Məhkəmə qərarları › İş №2(020)-1430/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1430/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1430/2023 24.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmışdır. İş baxılması üçün 04 və 24 oktyabr 2023-cü il tarixlərə təyin olunaraq iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Bununla bağlı onlara məhkəmə bildirişləri göndərilmişdir. Buna baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmişlər və ya vəkalətli nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Həmçinin iddiaçı mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 330 (üç yüz otuz) manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar