Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1419/2024 23.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı «X1» ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48, M7, M2-dir. (şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2020-ci il). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddəsinə əsasən yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə də, cavabdehin ünvanı müvafiq olaraq Xətai rayonu ərazisində yerləşdiyindən, həmin işə ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsində deyil, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, cavabdehin yaşayış yeri Beyləqan rayonunun ərazisində olmadığına görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 74,39 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı «X1» ASC tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 74,39 (yetmiş dörd manat 39 qəpik) manat (xx.xx.2024-cü il tarixli, ********** №-li qəbz) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1419/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1419/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver