Məhkəmə qərarları › İş №2(020)-1261/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1261/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1261/2023 12.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh dəymiş maddi ziyana görə 12.000 (on iki min) manat məbləğində və dəymiş mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, əvvəllər hərbi qulluqçu olmuş, 29 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı medalı ilə təltif olunmuş, müdafiə Nazirliyinin hərbi qulluqçusu kimi ehtiyata buraxılmışdır. O, hərbi xidmət zamanı çanaq sümüyü sındığı üçün travma almış, travma nəticəsində onun bədəninin müəyyən hissələrində iltihab yaranmışdır. Həmçinin iltihabın təsirindən limfa vəzləri də şişmişdir. Bu xəstəliyi ilə əlaqədar əziyyət çəkdiyi üçün yaşadığı ərazidə yerləşən “X1”ə müraciət etmiş, orada həkim işləyən Cavabdeh tanımışdır. Rahib onu müalicə edəcəyinə söz vermiş, həmçinin onunla səmimi ünsiyyət yaradaraq evində belə bəzi müdaxilələr etmiş, o, da ona zəhmətinin qarşılığında pul vermişdir. Həmin ərəfələrdə cavabdeh hərbi xidmət zamanı çanaq sümüyünün sınması nəticəsində travma adığını bilmişdir. Həmin xəsarətlərlə bağlı onun əlillik dərəcəsi almağı mümkündür. Həmin vaxt o, istəməsə də Rahib təkidlə həmin işin tam qanuni əsaslarla görüləcəyinə inandırıb ondan 6.000 manat məbləğində pul istəmişdir. O, da inanaraq cavabdehə yaşadığı evdə 3.500 ABŞ dolları, yəni 5.950 manat məbləğində pul vermişdir. Bundan sonra Cavabdeh ona Bakı şəhəri, Nərimanov rayonu ərazisində Gənclik metrostansiyası yaxınlığında aptek aldığını, həmin aptekə avadanlıq almaq üçün 5.000 manat pul lazım olduğunu, özündən başqa bir nəfər də şərikinin olduğunu, pulu aldıqdan 20 gün sonra qaytaracağını, onu da aptekə işə götürəcəyini bildirmişdir. O, da 26 may 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kapital bank ASC”-nin Xırdalan şəhər filialından 7.550 manat kredit götürərək onun 5000 manatını elə orada Cavabdeh vermişdir. Həmin krediti 27 faizlə götürmüşdür. Cavabdehlə xx.xx.2021-ci il tarixində borc müqavilələri bağlamışdır. Müqaviləyə əsasən cavabdeh 6.000 manat məbləğində borcu hər ay 500 manat məbləğində olmaqla bir il ərzində qaytaracağını və digər müqavilədə isə “Kapital Bank” dan götürülən puldan 1.150 manat ödədiyini bildirmiş, qalan ayları 29 ay ərzində 220 manat manatdan ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin bundan sonra o, öhdəsinə götürdüyü işlərin heç birini görməmiş, razılığa əməl etməmişdir. Dəfələrlə pulunu tələb etdikdən sonra cavabdeh hissə-hissə ona 6.000 manat borcundan 1.500 manat, 5.000 manat borcundan isə 2.700 manat qaytarsa da qalan borcunu qaytarmamışdır. Həmçinin 5.000 manat borcun bank faizini də cavabdeh ona ödəməlidir. Cavabdehin ona verdiyi qəbzdə də bu hal öz təsdiqini tapmışdır. Hazırda o, banka olan borcunu tam ödəmişdir. Cavabdehin hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. O, işlə əlaqədar Abşeron rayon Polis İdarəsinə şikayət etmiş, Abşeron rayon Polis İdarəsi isə cavabdehlə aralarında yaranmış mübahisənin mülki xarakterli olması qənaətinə gələrək 12 noyabr 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra o, məhkəməyə hazırkı ərizə ilə müraciət etmişdir. Odur ki, Cavabdeh dəymiş maddi ziyana görə 12.000 (on iki min) manat məbləğində və dəymiş mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nzəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini xəbərnaməyə şəxsən imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş borc müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2011-ci ildə İddiaçı 6.000 manat borc almış, borcunu xx.xx.2021-ci il tarixdən aylıq 500 manat məbləği bir il müddətində ödəyəcəyini qeyd etmiş və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş borc müqaviləsindən görünür ki, Cavabdeh 15 dekabr 2021-ci ildə 27 faizlə 5.000 manat İddiaçı adına Kapital bankdan pul götürmüş, 26 may 2021-ci il tarixdə 7 ay müddətində 1.150 manat ödəmiş, 29 ay qalan ayların 220 manatdan ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əvvəllər hərbi qulluqçu olmuş, 29 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı medalı ilə təltif olunmuş, müdafiə Nazirliyinin hərbi qulluqçusu kimi ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmət zamanı çanaq sümüyü sındığı üçün travma almış, travma nəticəsində onun bədəninin müəyyən hissələrində iltihab yaranmışdır. İddiaçı xəstəliyi ilə əlaqədar əziyyət çəkdiyi üçün yaşadığı ərazidə yerləşən “X1”ə müraciət etmiş, orada həkim işləyən hazırkı iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Rahib iddiaçını müalicə edəcəyinə söz vermiş və onun müalicəsi ilə məşğul olmuşdur. Münasintləri yarandığına görə cavabdeh iddiaçıdan 6.000 manat məbləğində borc pul istəmişdir və iddiaçı borc olaraq həmin pulu ona vermişdir. Bundan əlavə Cavabdeh iddiaçıya Bakı şəhəri, Nərimanov rayonu ərazisində Gənclik metrostansiyası yaxınlığında aptek aldığını, həmin aptekə avadanlıq almaq üçün 5.000 manat pul lazım olduğunu, özündən başqa bir nəfər də şərikinin olduğunu, pulu aldıqdan 20 gün sonra qaytaracağını, onu da aptekə işə götürəcəyini bildirmişdir. İddiaçı da 26 may 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kapital bank ASC”-nin Xırdalan şəhər filialından 7.550 manat kredit götürmüş və həmin pulun 5.000 manatını Cavabdeh vermişdir. Cavabdeh verdiyi qəbzə uyğun olaraq həmin 5.000 manatı bank faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı Kapital bankdan 7.550 manat pulu 35 ay müddətinə illik 27% dərəcəsi ilə almışdır. Həmin pulun faizi 3.446,46 manat təşkil etmişdir. Hesablanmış kredit kalkulyatorundan görünür ki, 5.000 manat pulun illik 27% dərəcəsi ilə 35 ay kredit müddətinə 2.277,78 manat müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı kapitalbanka olan borcu tam şəkildə ödəmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, cavabdehin iddiaçıdan aldığı 6.000 borca görə 4.500 manat, 5.000 manat aldığı borca görə isə 2.300 manat, bankın faiz dərəcəsinə görə isə 2.277,78 manat iddiaçıya borcu qalmışdır. Ona görə də məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9.077,78 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddianın mənəvi ziyan tələbinə dair hissəsi əsassızdır. İddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. İşdə olan 052163 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də dövlət rüsumuna görə 110.77 manat Cavabdeh alınıb Azərbaycan Respublikası Dövlət hesabına keçiriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 9.077,78 (doqquz min yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borc pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumuna görə 110.77 (yüz on manat yetmiş yeddi qəpik) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Dövlət hesabına keçirilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar