Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1327/2024 15.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh pambıq sahəsini otaraq vurduğu 3468 manat ziyanın, ziyan edilməsi üçün "xxxx" MMC-yə ödənilən 50 manat pulun alınıb ona verilməsinin məhkəmə qaydasında qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Beyləqan rayon Şərq kəndində istifadəsində olan torpaq sahəsində pambıq bitkisi əkmişdir. Cavabdeh pambıq sahəsini qoyun və iribuynuzlu mal qara ilə otararaq ona 3468 manat ziyan vurmuşdur. Ona məxsus olan torpaq sahəsinə dəyən ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-nin 25 iyun 2024-cü il tarixli 39 saylı rəyi ilə məhsula vurulan ziyanın məbləği 3468 manat müəyyən edilmişdir. O, kənddə yaşayır, kənd təsərüffatı və məhsulları ilə məşğul olur və ailəsinin dolanışacağı kənd təsərüffatıdır. Cavabdeh pambıq sahəsini otararaq vurduğu 3468 manat ziyanın və ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-yə ödənilən 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmədə suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər Cavabdeh istifadəsində olmuş, daha sonra həmin torpaq sahəsindən kompensasiya verilərək, oradan çıxarılmışdır. Torpaq sahəsi “X6 Kompleksi” MMC-yə məxsus olmuş və müqavilə əsasında həmin torpaq sahəsində pambıq əkilməsi üçün onun istifadəsinə verilmişdir. Lakin Cavabdeh həmin sahədə mal-qara otararaq onun əkdiyi pambıq sahəsini məhv etmişdir. Orada Cavabdeh başqa heç kimin mal-qarası olmadığına görə, məhz həmin torpaq sahəsində mal-qara otarılması cavabdeh tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib,öz izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsində olsa da, Şirkət tərəfindən ona kompensasiya verilmiş və o, həmin torpaq sahəsindən çıxmışdır. Ondan sonra isə o, həmin torpaq sahəsinə hər hansı heyvan aparmamış və onun cəmi iki heyvanı var, o da qapısındadır. Eyni zamanda orda başqa şəxslərində heyvanları vardır. Həmçinin orada pambıq özü bitməmışdır. Onun tərəfindən iddiaçıya heç bir ziyan dəyməmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli 126 №-li “2024-cü il mövsümü üzrə xam-pambığın alqısatqısına” dair müqavilədən və ona Əlavə № 1-dən görünür ki, “X6 Kompeksi” MMC və "xxxx" MMC-nin Beyləqan filialı-Alıcı və İddiaçı fermer olmaqla aralarında bağlanmış müqaviləyə əsasən, fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 59.00 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedici sənədlər bu Müqaviləyə əlavə olunur) pambıq əkib yalnız alıcıya satmağı, Alıcı isə Fermerin istehsal etdiyi xam pambığı (çiyiddən ayrılmamış lifli kütlə) qəbul etməyi və onun dəyərini bu Müqvilə üzrə nəzərdə tutulmuş qiymətlə Fermerə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə Beyləqan rayon DAİM-in bitkiçilik sektorunun aparıcı məsləhətçisi X1, Azərpambıq Beyləqan pambıq istehsalı və emalı zavodunun aparıcı aqronomu X4, Azərpambıq Beyləqan filialının istehsalı və emalı zavodunun aqronomu entomoloqu X3, Azərpambıq Beyləqan filialının istehsalı və emalı zavodunun Şərq qəsəbəsi üzrə ərazi nümayəndəsi X5 və Beyləqan rayon Şərq qəsəbə sakini, həmin zavodun rəsmi müqaviləçisi-fermer İddiaçı iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, fermer İddiaçı məxsus 5(beş) hektar pambıq sahəsinə baxış keçirmiş və eyni zamanda videoçəkiliş aparmışlar, müəyyən etmişlər ki, ümumilikdə 3 (üç) hektar pambıq sahəsi iribuynuzlu və xırdabuynuzlu mal-qara ilə otarılıb, məhv edilib. Əlavə olaraq qeyd edirlər ki, ərazidə mal-qara peyini və dırnaq izləri müəyyənləşdirmişlər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qiymətləndirmə rəyindən görünür ki, İddiaçı istifadəsində olan 3 hektar əkinçiliyin inkişafı üçün torpaq sahəsi üzərində hüquqlarının yerinə yetirilməsinə maneçilik olduğundan görə 2024-cü il üzrə 3 ha pambıq əkini sahəsindən əldə olunması ehtimal olunan (1758(xalis gəlir+1710)(subsidiya))=3468 (üç min dörd yüz altmış səkkiz) manat faydanın əldən çıxması ehtimal olunur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ona dəymiş ziyan olaraq tələb etdiyi 3468 manat pulun cavabdehdən tutulmasında dair iddiası sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Tərtib olunmuş və məhkəməyə təqdim edilmiş aktda isə fermer İddiaçı məxsus 5(beş) hektar pambıq sahəsinə baxış keçirilərkən, ümumilikdə 3 (üç) hektar pambıq sahəsi iribuynuzlu və xırdabuynuzlu mal-qara ilə otarılıb, məhv edilməsi qeyd edilmiş olsa da, ziyanın kim tərəfindən vurulması müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, İddiaçı şəhid ailəsidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1327/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1327/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver