Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1265/2023 06.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Beyləqan rayon məhkəməsində iddia qaldırmışdır. Hazırki məhkəmə iclasında Cavabdeh Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olması müəyyən edilmişdir. İddiaçı izahatında bildirdi ki, cavabdeh Məmmədov X1 rayonu, Milabad qəsəbəsində yaşadığından Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Hazırda işə cavabdehin Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmasını nəzərə alıb mülki işin baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasına etiraz etmir. Cavabdeh hazırda Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmasına baxmayaraq məcburi köçkün kimi Beyləqan rayonu, Milabad qəsəbəsində məskunlaşıb yaşayır. Lakin Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olduğuna görə mülki işin baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. İş materaillarına əlavə edilmiş Cavabdeh elektron şəxsi məlumatlarından görünür ki, cavabdehin qeydiyyat ünvanı Füzuli rayonu, Horadiz kəndidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin baxılması Füzuli rayon məhkəməsinə aid olduğundan mülki iş baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə isə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Belə olan halda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1265/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1265/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver