Məhkəmə qərarları › İş №2(020)-1337/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1337/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1337/2023 08.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********0312 saylı kredit müqaviləsi üzrə əsas borc 1648 (bir min altı yüz qırx səkkiz) manat, 5.74 (beş manat yetmiş dörd qəpik) manat faiz borcu, cəmi 1653.74 (bir min altı yüz əlli üç manat yetmiş dörd qəpik) manat borc, xx.xx.2019-cu il tarixli **********0312 saylı kredit müqaviləsi üzrə əsas borc 223.71 (iki yüz iyirmi üç manat yetmiş bir qəpik) manat, 1.37 (bir manat otuz yeddi qəpik) manat faiz borcu, cəmi 225.08 (iki yüz iyirmi beş manat səkkiz qəpik) manat borcun və 38.80 (otuz səkkiz manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin iddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0312 saylı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında 28 fevral 2019-cu il tarixli " Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1867.79 (min səkkiz yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat, Həmçinin eyni tarixli, **********0325 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 402.54 AZN (dörd yüz iki manat əlli dörd qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0312 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.50 manat, dörd il müddətində isə hər ay 39.72 manat olmaqla və **********0325 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.32 manat, dörd il müddətində isə hər ay 8.56 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0312 - ******* saylı və **********0325 - ******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş. Cavabdeh iddiaya qarşı münasibət bildirərək, məhkəməyə ərizə göndərmiş, borcunu etiraf edib, imkanı olmadığına görə krediti ödəyə bilmədiyini göstərmişdir. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 **********0312 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1648.00 manat əsas, faiz borcu üzrə 5.74 manat olmaqla cəmi 1653.74 (min altı yüz əlli üç manat yetmiş dörd qəpik) manat təşkil edir. Həmçinin həmin maliyyə arayışına əsasən **********0325 saylı kredit müqaviləsi üzrə borcun məbləği 223.71 manat əsas, faiz borcu üzrə 1.37 manat olmaqla cəmi 225.08 (iki yüz iyirmi beş manat səkkiz qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəfər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş materialarına əlav edilmiş poçt xəbərnaməsindən görünür kİ, cavabdehlər bildirişlərini xx.xx.2023-cü ildə şəxsən qəbzə imza etməklə alımşdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki,işə əlavə edilmiş müqavilədən görünür ki, Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0312 saylı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında 28 fevral 2019-cu il tarixli " Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1867.79 (min səkkiz yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat, həmçinin eyni tarixli, **********0325 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 402.54 AZN (dörd yüz iki manat əlli dörd qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0312 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.50 manat. dörd il müddətində isə hər ay 39.72 manat olmaqla və **********0325 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.32 manat. dörd il müddətində isə hər ay 8.56 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən,kerdit alan tərəfindən vaxtı keçmiş əsas kredit borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə ödəməyi öhdəsinə götürür. İşə əlavə olunmuş **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki,cavabdehlər Cavabdeh1 Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq borcuna zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfdən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi halda əsas borcu həmin borca hesablanmış faiz,cərimələri, nəzərdə tutulmuş digər ödəniş və dəymiş zərəri kredit verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş sənsədlərlə müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********0312 saylı kredit müqaviləsi üzrə əsas borc 1648 (bir min altı yüz qırx səkkiz) manat, 5.74 (beş manat yetmiş dörd qəpik) manat faiz borcu, cəmi 1653.74 (bir min altı yüz əlli üç manat yetmiş dörd qəpik) manat borc, xx.xx.2019-cu il tarixli **********0312 saylı kredit müqaviləsi üzrə əsas borc 223.71 (iki yüz iyirmi üç manat yetmiş bir qəpik) manat, 1.37 (bir manat otuz yeddi qəpik) manat faiz borcu, cəmi 225.08 (iki yüz iyirmi beş manat səkkiz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Adıçəkilən Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh1 iddiaçı ilə arasında olan kredit müqaviləsinin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38.80 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********0312 saylı kredit müqaviləsi üzrə əsas borc 1648 (bir min altı yüz qırx səkkiz) manat, 5.74 (beş manat yetmiş dörd qəpik) manat faiz borcu, cəmi 1653.74 (bir min altı yüz əlli üç manat yetmiş dörd qəpik) manat borc, xx.xx.2019-cu il tarixli **********0312 saylı kredit müqaviləsi üzrə əsas borc 223.71 (iki yüz iyirmi üç manat yetmiş bir qəpik) manat, 1.37 (bir manat otuz yeddi qəpik) manat faiz borcu, cəmi 225.08 (iki yüz iyirmi beş manat səkkiz qəpik) manat borc və 38.80 (otuz səkkiz manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar