Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Beyləqan rayon İş № 2(020)-1258/2024 12.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Kreditor (ünvan: – Beyləqan şəhəri, M.Müşviq küçəsi 18) Borclu alimentin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor Borclu xx.xx.2015-ci ildə anadan olmuş Uğur və xx.xx.2019-cu ildə anadan olmuş Turan adlı uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay hər bir uşaq üçün 70 manat, cəmi 140 manat məbləğində alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu ilə evlənmiş, bir müddət birlikdə yaşamışlar. Sonradan boşanmışlar. Xeyli vaxtdır ki, ailə münasibətləri pozulduğundan bir yerdə yaşamırlar. Birgə nikahlarından xx.xx.2015-ci ildə Uğur və xx.xx.2019-cu ildə Turan adlı uşaqları anadan olmuşdur. Uşaqlar onun himayəsində yaşayır. Onlar ayrı yaşayandan cavabdeh uşağın saxlanılması üçün bəzi köməklik edir, yəni əyin baş alır, gəzdirir. Lakin digər problemlərini həll etmir. O, heç bir yerdə işləmir, ona görə də uşağını saxlamaqda çətinlik çəkir. Borclu imkanı aşağı olduğu və uşaqlarına dəstək olduğu üçün az məbləğdə aliment tələb edir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 anası Abbasova (Səmədli) Gülnar Faris qızı və atası Borcludur. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir (Mülki Prosessual Məcəllənin 275.1 və 275.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 276.2.4-cü maddəsinə əsasən, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Tələbdən də göründüyü kimi tələb atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlara alınmentin verilməsi tələbini nəzərdə tutur. Kreditorun tələbinin aşkarlığı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları hər ay hər uşağa görə 70 (yetmiş ) manat sabit pul məbləğində aliment Borclu tutularaq Kreditor ödənilməlidir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, kreditor Səmədli X1 Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir və ona görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Alimentin tutulmasının icra edilməsi anına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi ilə icra sənədinin icraya yönəlməsi müddətləri tənzimlənir ki, həmin Qanunun 13.1.4-1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəlməlidir. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbini nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə əmri dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən borclunun dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut iş materiallarında mövcud olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, dövlət rüsumu Borclu tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.1989-cü ildə Beyləqan rayonunun Bünyadlı kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Kreditor verilsin. Borclu 100(yüz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmrinin alimentin tutulması hissəsində dərhal icra olunsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1258/2024
Beyləqan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(020)-1258/2024
12.07.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver