Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1278/2023 26.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, İddiaçı ”Rabitəbank” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə Cavabdeh ilə aralarında bağlanmış 21 iyun 2019-cu il tarixli,SHNPU-2028 saylı kredit müqaviləsinə əsasən 348.22 (üç yüz qırx səkkiz manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 4.81 (dörd manat səksən bir qəpik) manat faiz borcu, cəmi 353.03 (üç yüz əlli üç manat üç qəpik) manat məbləğində borc və 30 ( otuz ) manat dövlət rüsumunun tutulub ” Rabitəbank” ASC –yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, 21 iyun 2019-cu il tarixli,SHNPU-2028 saylı saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh illik 1 % faizlə 60 ay müddətinə 569.69 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kerdit Alan tərəfindən vaxtı keçmiş əsas kredit borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam ödəməyi öhdəsinə götürmüşdür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilməsi məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 21 iyun 2019-cu il tarixli,SHNPU- 2028 saylı kredit müqaviləsinə əsasən 348.22 (üç yüz qırx səkkiz manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 4.81 (dörd manat səksən bir qəpik) manat faiz borcu, cəmi 353.03 (üç yüz əlli üç manat üç qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdehə xəbərdarlıq edilsə də, pretenziyaya cavab verməmişdir.Odur ki, məhkəmədən Cavabdeh 21 iyun 2019-cu il tarixli,SHNPU-2028 saylı kredit müqaviləsinə əsasən 348.22 (üç yüz qırx səkkiz manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 4.81 (dörd manat səksən bir qəpik) manat faiz borcu, cəmi 353.03 (üç yüz əlli üç manat üç qəpik) manat məbləğində borc və 30 ( otuz ) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almiş, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 21 iyun 2019-cu il tarixli,SHNPU-2028 saylı saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 1 % faizlə 60 ay müddətinə 569.69 manat kredit vermişdir. İş materiallarına əlavə edilmiş 23 may 2023-ci il tarixli malıyyə arayışından görünür ki, Rabitəbank” ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2019-cu il tarixli,SHNPU-2028 saylı kredit müqaviləsinə əsasən 348.22 (üç yüz qırx səkkiz manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 4.81 (dörd manat səksən bir qəpik) manat faiz borcu, cəmi 353.03 (üç yüz əlli üç manat üç qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş cavabdehə göndərilən məktubların sürətindən görünür ki, borclu Cavabdeh borcun ödənilməsi üçün xəbərdarlıq məktubları göndərilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-6-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21 iyun 2019-cu il tarixli,SHNPU-2028 saylı kredit müqaviləsinə əsasən 348.22 (üç yüz qırx səkkiz manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 4.81 (dörd manat səksən bir qəpik) manat faiz borcu, cəmi 353.03 (üç yüz əlli üç manat üç qəpik) manat məbləğində borc və 30 ( otuz ) manat məbləğində dövlət rusumu tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1278/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1278/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver