Məhkəmə qərarları › İş №2(020)-1382/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1382/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1382/2023 12.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh1 qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 08 mart 2012-ci ildə anadan olmuş Murad və 21 iyun 2013-cü ildə anadan olmuş Zəhra adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat cəmi 500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə ailə quraraq, nikahlarını 2012-ci il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından 08 mart 2012-ci ildə Murad, 21 iyun 2013-cü ildə isə Zəhra adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdehlə ailə münasibətləri 2019-cu ildə tamamilə kəsilmişdir. Beyləqan rayon məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Cavabdeh1 hər ay hər uşaq üçün 100 manat iki uşaq üçün ayda 200 manat sabit pul məbləğində aliment tutularaq 08 mart 2012-ci ildə anadan olmuş Murad və 21 iyun 2013-cü ildə anadan olmuş Zəhra adlı uşaqlarının saxlanılması üçün ona verilməsi qət edilmişdir. Cavabdeh1 qazancı qeyri-müntəzəmdir, fərdi əməklə məşğul olur. Cavabdehin köməkliyi və yardımı olmadan uşaqları saxlamaqda çox çətinlik çəkir. Onun ödədiyi alimen isə uşaqlarının saxlanmasında yetərli deyildir. Cavabdehin ona ödədiyi 200 manatla hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq uşaqlarını saxlaya bilmir. Odur ki, Beyləqan rayon məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 08 mart 2012-ci ildə anadan olmuş Murad və 21 iyun 2013-cü ildə anadan olmuş Zəhra adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat cəmi 500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə ayrıldıqdan sonra başqa qadınla ailə qurmuş və həmin evlilkdən bir uşağ vardır. O, hər ay təxminən 400 manat maaş alır. Onun tələb olunan alimenti ödəməyə maddi imkanı yoxdur. Hər ay 300 manat aliment ğdəyə bilər. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından 08 mart 2012-ci ildə Murad, 21 iyun 2013-cü ildə isə Zəhra adlı iki uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh1 arasında 02 mart 2012-ci ildə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeydə edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 08 mart 2012-ci ıl tarixdə anadan olan Murad və 21 iyun 2013- cü il tarixdə anadan olan Zəhranın anası X1 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh1 05 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat tutularaq 08 mart 2012-ci ildə anadan olan Murad, 21 iyun 2013-cü ildə anadan olan Zəhranın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X2 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh1 ilə aralarındakı nikah pozulduqdan sonra onların 08 mart 2012-ci ildə anadan olan Murad və 21 iyun 2013-cü ildə anadan olan Zəhra adlı uşaqları iddiaçının yanında qalıb yaşamışdır. Beyləqan rayon məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olan uşaqların anaları X1 yanında qalmaları müəyyən edilmiş və Cavabdeh1 05 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat tutularaq 08 mart 2012-ci ildə anadan olan Murad, 21 iyun 2013-cü ildə anadan olan Zəhranın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X2 verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyümüş və məktəbə gedirlər. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh isə hər ay təqribən 400 manat qazancı olduğunu bildirmişdir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya hər ay hər uşağa görə ödənilən 100 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Aliment müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüməsi və məktəbə getməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 mart 2012-ci ildə anadan olan Murad və 21 iyun 2013-cü ildə anadan olan Zəhranın saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği artırılaraq hər ay hər uşağ görə 170 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 21 oktvabr 2019-cu il tarixli qətnaməsinə əsasən 08 mart 2012-ci ildə anadan olan Murad və 21 iyun 2013-cü ildə anadan olan Zəhra adlı uşaqlarının saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə tutulan hər ay hər uşağa görə müəyyən edilmiş 100 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaqlar yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh1 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar