icarə müqaviləsi bağlanmamışdır. Digər tərəfdən Beyləqan rayon məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı torpağı borclu olduğu 900 manat puldan 500 manatını maddi imkanı olmadığından qaytara bilmədiyinə görə müvəqqəti olaraq torpaq sahəsini istifadə üçün cavabdehə verdiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə iclasında iddiaçının həmin torpaq sahəsini borclu olduğu pul müqabilində özü istifadə üçün Cavabdeh verməsi müəyyən edilmişdir. Tərəflər arasında hər hansı bir müqavilə mövcud deyildir. Ona görə də onun cavabdehdən icarə müqaviləsi əsasında pul tələb etməsi əsassızdır və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 0,70 ha pay torpaq sahəsinin 4 il istifadə edilməsinə görə icarə haqqı olaraq 2.400 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-122/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-122/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver