Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1312/2023 10.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Beyləqan rayonu İ saylı Notariat Ofisi və maraqlı şəxs Cavabdeh2 qarşı *5 aprel 2022-ci il tarixli İcra Qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Beyləqan rayonu * saylı Notariat Ofisi və maraqlı şəxs Cavabdeh2 qarşı *5 aprel 2022-ci il tarixli İcra Qeydinin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. İş baxılması üçün *0 oktyabr 2023-cü il tarixə təyin olunaraq iddiaçı, cavabdeh və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci madəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə maraqlı şəxs Cavabdeh2 məhkəmə iclasına gəlmiş, iddiaçı tərəf gəlmədiyindən işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İddiaçıya Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.*-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Beyləqan rayonu * saylı Notariat Ofisi və maraqlı şəxs Cavabdeh2 qarşı *5 aprel 2022-ci il tarixli İcra Qeydinin ləğv edilməsinə tələbinə dair mülki iş qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1312/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1312/2023
10.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver