Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1365/2025 28.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7550 manat məbləğində borc pulu və ödədiyi 96 (doxsan altı) manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Beyləqan rayonu Əhmədli kənd sakini Cavabdeh onun doğma əmisi oğludur. Cavabdeh müxtəlif tarixlərdə ondan görəcəyi iş müqabilində ondan ümumilikdə 7.550 (yeddi min beş yüz əlli) manat məbləğində borca pul almışdır. Belə ki, o Cavabdeh məxsus 5411 24** **** 9510 nömrəli bank kart hesabına müxtəlif tarixlərdə yəni xx.xx.2024-cü ildə saat 20:30-da 250 (iki yüz əlii) manat, xx.xx.2024-cü ildə saat 00:46-da 5.000 (beş min) manat və xx.xx.2024-cü ildə saat 00:47-də 1.000 manat, həmçinin Kamala Süleymanova məxsus digər 4169 73** ****7450 nömrəli bank kart hesabına isə xx.xx.2024-cü ildə, saat 15:59-da 1.300 manat ödəniş terminalı və köçürmə yolu ilə pul vəsaiti köçürtmüşdür. Bir sözlə Cavabdeh hesabına ümumilikdə 7.550 manat pul köçürtmüşdür. Həmin pulların müqabilində cavabdeh onun xeyrinə iş görəcəkdir, lakin pulları almasına baxmayaraq heç bir iş görməmişdir. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də yalan vədlər verərək aldığı pulları geri qaytaracağına dair söz versə də, sonradan müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. İddiasını ona əsaslandırmışdır ki, o, müxtəlif tarixlərdə ondan görəcəyi iş müqabilində ondən ümumilikdə 7.550 (yeddi min beş yüz əlli) manat məbləğində borca pul almış o, ona məxsus 5411 24** **** 9510 nömrəli bank kart hesabına müxtəlif tarixlərdə yəni xx.xx.2024-cü ildə saat 20:30-da 250 (iki yüz əlli) manat, xx.xx.2024-cü ildə saat 00:46-da 5.000 (beş min) manat və xx.xx.2024-cü ildə saat 00:47-də 1.000 (bir min) manat, həmçinin ona məxsus digər 4169 73** **** 7450 nömrəli bank kart hesabına isə xx.xx.2024-cü ildə, saat 15:59-da 1.300 (bir min üç yüz) manat ödəniş terminalı və köçürmə yolu ilə pul vəsaiti köçürmüş və hesabıma ümumilikdə 7.550 (yeddi min beş yüz əlli) manat pul köçürtmüşdür. Həmin pulların müqabilində cavabdeh onun xeyrinə iş görəcəkdir, lakin pulları almasına baxmayaraq heç bir iş görməmişdir. Bildirmək istəyir ki, onun ilə İddiaçı heç bir borcu və digər öhdəliyi olmamışdır. Əksinə onun ona 1700 manat borcu olmuşdur. Çoxsaylı müraciətlərindən sonra çətinliklə dəfələrlə əlaqə saxladıqdan sonra borcunu qaytarmışdır. Onun borclu olduğu məbləğin qaytarılmasını iddia ərizəsinə əlavə etdiyi terminal köçürmə qaimələri tam sübut edir. Hətta iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdən də görünür ki, xx.xx.2024-cü ildə, saat 15:59-da 1.300 (bir min üç yüz) manat ödəniş terminalı vasitəsi ilə və xx.xx.2024-cü ildə saat 20:30-da 250 (iki yüz əlli) manat məbləğində borcunun çox hissəsini onun kart hesabına atmış borcundan 150 manat məbləğində borcu qalmşdır. Ona onun borcunun gec qaytardığını görüb 150 manatı almaq üçün vaxt itirməyinə dəyməz deyə üstün vurmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür Cavabdeh 5411 24** **** 9510 nömrəli bank kart hesabına xx.xx.2024-cü il tarixdə saat 20:30-da 250 (iki yüz əlli) manat, xx.xx.2024-cü il tarixdı 5.000 (beş min) manat və xx.xx.2024-cü il tarixdə 1000 manat, 4169 73** **** 7450 nömrəli bank kart hesabına isə xx.xx.2024-cü il tarixdə 1.300 manat məbləğində pul vəsaiti köçürümüşdür xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə 250 manat, 14 noyabr 2024-cü il tarixdə 5000 manat və 1000 manat, xx.xx.2024-cü il tarixdə 1300 manat məbləğində pul vəsaiti vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müxtəli vaxtlarda verdiyi 250 manat, 1000 manat, 1300 manat məbləğində pul vəsaitinə şifahi borc müqaviləsinin müddəları tətbiq edilməli və cavabdeh borc olaraq götürdüyü həmin pul vəsaitlərini vaxtında iddiaçıya qaytarmayaraq, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat məbləğində pul vəsaitinə görə əsassız varlanmanın müddəaları tətbiq edilməli və cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh öz etirazında həmin pul vəsaitlərini iddiaçının ona olan borcunu qaytarmaq üçün verdiyini göstərsə də, qeyd etdiyi dəlillərlə bağlı, yəni iddiaçıya borc olaraq 7550 manat məbləğində pul vəsaiti verməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 7550 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 95,50 manatı məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7550 (yeddi min beş yüz əlli) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 95,50 (doxsan beş manat 50 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1365/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1365/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver