Məhkəmə qərarları › İş №2(020)-1241/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1241/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1241/2023 08.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 məhkəmədə iddia qaldıraraq Cavabdeh 2400 manat məbləğində borc pulun və 45 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh əvvəlcədən tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2022-ci ilin sentyabr ayında ondan 2400 manat borc pul istəmişdir. O, Ruslanı tanıdığından həmin məbləğdə pulu Ruslana borc olaraq vermişdir. Cavabdeh ondan borc alması barədə öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 2400(iki min dör yüz) manat borc pulu yaxın vaxtlarda qaytaracaqdır. Lakin Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək borcunu qaytarmamışdır. Cavabdeh hazırda iri və xırda buynuzlu heyvanı var təsərrüfatla məşğuldur. Cavabdehin ona olan borcunu qaytarmağa maddi imkanı vardır. Ona görə də, cavabdeh X8 2200 (iki min iki yüz) manat məbləğində borc pul unvə 42 (qırx iki manat) ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan telefonqramadan görünür ki, Cavabdeh istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, cavabdeh iddia ərizəsi ilə tanış olduğunu, iddiaçının iddiasını qəbul etdiyini, hazırda Bakı şəhərində olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini, iddiaçıya olan borcunu yaxın zamanda qaytaracağına və işə onun iştirakı olmadan ilə razı olduğunu və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, lakin iddianı qəbul etdiyini bildirdiyindən məhkəmə onun iştirakı olmadan işə bağmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonunun Sarvanlar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beylqan rayon İHB-nin Beyləqan şəhər inzinati ərazi dairəsi üzrə nümayənsidinin xx.xx.2023-cü il tarixli 1094 saylı arayışından görünür ki, X2 rayonunda qeydiyyatda olmasına baxmayaraq Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 176-da yaşayır. İş materiallarına əlavə edilmiş sənəd məlumatından görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə anadan olmuş, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Cavabdeh iddiaçıya 2400 manat borcu olmasına dair qəbz vermiş və qəbzi imzası ilə təsdiq etmidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2400 manat məbləğində borc pul alınaraq iddiaçı X6 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda borca dair qəbzin iddiaçıda olması cavabdehin borcu qaytarmamasına sübutdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasiə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2400 (iki dörd min iki yüz) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manatı məbləğində pul alınaraq X6 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X8 2400 (iki min dörd yüz) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manatı məbləğində pul alınaraq X6 verilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar