Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1463/2025 23.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yedi manat, 40 qəpik) manat vəsaitin alınıb Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin müvafiq hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *0 fevral 2023-cü il tarixli, *(008)-20/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinərək 0* il ** ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər probasiya idarəsinə həvalə edilmiş və *3 may 2023cü il tarixdə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini qaytarmamışdır. Bu barədə cavabdehə bildiriş təqdim olunaraq ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə 2277.40 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Odur ki, iddiaçı qeyd olunan məbləğin cavabdehdən tutularaq göstərilən hesaba ödənilməsi barədə qərar qəbul edilmısini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək, icraatlarında olan iş yükünün çoxluğu səbəbi ilə məhkəmə iclasına gələ bilməyəciyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə ünvanlanmış 29 iyul 202*-ci il tarixli, ED-M-96-2* nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında * ədəd sadə elektron qolbaqdan, * ədəd mobil nəzarət qurğusundan, * ədəd elektrik adapterindən və * ədəd proqram lisenziyasından ibarət sadə elektron qolbağın qiyməti *930 manat və əlavə dəyər vergisi 347.40 manat olmaqla, ümumilikdə 2277.40 manat məbləğində pul vəsaiti nəzarət subyektindən tutulması üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinə təqdim olunmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *0 fevral 2023-cü il tarixli, *(008)-20/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinərək 0* il ** ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası məhkumun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilmiş, üzərinə yaşadığı yeri gecə saat 00:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil İrinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan 03 mart 2023-cü il tarixli məhkəmənin hökmünün icrası barədə göstərişin surətindən görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *0 fevral 2023-cü il tarixli, *(008)-20/2023 saylı hökmü icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin icra məmuru X* tərəfindən tərtib edilmiş *3 may 2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması və fərdi söhbət aparılması barədə protokolun surətindən görünür ki, məhkum Cavabdeh ilə fərdi söhbət aparılmış, fərdi söhbət zamanı məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə, həmin vasitəni zədələdikdə və ya digər üsullarla yarasız hala saldıqda dəyərinin ondan tutulacağı izah olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş *3 may 2023-cü il tarixli iltizamın surətindən görünür ki, o, hökmlə təhkim olunmuş “Attenti” markalı elektron nəzarət vasitələrini tam işlək vəziyyətdə qəbul etmiş, zədələdikdə, itirildikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə icra məmuru tərəfindən ona izah edilmişdir. İş materiallarında olan Cavabdeh 2* aprel 2025-ci il tarixdə verdiyi izahatdan görünür ki, ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan elektron mobil qurğunun naməlum şəraitdə itirdiyini göstərmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən Cavabdeh ünvanlanmış 2* aprel 2025-ci il tarixli, 2*-*/3500*-*9 nömrəli məktubun surətindən görünür ki, ondan itirmiş olduğu elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğində pulun müvafiq hesaba ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 08 may 2025-ci il tarixli aktın surətindən görünür ki, məhkum edilmiş Cavabdeh tərəfindən elektron nəzarət vasitəsi tam komplekt formada geri qaytarılmamış və o, həmin vasitənin qalan hissələrini itirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: *5-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: *096.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). *096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2*-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *0 fevral 2023-cü il tarixli, *(008)-20/2023 saylı hökmünün icrası ilə əlaqədar məhkum Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsinin sonuncu tərəfindən itirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi Cavabdeh üzərinə qoyulmalı və onun dəyəri olan 2277,40 manat məbləğində maddi ziyan tutulmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277.40 manat tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. “Dövlət rüsumu” haqqında qanunun: 9.*.2.*4-cü maddəsinə müvafiq olaraq məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.*.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda 30 manat+ *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277.40 manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin hesabına (KOD: 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ4*NABZ0*360*0000**********, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi hesab NQ AZ50CTRE**********2088504, VÖEN *300286***, Büdcə təsnifat kodu: *42*20, Büdcə səviyyəsinin kodu: 7) ödənilsin. Cavabdeh 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №2(020)-1463/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1463/2025
23.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver