Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1237/2023 31.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh qarşı pul tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən şəxslərin,şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı,atasının adı (hüquqi şəxsə münasibətdə adı) , şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki , həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan,olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətandaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İddia ərizəsində cavabdehin qeydiyyat yeri Beyləqan rayonu N saylı hərbi hissə göstərilmişdir. Lakin işə əlavə edilmiş cavabdehin şəxsiyyətini təsdiq edən sənəddə onun tam ünvanı ünvan 1 MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı Ağstafa rayon məhkəməsinə müraciət etsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1237/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1237/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver