Məhkəmə qərarları › İş №2(020)-128/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-128/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-128/2024 16.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı probasiya üzrə böyük icra məmuru X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nəzarət subyektinə təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********0002*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu*42330 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı probasiya üzrə böyük icra məmuru X3 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin *(099)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh AR CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib, 0* il * ay *2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərizində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dən tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. Məhkuma ** aprel 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tədbiq edilməklə ona hökmlə təyin edilmiş hüquq, vəzifələri və məsuliyyəti izah edilmişdir. Lakin edilmiş xəbərbarlıqlara baxmayaraq məhkum Cavabdeh təhkim olunmuş mobil qurğuda Ana platada korroziya müşahidə olunmuşdur. Texniki baxış nəticəsində Cavabdeh təhkim olunmuş mobil qurğunun Ana platada korroziya müşahidə edilmişdir. Təmiri isə mümkün deyil, istifadəyə tam yararsızdır. Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən verilmiş maliyyə arayışın mobil qurğunun * ədədinin qiyməti *930 manat və ƏDV-347.40 manat təşkil etməsi qeyd edilmişdir. Odur ki, Cavabdeh ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********0002*07*3*, VÖEN*70044639*, büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu*42330 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib, 0* il * ay *2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə cəzaçəkmə müddəti ərizində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dən tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. Ona ** aprel 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tədbiq edilmişdir. O, qolbağını bilərəkdən qırmamış, tarmadan yıxılarkən qolbağ altında qalıb qırılmışdır. Sonradan qolbağ digər qolbaqla əvəz edilmişdir. Məhkəməya çağırılanadək ona heç bir xəbərdarlıq edilməmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin *(099)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib, 0* il * ay *2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərizində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dən tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəzasının icrası İddiaçınə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vsitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə ** aprel 2022-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsi tədbiq edilməklə ona hökmlə təyin edilmiş hüquq, vəzifələri və məsuliyyəti izah edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh təhkim olunmuş mobil qurğunun Ana platada korroziya müşahidə olunur. Təmiri isə mümkün deyil, istifadəyə tam yararsızdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mobil qurğunun * ədədinin qiyməti *930 manat və ƏDV-347.40 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin *(099)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib, 0* il * ay *2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərizində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dən tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. Məhkuma ** aprel 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tədbiq edilməklə ona hökmlə təyin edilmiş hüquq, vəzifələri və məsuliyyəti izah edilmişdir. Lakin edilmiş xəbərbarlıqlara baxmayaraq məhkum Cavabdeh təhkim olunmuş mobil qurğuda Ana platada korroziya müşahidə olunmuşdur. Texniki baxış nəticəsində də həmin hal müəyyən edilmişdir. Təmiri isə mümkün deyil, istifadəyə tam yararsızdır. Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mobil qurğunun * ədədinin qiyməti *930 manat və ƏDV-347.40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *096.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin *096.2-cı maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin *097.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Həmin Məcəllənin 2*.*-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında cavabdehin təqsiri üzündən iddiaçı təşkilata ziyan dəyməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*2-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********0002*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu*42330 hesabına ödənilsn. Cavabdeh dövlət rüsumuna görə 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar