Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1286/2025 14.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış 00/119-RB №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehin həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi səbəbindən, onun tərəfindən 125 manat qalıq əsas borc, 460,60 manat dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Real Brand” MMC malların (geyim aksesuarları və s.) alqı-satqısı üzrə fəaliyyət göstərir. Buna əsasən, Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixində 00/119-RB №-li nisyə alqı satqı müqaviləsi bağlanmış və mallar ona Təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Müqavilə üzrə ödəniş 375 manat (malların qiyməti 300 manat + 25 % komissiya haqqı) təşkil edir. Tərəflər bu müqavilə üzrə malların ödəniş qaydası və müddəti ilə bağlı razılığa gəlmişdirlər. Müqavilənin 3-cü maddəsinə əsasən, ödəniş cavabdeh (alıcı) tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilmiş Ödəniş Cədvəlinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə və qaydada (6 ay müddətində, hər ay 62,50 manat olmaqla) həyata keçirilməli idi. Müqaviləyə əsasən, 5-ci ödəniş 62,50 manat olmaqla, xx.xx.2024-ci il tarixində və 6-cı ödəniş 62,50 manat olmaqla, xx.xx.2024-ci il tarixində ödənilməli idi. Lakin cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır və həmin aylar üzrə 125 manat borc yaranmışdır. Cavabdeh ümumilikdə 125 manat qalıq əsas borc məbləği, həmçinin 460,60 manat məbləğində dəbbə pulu ödəməlidir. Yuxarıda qeyd olunanlarla bağlı, cavabdehə şifahi və yazılı müraciətlər olunmuş, xx.xx.2025-ci il tarixində cavabdehə rəsmi qaydada pretenziya məktubu göndərilmişdir. Bütün bu xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən borc məbləği bu günə qədər ödənilməmişdir. İddiaçı MMC-nin direktoru Qazizova Elvira iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "Real Brand” MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış 00/119-RB №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehin həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi səbəbindən, onun tərəfindən 0.00 manat qalıq əsas borc, 445.60 manat dəbbə pulu (gecikdirilmiş 245 gün üçün) və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Həmin ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Cavabdeh barəsində borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatında olan iş üzrə cavabdeh tərəfindən 27 iyul 2025 il tarixdə 65 manat məbləğində və 27 avqust 2025 il tarixdə 75 manat məbləğ məbləğində qismən ödəniş edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən, iddia tələblərini qismən azaldaraq, yalnız qalan məbləğin tutulmasını xahiş etmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, "Alıcı, bu Müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş ödənişləri gecikdirdikdə, gecikdirilmiş hər bir gün üçün Satıcıya borc məbləğinin 0,5% həcmində dəbbə pulu (cərimə) ödəməyə borcludur.” Müqavilə üzrə ödənişlər 245 gün gecikdirilmişdir. Bu gecikdirilmiş 245 gün üçün dəbbə pulu (cərimə) 460,60 manat təşkil edir. Cavabdeh tərəfindən onun üzərinə düşən müqavilə öhdəliklərinin, xüsusilə də borc öhdəliyinin vaxtında və tam şəkildə yerinə yetirilməməsi bir sıra nəticələrə səbəb olur. Belə ki, İddiaçı MMC öz fəaliyyətini, əsasən, icarəyə götürülən ticarət sahəsində həyata keçirir və hər ay icarə haqqını vaxtında ödəmək öhdəliyi daşıyır. Bununla yanaşı, mağaza əməkdaşlarının əməkhaqqı, vergi öhdəlikləri və digər məcburi xərclər də mütəmadi olaraq tərəflərindən icra olunmalıdır. Cavabdehin ödənişi vaxtında qaytarmaması nəticəsində öz öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşmiş, bu isə əməkhaqlarının gecikməsinə, təchizat zəncirində pozuntulara, mal qəbulu, satış prosesi və kommersiya fəaliyyətinin ciddi şəkildə ləngiməsinə səbəb olmuşdur. Bu kimi hallar şirkətin nüfuzuna xələl gətirməklə yanaşı, həm də gəlirlilik göstəricilərinə mənfi təsir etmişdir. Həmçinin, borcun ödənilmədiyi müddət ərzində üzləşdiykləri maliyyə itkilərini və əldən çıxmış faydanı müəyyən etmək qeyri mümkündür. Nəticə etibarilə, dəbbə pulunun (cərimə) tutulması, eyni zamanda gecikmənin maddi və hüquqi nəticələrinin qismən kompensasiyası kimi çıxış edir. İddiaçı MMC elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilmədiklərindən, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 00/119-RB nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və əlavə ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 6 ay müddətinə, hər ay 62,50 manat ödəmək şərti ilə, dəyəri 300 manat olan “Michael Kors white tote monoqram” satmışdır. Həmin müqavilənini 4.1-ci maddəsinə əsasən, "Alıcı, bu Müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş ödənişləri gecikdirdikdə, gecikdirilmiş hər bir gün üçün Satıcıya borc məbləğinin 0,5% həcmində dəbbə pulu ödəyir. xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, 75 manat və 65 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. İşə məhkəmədə baxılan zaman cavabdeh əsas borcunu tamamilə ödəməmiş, lakin cərimə borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əsasən müvafiq olaraq 445,60 manat məbləğində dəbbə pulu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 445,60 manat məbləğində hesablanmış dəbbə məbləğinin 50 manat həcmində müəyyənləşdirilməsinin tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bu məbləğdə cərimə kreditorun mənafelərinə uyğun olmaqla, borclu şəxsi də həddən artıq dərəcədə maliyyə itkisinə məruz qoymur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 50 manat məbləğində dəbbə borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1286/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1286/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver