Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-144/2025 18.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı qıznın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 o qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 6.500 (altı min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 86 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və onun oğlu Qəribli X4 rayonu, Əlinəzərli kənd sakini X1 3 sot torpaq almışlar. Cavabdehlər həmin 3 sot torpaqda özləri üçün yarımçıq ev tikmişdilər. Cavabdehlərə təcili pul lazım olduğundan həmin 3 sot torpağı və içərisində olan yarımçıq tikilini satmaq istədiklərini bildirmişlər. O da həmin ərazidə torpaq almaq istədiyindən onlarla razılaşmış və cavabdehlərdən həmin 3 sot torpağı və içərisində olan yarımçıq tikilini 6.500 manata ona sənədsiz satmışlar. O, aralarında olan alqı-satqını sənədləşdirmək istəsə də cavabdeh həmin torpağın əsl sahibinin Beyləqan rayonu, Əlinəzərli kənd sakini X5 olmasını və maddi imkanları olmadığından indiyədək sənədləşdirə bilmədiklərini bildirdilər. xx.xx.2024-cü il tarixdə o aralarında olan alqı-satqını rəsmiləşdirmək istədikdə Cavabdeh1 6.500 manat torpağın pulundan ilk öncə 1.000 manatın ondan beh alaraq torpağın əsl sahibi X2 verəcəyini və sənədləşmə işlərini görəcəyini bildirmişdir. O da cavabdehin dediklərinə inandığından xx.xx.2024-cü il tarixdə ilkin olaraq Cavabdeh1 1.000 manat məbləğində pul vəsaiti vermişdir. Bir müddətdən sonra cavabdehlər sənədləşmənin xeyli vaxt aparacağını və ehtiyacları olduğundan yerdə qalan 5.500 manat pulu da istəmişlər. O da cavabdehlərə etibar etdiyindən yerdə qalan 5.500 manat pulu Arzuya və onun anası Cavabdeh2 müxtəlif tarixlərdə hissə-hissə vermişdir. Həmin 3 sot torpağın və içərisində olan yarımçıq tikilinin pullarını cavabdehlər öz yazdıqları qəbzlərlə belə etiraf etmişlər. Hətta Cavabdeh2 ondan oğlu ilə birgə torpağın dəyəri olan 6.500 manat pul aldıqlarına dair videogörüntülərini belə iddia ərizəsinə əlavə etmişdir. Lakin torpaq X3 adında olduğundan onun adına sənədləşmə apara bilməmişdir. Hər səfərində cavabdehlər müxtəlif bəhanələr gətirərək nə torpağı adına sənədləşdirdilər nə də ki, aldıqları 6.500 manat pulu ona geri qaytarmışlar. Odur ki, əlacı kəsildiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Cavabdeh1 torpağı Xuraman adlı şəxsə 6.500 manata satdım. 1000 aldım, yerdı qaldı 5.500”. Cavabdeh2 tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Şamo adlı şəxsdən Beyləqan rayonunda 3 sot torpaq sahəsi almışam. Həmin torpaqda yarımçıq ev tikmişik, həmin evi Beyləqan rayonunda yaşayan İddiaçı 6000.500 manata oğlum Arzuyla bir yerdə satmışıq, hal-hazırda Xuramanın bizə heç bir borcu yoxdur. Özum yazdım imzamla təsdiq edirəm”. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının onlardan verdiklərini geri tələb etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia 6500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 85 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-144/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-144/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver