Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1400/2024 27.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı nümayəndəsi(vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlakla bağlı inventarlaşdırma və ölçmə işlərinin aparılmasına maneçiliyin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlakla bağlı inventarlaşdırma və ölçmə işlərinin aparılmasına maneçiliyin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə mərhum X7 və X11 birgə mülkiyyətinə verilmiş və JN- 350A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə hüquqmüəyyəedici sənədin verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki-inventarlaşdırma və ölçmə işlərinin aparılmasına cavabdehlər - Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən olan maneənin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Dünyamalılar kəndində yaşamış babası X1 rayonu Dünyamalılar kəndində yerləşən həyətyanı torpaq sahəsini və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini vərəsəlik şəhadətnaməsi əsasında ona vəsiyyət etmişdir. X12 xx.xx.2003-cü ildə, X17 isə xx.xx.2029-cu il tarixdə vəfat etmişlər. O, babasının ona vəsiyyət etdiyi daşınmaz əmlaka hüquqmüəyyənedici sənəd almaq üçün lazım olan Vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etmək üçün Beyləqan rayon Notariat ofisinə müraciət etmişdir. Vərəsəlik işi açılmasına və onun vərəsə kimi tanınmasıma baxmayaraq, miras əmlak olan daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlər olmadığı üçün Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verməkdən imtina etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə həmin əmlakın Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi barədə xx.xx.2024-cii il tarixli ərizə ünvanlamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cii il tarixli məktubla inventarlaşma işlərinin aparılmasına şərait yaradılmadığına görə ərizənin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilən şəraitin yaradılmaması dedikdə, həmin torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən evdə inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən törədilən maneə nəzərdə tutulur. Belə ki cavabdehlər onun ailə üzvləri olmaqla həmin əmlakın onun adına keçməsinə narazıdırlar. O, vərəsəlik qaydasında ona vəsiyyət edilmiş evi və həyətyanı torpaq sahəsini adına sənədləşdirmək istəsədə, cavabdehlər maneçilik törədir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, öz izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi qaynatası və qaynanasından onlara qalmış və o, gəlin köçəndən həmin evdə yaşayır. O, gəlin olduğu üçün onların vərəsəsi ola bilmədiyinə görə ailə üzvləri ilə eləcə də iddiaçı ilə razılığa gələrək, onlardan qalmış miras əmlakın digər vərəsələr tərəfindən qızı olan İddiaçı xeyrinə imtina edilməsi və qızının daha sonra həmin əmlakı ona bağışlaması barədə razılığa gəlmişdilər. O, hal-hazırda həmin torpaq sahəsində və fərdi yaşayış evində yaşayır və orada Vüsalə kimi digər övladlarının da haqqı var. O, əmlakın iddiaçının mülkiyyətinə keçməsinə razı olmadığına görə, dövlət orqanının əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına etiraz edir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etmədiyini bildirərək, öz izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi nənə və babasından onlara qalmış və o, anasının istəyi ilə nənə və babasından miras qalmış əmlakdan imtina etmişdir. Anası mübahisəli fərdi yaşayış evində yaşayır və onlarda tez-tez analarını ora ziyarət etməyə gedirlər. O da razı deyil ki, həmin əmlak iddiaçının mülkiyyətinə keçsin. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-350 A, KOD ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Beyləqan rayonu Dünyamalılar kənd sakini X13 və X14 mülkiyyətlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə torpaq sahəsi verilmişdir. AZ-İİ seriyalı 386091 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2003-cü il tarixdə qırtlağın xərçəngindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 386084 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus olan Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən ümumi sahəsi 0,15 ha həyətyanı torpaq sahəsi var. Verilmiş həyətyanı torpaq sahəsində DTXK tərəfindən JN:350 A KOD: 60700068 olan «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» sənədi verilmişdir. X26 siyahısında adlar Aqrar İslahat Komissiyasının texniki səhvi nəticəsində X13 və X5 yazılmışdır. Dünyamalılar kəndində X13 və X18 adlı adamlar yaşamır və qeydiyyatda yoxdur. Ona görə də bildirilir ki, «Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı»nda göstərilən adlarla şəxsiyyət vəsiqəsində adlar eyni şəxslərdir. Odur ki, əmlak qeydiyyata alınarkən X12 və X6 qeydiyyata alınması məqsədə uyğundur. Beyləqan rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 270 nömrəli məktubundan görünür ki, xx.xx.2009-cu il tarxində vəfat etmiş X11 adına Beyləqan rayon 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi İddiaçı tanınmışdır. Miras əmlaka dair sənəd təqdim olunduqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-45/2-2916/2024 nömrəli vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsindən imtina olunması barədə məktubundan görünür ki, Beyləqan rayonu, Dünyarnalılar kəndində yerləşən fərdi yaşayış evinə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi barədə İddiaçı 22 aprel 2024- cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılmasına şərait yaraldılmadığı üçün ölçü işlərinin aparılması mümkün olmamışdır. Həmçinin bildirmişlər ki, daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair texniki təlimata əsasən daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini və tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdadır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən fərdi yaşayış evinə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi barədə 22 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətlərinin icrasından imtina edilmişdir. xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il tarixdə ölmüş X2 vərəsəsi-anası xx.xx.2009-cu il tarixdə ölmüş X11 nəvəsi İddiaçı miras əmlakdan 1/1hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfinsən xx.xx.2017-ci il tarixdə X15 verilmiş **********92 reyestr nömrəli********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən ümumi sahəsi 1.263 ha olan ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən miras qoyana çatan hissədən ibarətdir. X8 notarial qaydada tərtib edilmiş xx.xx.2017-ci il tarixli Ərizəsindən görünür ki, o,xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X9 miras qalmış (ev, həyətyanı torpaq, pay torpağı, pul,bütün əmlak) qəbul etməmiş, etmir və etməyəcək. X4 notarial qaydada tərtib edilmiş xx.xx.2017-ci il tarixli Ərizəsindən görünür ki, o,xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X9 miras qalmış (ev, həyətyanı torpaq, pay torpağı, pul,bütün əmlak) qəbul etməmiş, etmir və etməyəcək. X3 notarial qaydada tərtib edilmiş xx.xx.2017-ci il tarixli Ərizəsindən görünür ki, o,xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X9 miras qalmış (ev, həyətyanı torpaq, pay torpağı, pul,bütün əmlak) qəbul etməmiş, etmir və etməyəcək. Cavabdeh2 notarial qaydada tərtib edilmiş xx.xx.2017-ci il tarixli Ərizəsindən görünür ki, o,xx.xx.2009-cu il tarixdə vəfat etmiş nənəsi X9 miras qalmış (ev, həyətyanı torpaq, pay torpağı, pul,bütün əmlak) qəbul etməmiş, etmirəm və etməyəcək. Cavabdeh3 notarial qaydada tərtib edilmiş xx.xx.2017-ci il tarixli Ərizəsindən görünür ki, o,xx.xx.2009-cu il tarixdə vəfat etmiş nənəsi X9 miras qalmış (ev, həyətyanı torpaq, pay torpağı, pul,bütün əmlak) qəbul etməmiş, etmir və etməyəcək. Cavabdeh5 notarial qaydada tərtib edilmiş xx.xx.2017-ci il tarixli Ərizəsindən görünür ki, o,xx.xx.2009-cu il tarixdə vəfat etmiş nənəsi X9 miras qalmış (ev, həyətyanı torpaq, pay torpağı, pul,bütün əmlak) qəbul etməmiş, etmir və etməyəcək. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, miras əmlakın müəyyən edilməsi ilə əlaqədar mərhum X7 və X11 birgə mülkiyyətinə verilmiş və JN-350A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə hüquqmüəyyəedici sənədin verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki-inventarlaşdırma və ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən maneə törədildiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1202.1-ci maddəsinə əsasən, Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən, Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-cü maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum X11 qanun üzrə vərəsəsi olmuş və ona Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 1.263 ha torpaq sahəsinin mərhum X15 çatası hissəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və hal-hazırda İddiaçı mərhum X15 məxsus digər əmlaka, yəni mərhum X7 və X11 birgə mülkiyyətinə verilmiş və JN-350A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariusa müraciət etmiş və notarius həmin miras əmlaka dair sənəd təqdim olunduqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyini bildirdiyindən, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin orqan tərəfindən əmlaka dair sənədlərin tərtib edilməsi üçün mütəxəssislər həmin ərazidə olmuş, lakin onlara texniki-inventarlaşdırma və ölçmə işlərinin aparılmasına maneələr olmuşdur. Məhkəmə iclasında iştirak edən cavavdehlər həmin əmlakın iddiaçının mülkiyyətinə keçməsinə razı olmadıqıları üçün ölçmə işlərinin aparılmasına etiraz etdiklərini bildirmişlər. Lakin məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən miras əmlaka dair sənədləşmə işlərinin aparılmasına maneəçilik törədilməsi, İddiaçı mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, digər vərəsələr mərhum X11 miras əmlaklarından imtina edilmiş və hal-hazırda onun qanun üzrə vərəsəsi qismində İddiaçı tanınmış və ona miras əmlaka dair sənədlərin tərtib edilməsi üçün şərait yaradılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən, Beyləqan rayontı Aqrar İslahatı Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə mərhum X7 və X11 birgə mülkiyyətinə verilmiş və JN-350A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə hüquqmüəyyənedici sənədin verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssislərinə texniki-inventarlaşdırma və ölçmə işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddia təmin edildiyindən, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə mərhum X12 və X11 birgə mülkiyyətinə verilmiş və JN-350A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə hüquqmüəyyənedici sənədin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssislərinə texniki-inventarlaşdırma və ölçmə işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1400/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1400/2024
27.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver