Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-145/2025 11.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh icraçı direktoru X*7 iştirakı ilə, İddiaçı Həsənov X*6 rayonu Təzəkənd kəndi üzrə X*rşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Beyləqan rayonu, Təzəkənd kəndi üzrə X5 hərəkətləri nəticəsində xüsusi mülkiyyətində olan *2 hektar torpaq sahəsində əkilmiş 2-3 illik yonca bitkisinin 4-cü ot biçini mövsümü üzrə ona dəymiş 2.928 (iki min doqquz yüz iyirmi səkkiz) manat maddi ziyanın və mütəxəssis rəyinin alınması üçün ödədiyimiz 225 (iki yüz iyirini beş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı iddia tələbini müdafiə etdi və iddiasını onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7240**439 olan, reyestr nömrəsi 6070*300*787 olan Çıxarışa əsasən 0.784 ha onun xüsusi mülkiyyətinə, qeydiyyat nömrəsi *7**005492 olan, reyestr nömrəsi 6070*300*788 olan Çıxarışa əsasən 6.39*6 ha, qeydiyyat nömrəsi *7*2000384 olan, reyestr nömrəsi 6070*3005*6* olan Çıxarışa əsasən 3.8*67 ha, qeydiyyat nömrəsi *7**005433 olan, reyestr nömrəsi 6070*3002734 olan Çıxarışa əsasən *.5666 ha torpaq sahələri qardaşı arvadı X**, qeydiyyat nömrəsi *7**005484 olan, reyestr nömrəsi 6070*300235* olan Çıxarışa əsasən *.7452 ha və qeydiyyat nömrəsi *7*2006282 olan, reyestr nömrəsi 6070*3005900 olan Çıxarışa əsasən isə 0.87 ha torpaq sahələri isə qardaşı oğlu X*3 xüsusi mülkiyyətinə verilmişdir. Ümumilikdə *5.*7*4 ha torpaq sahəsi xüsusi mülkiyyətlərindədir. Qardaşı oğlu X*9 və qardaşı arvadı X*4 hər ikisi mülkiyyətlərində olan həmin torpaq sahələrini idarə etməyinə dair ona notarial qaydada etibarnamə vermişlər. Onların torpaq sahəsindən pulunu ödəməklə icarə kimi istifadə edir. O, da öz növbəsində özünü və onların xüsusi mülkiyyətində olan ümumi sahəsi *5.*7*4 ha torpaq sahəsinin *2 hektarında 2-3 illik yonca bitkisi, 3.*7*4 hektarında isə pambıq bitkisi əkmişdir. Yonca bitkisi əkdiyi *2 hektar torpaq sahəsi üçün nəzərdə tutulmuş veqetasiya suyu cavabdeh Beyləqan rayonu, Təzəkənd kəndi üzrə X5 icraçı direktoru X20 tərəfindən vaxtında verilmədiyi üçün əkdiyi yonca bitkisi məhv olmuşdur. Cavabdehlə aralarında qarşılıqlı olaraq suyun pulunu ödəməklə istifadə etməyə razılaşmışlar. Hər su verilərkən * hektar üçün 4 manat pul ödəmişdir. Həmin vaxt su olmuş, lakin ona yalan vədlər verərək suyunu verməmişlər. Cavabdeh əkdiyi yonca bitkisnə ümumilikdə 2 dəfə su verdiyindən həmin sahədə vaxtından gec 3 dəfə biçin etdiyindən demək olarki normal gəlir əldə edə bilməmidir. 2024-cü ilin 4-cü ot biçin mövsümündə isə cavabdeh tərəfindən qəsdən torpaq sahələrinə tamamilə su verilmədiyindən əkdiyi yonca bitkisi məhv olmuşdur. Susuzluqdan *2 hektar torpaq sahəsində böyük çatlar əmələ gəlmiş və əkdiyi yonca bitkisi məhv olmuşdur. O, *0.09.2024cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdehin hərəkətləri barədə Beyləqan rayon X27 Mərkəzinə iki dəfə rəsmi müraciət etmiş, müraciətindən sonra xx.xx.2024-cü il tarixdə həmin Mərkəzin bitkiçilik sektorunun aparıcı məsləhətçisi X4, Beyləqan rayonu, Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X22 və onun iştirakı ilə torpaq sahələrinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həqiqətəndə *2 hektar torpaq sahəsinin vaxtında suvarılmadığından yonca sahəsində iri çatların əmələ gəlməsi və əkdiyi yonca bitkisinin inkişafdan qalması və nəticədə sahənin biçin üçün yararsız olması faktı aşkarlanmışdır. Bu barədə akt tərtib olunmuş və aktın doğruluğu baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın hesablanması üçün əkin sahəsinə baxış keçirilməsi və dəymiş maddi ziyanın hesablanması üçün Beyləqan rayonunda fəaliyyət göstərən "xxxx" MMC-yə rəsmi ərizəylə müraciət etmişdir. Həmin MMC-nin mütəxəssisləri tərəfindən sahəyə və yonca bitkisinə baxış keçirilmiş və dəymiş maddi ziyanın məbləğinin 2.928 manat olması müəyyən edilmişdir. O, dəfələrlə cavabdehə dəymiş maddi ziyanı ödəməsini tələb etsə də cavabdeh hər səfərində ona əhəmiyyət verməmişdir. Cavabdehin bu hərəkətləri barədə müxtəlif instansiyalara müraciət etmiş, lakin müraciətləri nəticəsiz qalmışdır. O, məcbur qalaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdeh Beyləqan rayonu, Təzəkənd kəndi üzrə X5 hərəkətləri nəticəsində xüsusi mülkiyyətlərində olan *2 hektar torpaq sahəsində əkilmiş 2-3 illik yonca bitkisinin 4-cü ot biçini mövsümü üzrə ona dəymiş 2.928 manat maddi ziyanın və mütəxəssis rəyinin alınması üçün ödədiyi 225 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Beyləqan rayonu Təzəkənd kəndi üzrə X5 icraçı direktoru X24 izahatında göstərdi ki, o, Təzəkən kənd SİB-nin 0* fevral 2025-ci il tarixli 0* nömrəli əmrinə əsasən Təzəkənd SİB-nə icraçı direktor vəzifəsinə təyin edilmişdir. Qeyd olunan vaxt Beyləqan rayon Təzəkənd kənd üzrə X6 işləməmişdir. Sonradan bilmişdir ki,həmin vaxt icraçı direktor işləyən Bayram Cəfərov iddiaçının yerinə su verməmiş və nəticədə Vüqara ziyan dəymişdir. Əgər Bayram su olduğu halda su verməmişsə vətəndaşa dəymiş ziyan ödənilməlidir. Əgər su omayıbsa onda Bayramın günahı yoxdur. Hər halda həmin vaxt kanalda suyun olmaması ilə bağlı məlumatı olmamışdır. Həmçinin iddiaçının əkin sahəsinə su verilməməsinin səbəbini bilmir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən Beyləqan rayon Təzəkənd kənd üzrə X5 direktoru X20 göstərmişdir ki, iddiaçının iddiası əsassızdır. İddiaçı ilə Beyləqan rayon Təzəkənd kənd üzrə X*2 ilə heç bir müqavilə bağlanmamışdır. İddiaçının yonca bitkisi əkdiyi *2 ha torpaq sahəsinə 2 dəfə su verilmişdir. İddiaçı torpaq sahəsinə verilmiş suyun pulunu ödəmişdir. Yer uzaqdırsa SİB-yi cavabdehlik daşımır. Vətəndaşların torpaq sahəsinə suyun verilməsi qaydaları vardır. Həmin qaydaya görə torpaq sahibi *0 gün əvvəlcədən onlara müraciət edib sifariş verir, pulunu ödəyir, onlar da növbəli şəkildə torpaq sahələrinə su verirlər. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7240**439 olan, reyestr nömrəsi 6070*300*787 olan Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Beyləqan rayonunun Təzəkən kəndi ərazisindən 0.784 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, X7 mülkiyyətinə Beyləqan rayonunun Təzəkən kəndi ərazisindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7**005492 olan, reyestr nömrəsi 6070*300*788 olan Çıxarışa əsasən 6.39*6 ha, qeydiyyat nömrəsi *7*2000384 olan, reyestr nömrəsi 6070*3005*6* olan Çıxarışa əsasən 3.8*67 ha, qeydiyyat nömrəsi *7**005433 olan, reyestr nömrəsi 6070*3002734 olan Çıxarışa əsasən isə *.5666 ha torpaq sahələri verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, X*3 xüsusi mülkiyyətinə Beyləqan rayonunun Təzəkən kəndi ərazisindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7**005484 olan, reyestr nömrəsi 6070*300235* olan Çıxarışa əsasən *.7452 ha və qeydiyyat nömrəsi *7*2006282 olan reyestr nömrəsi 6070*3005900 olan Çıxarışa əsasən 0.87 ha torpaq sahələri verilmişdir. İş materiallarına əlavə edilmiş Təzəkən kənd SİB-nin 0* fevral 2025-ci il tarixli 0* nömrəli əmrindən görünür ki, X2 SİB-nə icraçı direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş *3 may 20*4-cü il tarixli etibarnamədən görünür ki, X*9 və X*4 mülkiyyətlərində olan torpaq sahələrini idarə etməyə dair İddiaçı etibarnamə vermişlər. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 24 sentyabr 2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı istifadəsində və mülkiyyətində olan Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı *2 ha əkin sahəsində dördüncü biçin mövsümündə yonca bitkisinin susuzluqdan bişin üçün yararsız olması nəticəsində gəlirin (əldən çıxmış faydanın) orta bazar qiyməti ilə dəyəri 2928 manat olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Beyləqan rayon X27 Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi X4, Beyləqan rayonu, Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X22 və Laçın rayon Zabux kənd sakini İddiaçı iştirakları ilə İddiaçı Beyləqn rayon Təzəkənd kəndində istifadəsində olan *2 ha yonca sahəsinə baxış keçirilərkən sahənin suvarılmadığından yonca sahəsində torpaqda iri çatların əmələ gəlməsi və yonca bitkisinin inkişafdan qalması və nəticədə biçin üçün yararsız hala düşməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı təqdim etdiyi fotoşəkillərdən görünür ki, torpaq sahəsində böyük çatlar əmələ gəlmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Təzəkənd SİB-nin icraçı direktoru X20, tarla nəzarətçisi Niyaməddin Məmmədov, qonşu torpaq sahəsinin sahibi Şahlar Quliyev tərəfindən tərtib edilmiş 09.*2.2024-cü il tarixli aktdan görünür ki, X8 məxsus Təzəkənd kənd ərazisində 2* ha torpaq sahəsinin 6 ha hissəsi icarəyə verilmişdir. Həmin 6 ha torpaq sahəsində pambıq əkilmişdir və 3 dəfə su ilə təmin edilmişdir. O, cümlədən 3,76 ha torpaq sahəsində pambıq əkilmiş və 3 dəfə su ilə təmin edilmidir. Qalan **,24 ha torpaq sahəsində yonca əkilmişdir və iki dəfə su ilə təmin edilmişdir. X*4 ilə heç bir müqavilə sənədi imzalanmamışdır. O, cümlədən də X9 Təzəkənd SİB-nin işçiləri tanımır. Onun işlərinin İddiaçı aparır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Beyləqan rayonu, Təzəkənd kəndi üzrə X3 *2 hektar torpaq sahəsində əkilmiş 2-3 illik yonca bitkisinin 4-cü ot biçini mövsümü üzrə dəymiş 2.928 (iki min doqquz yüz iyirmi səkkiz) manat maddi ziyan alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin *4.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin *096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin məhkəmə iclasında araşdırlmış hallarına hüquqi cəhətdən obyektiv qiymət verərək hesab edir ki, Beyləqan rayon Təzəkənd kəndi üzrə X*2 tərəfindən əkin sahəsinin suvarılması təmin edilmədiyi üçün iddiaçıya ziyan dəyməsi, bununla da iddianın əsaslı olması müəyyən edildiyindən iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinun iddiaçı ilə aralarında müqavilənin olmaması barədə izahatını inandırıcı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmədə müəyyən edildi ki, iddiaçı əkin sahəsinin suvarılması üçün cavabdeh təşkilatın rəhbərliyinə müraciət etmiş, cavabdeh tərəf hər dəfə torpaq sahəsinin * hektarını 4 manata suvarmanı təmin etmək barədə iddiaçı ilə razılaşmışdır. İddiaçı həmin vaxt 2 dəfə torpaq sahəsini suvarmış, bununla əlaqədar cavabdeh iddiaçı tərəfindən köçürülən pul məbləğini qəbul etmiş və 2 dəfə torpaq sahəsinin suvarılmasını təmin etmişdir. Tərəflərin bu barədə razılaşması onların arasında müqavilənin bağlanması anlamına gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş 036*69 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Həmçinin o, məcburi köçkün ststusuna malikdir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.*.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdeh Beyləqan rayon Təzəkənd kəndi üzrə X3 dövlət rüsumuna görə 48.90 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçıya torpaq sahəsi “Paritet-M MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. Mütəxəsis rəyi alınmasından ötrü həmin müəssisəyə iddiaçı tərəfindən 225 manat pul köçürülmüşdür. İddia təmin edildiyinə görə iddiaçının köçürdüyü həmin məbləğ cavabdehdən alınıb ona verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*2-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Beyləqan rayonu Təzəkənd kəndi üzrə X3 *2 hektar torpaq sahəsində əkilmiş 2-3 illik yonca bitkisinin 4-cü ot biçini mövsümü üzrə dəymiş maddi ziyana görə 2928 (iki min doqquz yüz iyirmi səkkiz) manat və qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 225 (iki yüz iyirmi beş) manat alınıb İddiaçı verilsin. Cavabdeh Beyləqan rayonu Təzəkənd kəndi üzrə X3 dövlət rüsumuna görə 48.90 (qırx səkkiz manat doxsan qəpik) manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-145/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-145/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver