Məhkəmə qərarları › İş №2(020)-1386/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1386/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1386/2023 12.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməklə verilməli, iddia ərizəsinin cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməlidir. İşdə olan müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında 3000 manat borca dair kredit müqaviləsi bağlanmış və tərəflər borc qaytarılmadığı təqdirdə notariusun icra qeydi əsasında borcun tutulması ilə bağlı qanunun tələblərinə uyğun həll edilməsi barədə razılığa gəlmişlər. Lakin iddiaçı borcun tutulması ilə bağlı icra qeydi verilməsi üçün notariat orqanına müraciət etməli olduğu halda hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı tələblə bağlı icra qeydinin verilməsi üçün notariat orqanına müraciət etməli olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə adından Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 61(altmış bir manat) manat pul özünə qaytarılsın. İddiaçıya hazırkı tələblə bağlı notariat orqanına müraciət etməli olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar